Ölkəmizdə arağa meyillilik artır –Biz niyə içirik?

Azərbaycanda arağa maraq artmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ölkədə araq satışı əvvəlki illə müqayisədə 12 faiz yüksəlib. Maraqlıdır ki, araq satışındakı artım fonunda bəzi digər alkoqollu içkilərin satışında azalma qeydə alınıb. Mütəxəssislər bu tendensiyanı əhalinin istehlak vərdişlərindəki dəyişikliklər, qiymət amilləri və bazardakı mövcud vəziyyətlə əlaqələndirirlər.

Bizim.Media xəbər verir ki, tibb elmləri doktoru, psixiatr-narkoloq və psixoterapevt Araz Əliquliyev “azxeber.com”a açıqlamasında bildirib ki, son illərdə alkoqol asılılığının formalaşma yaşı nəzərəçarpacaq dərəcədə aşağı düşüb.

Onun sözlərinə görə, dünya üzrə aparılan tədqiqatlar göstərir ki, spirtli içki asılılığı ən ağır asılılıq formalarından biridir:

"Alkoqol asılılığı müəyyən müddət ərzində formalaşır və bunun üçün zaman tələb olunur. Lakin son illərin müşahidələri göstərir ki, bu problemin yaranma yaşı xeyli aşağı düşüb. Əvvəllər alkoqol asılılığı daha çox 50-60 yaşdan yuxarı insanlarda müşahidə edilirdisə, hazırda 30-40 yaş aralığında klinik asılılıq halları ilə daha tez-tez qarşılaşırıq. Burada söhbət artıq xəstəlik səviyyəsinə çatmış, klinik əlamətlərlə müşayiət olunan asılılıqdan gedir”.

Mütəxəssis qeyd edib ki, alkoqolun insan sağlamlığına təsirləri həm psixi, həm də fiziki səviyyədə özünü göstərir.

"Alkoqolun zərərlərinin ilk istiqaməti mərkəzi sinir sisteminə təsiridir. Bu, insanın psixi fəaliyyətinə, şəxsiyyətinə və koqnitiv funksiyalarına mənfi təsir göstərir. Koqnitiv funksiyalar dedikdə düşünmə, məntiq yürütmə, yaddaş, məlumatın qavranılması və şüur fəaliyyəti nəzərdə tutulur. Bundan əlavə, emosional sabitlik pozulur, iradi keyfiyyətlər zəifləyir və ümumilikdə psixi fəaliyyətin bütün sahələri zərər görür”.

A.Əliquliyevin sözlərinə görə, alkoqolun yaratdığı problemlər yalnız sinir sistemi ilə məhdudlaşmır:

"Alkoqol orqanizmdə maddələr mübadiləsinə ciddi zərbə vurur, fermentlərin və neyromediatorların fəaliyyətini pozur, xroniki toksiki zəhərlənməyə səbəb olur. Nəticədə həm beyin, həm də digər daxili orqanlar zədələnir. İlk növbədə qaraciyər zərər görür, onun strukturu və funksiyaları pozulur. Daha sonra ürək-damar sistemi təsirlənir, ürək əzələsində zəifləmə və distrofik proseslər başlayır. Uzunmüddətli istifadənin nəticəsində böyrək çatışmazlığı da inkişaf edə bilər”.

Narkoloq bildirib ki, alkoqol asılılığının ən təhlükəli tərəflərindən biri insanların əksəriyyətinin problemini qəbul etməməsidir:

"Alkoqol ensefalopatiyası və alkoqol mənşəli polineyropatiyalar da ciddi fəsadlar sırasındadır. Bu hallar insult və infarkt riskini artırır. Polineyropatiya zamanı xüsusilə aşağı ətraflarda qan dövranı və sinir keçiriciliyi pozulur, əzələlər zəifləyir və hərəkət qabiliyyəti tədricən məhdudlaşır.

Təəssüf ki, alkoqol asılılığından əziyyət çəkən insanların böyük hissəsi özünü asılı hesab etmir. Bu isə müalicəni çətinləşdirir, sağalma prosesini uzadır və yenidən spirtli içki istifadəsinə qayıtma riskini artırır”.

Mütəxəssislərin fikrincə, araq satışındakı artım təkcə iqtisadi və bazar faktorları ilə deyil, həm də cəmiyyətdə formalaşan istehlak davranışları ilə bağlıdır. Bu baxımdan, alkoqolun sağlamlığa təsirləri barədə maarifləndirmə tədbirlərinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

End of content

No more pages to load

RADİO