Gəncədə kütləvi dava zamanı 7 nəfər xəsarətalıb.
Bizim.Media-nınyerli bürosunun məlumatına görə hadisə şəhərin Gülüstan qəsəbəsində, əsasən Kəlbəcərrayonundan olan sakinlərin məskunlaşdığı ərazidə baş verib.
Bildirilib ki, davaya səbəb Gülüstan qəsəbəsindəçay evinin yanından avtomobillə sürətlə keçdiyinə görə tərəflər arasında sözlümübahisə yaranıb və onlar bir-birinə taxta parçası ilə xəsarət yetiriblər.
Kütləvi dava zamanı Saday Nəzərov (2003), onunqardaşı Zöhrab Nəzərov (2005), qohumu Elvin Nəzərov (2006), Elşən Nəzərov (1990), Sakit Nəzərov (1991), Təbriz Fərzəliyev ( 2000) və Murad Xəlilov (2001)xəsarət alıblar. Hadisəyerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media,Qərb Bürosu