ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırılıb – FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Açılış mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli və ADNSU-nun rektoru Rüfət Əzizov çıxış ediblər.

Elm və təhsil nazirinin müavini Həsən Həsənli olimpiada qaliblərini təbrik edərək onların gələcəyin alimləri, ölkənin inkişafına töhfə verəcək, yeni kəşflərə imza atacaq və cəmiyyətin tərəqqisində mühüm rol oynayacaq gənclər olduğunu vurğulayıb.
 

Həsən Həsənli qeyd edib ki, son illər Respublika Fənn Olimpiadalarının qaliblərinin nüfuzu həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə daha da artıb. Nazir müavini çıxışında qaliblərin gələcək fəaliyyətinə də toxunaraq bildirib ki, onların bu gün nümayiş etdirdiyi bilik, bacarıq və keyfiyyətlər gələcək uğurlarının əsasını təşkil edir.


ADNSU-nun rektoru, dosent Rüfət Əzizov çıxışındaqalibləri təbrik edərək, bu il respublika fənn olimpiadalarında ölkənin müxtəlif məktəblərindən 70 mindən çox şagirdin iştirak etdiyini diqqətə çatdırıb.

Rektor qeyd edib ki, bu göstərici Azərbaycanda güclü olimpiada hərəkatının formalaşmasının, şagirdlərin bilik yarışlarına marağının, müəllimlərin onların hazırlığına göstərdiyi diqqətin və məktəblərdə bu istiqamətdə yaradılan inkişaf mühitinin bariz göstəricisi kimi dəyərləndirilə bilər.

Rüfət Əzizov həmçinin vurğulayıb ki, əgər bir vaxtlar beynəlxalq olimpiadalarda medal qazanmaq böyük hadisə kimi qiymətləndirilirdisə, bu gün Azərbaycan şagirdlərinin beynəlxalq arenada əldə etdikləri uğurlar artıq gözlənilən nəticəyə çevrilib. O bildirib ki, bu nailiyyətlər təsadüfi deyil, təhsil sahəsində uzun illər ərzində həyata keçirilən sistemli və məqsədyönlü fəaliyyətin məntiqi nəticəsidir. Tədbirin rəsmi hissəsindən sonra təbiət fənləri üzrə qaliblərə mükafatlar təqdim edilib.
 

Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə keçirilən Respublika Fənn Olimpiadalarında ümumilikdə 73 193 nəfər şagird iştirak edib. İştirakçı aktivliyi daha çox riyaziyyat (20 026 nəfər) və Azərbaycan dili və ədəbiyyat (18 835 nəfər) fənləri üzrə müşahidə olunub. Fizika fənni üzrə isə 4 389 nəfər iştirak qeydə alınıb.


İştirakçıların 40 269 nəfəri qız, 32 924 nəfəri oğlan olub. Olimpiadada ümumilikdə 94 nəfər qızıl, 169 nəfər gümüş və 257 nəfər bürünc medal qazanıb.

Respublika Fənn Olimpiadaları nədir?

Respublika Fənn Olimpiadaları hər tədris ilində bir dəfə olmaqla Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən elm yarışıdır. Olimpiada məktəb mərhələsi, rayon (şəhər) mərhələsi, respublika mərhələsinin yarımfinal və final turları olmaqla dörd mərhələdə təşkil edilir.

Respublika Fənn Olimpiadaları Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika olmaqla 8 fənn üzrə keçirilir və yalnız VIII–XI sinif şagirdlərini əhatə edir.

Olimpiada proqramı məktəb proqramı ilə məhdudlaşmır. Müvafiq proqram tədris ilinin əvvəlində təhsil idarələri vasitəsilə məktəblərə göndərilir və ARTİ-nin rəsmi saytı üzərindən yerləşdirilir.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Respublika Fənn Olimpiadalarının qalibləri ali təhsil müəssisələrinin bir sıra ixtisaslarına müsabiqədənkənar qəbul olmaq hüququ qazanırlar.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

End of content

No more pages to load

RADİO