Qərb bölgəsində ötən gecədən başlayaraq səhər saatlarına qədər fasilələrlə güclü yağıntı qeydə alınıb.
Bizim.Media xəbər verir ki, leysan və şimşəklə müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Tovuz rayonunun mərkəzində piyada keçidləri və küçələrə su dolub.
Bununla belə, ciddi fəsadlar qeydə alınmayıb.
Hazırda keçidlərin təmizlənməsi istiqamətində tədbirlər görülür.
Bölgədə qeyri-sabit hava şəraiti davam edir. (Qafqazinfo.az)
Bizim.Media