Paytaxtın mərkəzində yol çökmələrinin səbəbi bəlli oldu – RƏSMİ

Son vaxtlar paytaxtda ardıcıl olaraq baş verən yol çökmələri ictimaiyyəti narahat etməklə yanaşı həm də ciddi müzakirələrə səbəb olur.  Xüsusilə Bakının mərkəzi hissəsində – 28 May ərazisində zaman-zaman müşahidə olunan çökmələr bu hadisələrin səbəbləri ilə bağlı müxtəlif fikirlərə yol açır.

Həm mütəxəssislər, həm də sakinlər arasında versiyalar irəli sürülür: köhnəlmiş yeraltı kommunikasiya xətləri, intensiv tikinti işləri və yeraltı suların təsiri kimi amillər sadalanır.

Bunların sırasında ərazidə fəaliyyət göstərən ən intensiv metro xəttinin torpaq qatlarına mümkün təsiri də yer alır. Bəzi mütəxəssislər metro tunellərinin nəzəri olaraq torpaq qatına təsir göstərə bildiyini inkar etmirlər. Amma bunun üçün konkret geoloji və mühəndislik araşdırmaları aparılmalıdır.

Müxtəlif fikirlər səsləndirilsə də, paytaxt yollarında, xüsusilə 28 May ətrafında yol çökmələrinin mümkün səbəblərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bizim.Media-ya belə açıqladı:

“Şəhər yollarında yol çökmələrinin baş verməsinin əsas səbəblərindən biri müxtəlif kommunikasiya xətlərinin (su, kanalizasiya, qaz, elektrik və rabitə şəbəkələrinin) yol örtüyünün altından keçməsidir. Bu xətlərdə yaranan ən kiçik nasazlıq, xüsusilə su və kanalizasiya şəbəkələrində baş verən sızmalar torpağın yuyulmasına, boşluqların əmələ gəlməsinə və yol əsasının daşıma qabiliyyətinin zəifləməsinə səbəb olur. Nəticədə asfalt örtüyü deformasiyaya uğrayır, çatlar yaranır və zaman keçdikcə yol səthində çökmələr meydana gəlir. Bundan əlavə, kommunikasiya xətlərinin təmiri və ya yenilənməsi məqsədilə aparılan qazıntı işləri də çökmə riskini artıran mühüm amillərdən biridir”.

Xatırladaq ki, təkcə qeyd olunan ərazidə ötən gün Dilarə Əliyeva küçəsi ilə Puşkin küçəsi kəsişməsində (28 May nəqliyyat qovşağının bir hissəsidir) çökmə qeydə alınıb. Bundan başqa, iyunun 8-də də 28 May metro stansiyası ərazisində, aprelin 14-də isə Rəşid Behbudov küçəsi istiqamətinə doğru yolun bir hissəsi çöküb, nəticədə ərazidə böyük çuxur yaranıb.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyan: "Təsəvvür edin ki, biz Azərbaycana gedirik"

Paşinyan: "Təsəvvür edin ki, biz Azərbaycana gedirik"

Paytaxtın mərkəzində yol çökmələrinin səbəbi bəlli oldu – RƏSMİ

Paytaxtın mərkəzində yol çökmələrinin səbəbi bəlli oldu – RƏSMİ

Azərbaycan mayın 9-da tranzit aviareyslərin sayına görə rekord vurdu

Azərbaycan mayın 9-da tranzit aviareyslərin sayına görə rekord vurdu

Bu şəxslərə güzəştli kredit VERİLƏCƏK

Bu şəxslərə güzəştli kredit VERİLƏCƏK

Ukrayna ordusu Xerson vilayəti ilə Krım arasındakı 4 körpüyə zərbə endirdi

Ukrayna ordusu Xerson vilayəti ilə Krım arasındakı 4 körpüyə zərbə endirdi

Avropa İttifaqında İSLAHATLAR DALĞASI – Kaya Kallas səlahiyyətlərini İTİRƏ BİLƏR

Avropa İttifaqında İSLAHATLAR DALĞASI – Kaya Kallas səlahiyyətlərini İTİRƏ BİLƏR

Paşinyan: “Müharibə olmayacaq, sülh olacaq” – VİDEO

Paşinyan: “Müharibə olmayacaq, sülh olacaq” – VİDEO

2026-cı il Dünya çempionatının ən çox qazanan oyunçuları – SİYAHI

2026-cı il Dünya çempionatının ən çox qazanan oyunçuları – SİYAHI

Son zərbələrə baxmayaraq, ABŞ və İran arasında dialoq davam edir

Son zərbələrə baxmayaraq, ABŞ və İran arasında dialoq davam edir

Paşinyan Putindən təbrik gəlməməsinə ironiya ilə yanaşdı

Paşinyan Putindən təbrik gəlməməsinə ironiya ilə yanaşdı

Subsidiyalarla bağlı ŞAD XƏBƏR

Subsidiyalarla bağlı ŞAD XƏBƏR

Ölkəmizdə arağa meyillilik artır –Biz niyə içirik?

Ölkəmizdə arağa meyillilik artır –Biz niyə içirik?

Bruney Sultanından İlham Əliyevə TƏBRİK

Bruney Sultanından İlham Əliyevə TƏBRİK

“Zirə” 5 futbolçu ilə yeni müqavilə İMZALADI

“Zirə” 5 futbolçu ilə yeni müqavilə İMZALADI

Paşinyan müxalifətə bəraət verən məhkəmələri hədələdi

Paşinyan müxalifətə bəraət verən məhkəmələri hədələdi

Bu gün Biləcəri stansiyasından Ermənistana qatar yola salınacaq

Bu gün Biləcəri stansiyasından Ermənistana qatar yola salınacaq

Kənd təsərrüfatı torpaqları ilə bağlı yeni mexanizm TƏTBİQ OLUNACAQ – RƏSMİ

Kənd təsərrüfatı torpaqları ilə bağlı yeni mexanizm TƏTBİQ OLUNACAQ – RƏSMİ

Valideynlərin gözlədiyi QƏRAR: Azərbaycan yeni qaydalara keçir

Valideynlərin gözlədiyi QƏRAR: Azərbaycan yeni qaydalara keçir

Fermerlərin DİQQƏTİNƏ – Nazirdən mühüm dəyişikliklərin ANONSU

Fermerlərin DİQQƏTİNƏ – Nazirdən mühüm dəyişikliklərin ANONSU

Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Erməni zabit tank təlimlərində HƏLAK OLDU

Erməni zabit tank təlimlərində HƏLAK OLDU

Culfada yaşayış binasında GÜCLÜ YANĞIN – Ana və övladı xəsarət aldı – VİDEO

Culfada yaşayış binasında GÜCLÜ YANĞIN – Ana və övladı xəsarət aldı – VİDEO

Bu ölkələrin futbol klubları Qəbələyə GƏLƏCƏK?

Bu ölkələrin futbol klubları Qəbələyə GƏLƏCƏK?

Roma Papası məşhur repçinin pərəstişkarı imiş...

Roma Papası məşhur repçinin pərəstişkarı imiş...

End of content

No more pages to load

RADİO