Türk serialında Azərbaycan tarixi alçaldılır - SƏBƏB?

“Türk serialı niyə Azərbaycan tarixinə aşağılayıcı baxır? Osmanlı mənbələrində Gövhərşah xatun, Avropa və Azərbaycan mənbələrində Sara və yaxud Saray, Sarə xatun kimi adlanan və Ağqoyunlu hökmdarı Həsən Padşahın anası kimi tarixdə mühüm rolu olan bir qadındır”.

Bizim.Media xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev “Facebook” hesabında yazıb.

““Mehmed: Fetihler Sultanı” serialında Sara xatun ilə Sultanın görüşünə dair səhnəyə baxdım. Açığı deyim, türk seriallarında bacardıqca Azərbaycan türkləri və Azərbaycan dövlətçiliyi barədə düzgün olmayan ifadələr səslənir. Çoxsaylı yanlışlıqlar var və bunlar aşağıdakılardır:

1) Geyim:

Serialda Sara xatunun geyimi də tamam yanlış göstərilir.

Sara xatunun geyimi tünd qırmızı, firuzəyi və göy rənglərdə olurdu, Geyimlərin üzərindəki bəzəklər, bitki formalı naxışlar və xətt elementləri adətən qızılı və ya gümüşü saplarla işlənilirdi. Məhz serialda qara geyimdən fərqli olaraq Sara xatun həmin görüşdə, mənbələrdə yazılır ki, təmkinli, müdrikliyi ifadə edən ağ və krem rəngli baş örtüklərindən istifadə edib.
 

Sara xatun da başını böyük ipək çarqatla örtür, onun üzərindən isə bəzən qiymətli daşlarla bəzədilmiş baş bəzəyi və ya araqçın qoyurdu. Bu, onun həm dindar, həm də ciddi bir dövlət xadimi obrazını tamamlayırdı.


Köynəyin üzərindən bədənə oturan, qolları düz və ya dirsəyə qədər olan arxalıq taxılırdı. Sara xatun bəzən arxalığın üzərindən "nimtənə" adlanan, önü açıq və qısaqol gödəkçələr də geyinirdi. Protokol geyimi olan cübbələr yerə qədər uzanır, ön tərəfi qiymətli düymələrlə və ya zərif bağlarla bağlanırdı. Diplomatik qəbullarda bu cübbələrin çiyin və yaxa hissələrinə xüsusi naxışlar vurulurdu.

Yəni serialda olduğu kimi qara geyimdə deyil idi.

Serial onun bu geyim ilə fars-məhzəbçi kimi göstərməyə cəhd edir. Lakin bu belə deyildi. Dövrün zadəgan Türk xanımlarının çoxu Sara xatundan açıq rənglər geyinməyi öyrəniblər. Serialdakı geyim isə Osmanlı saxtakarlığıdır, Xatunu və bizim tariximizi aşağılamağa yönəlib.

2) II Mehmed ona “Validəm” deyib, lakin serialda “Ağqoyunlu dövlətinin qadın sultanı” sözünü deməsini verməyiblər. Çünki Şərq və Qərb ölkələrində bu cürə tanınan şəxsiyyətə diplomatik qanunlara görə müraciət edilirdi. Çünki Sara xatun təkcə hökmdar Anası deyil idi. Şairləri, ədibləri, elm xadimlərini himayə edən Sara xatun çox sayda məscid, imarət tikdirmiş, su kanalları çəkdirmiş, dağılmış zaviyyə və karvansarayları təmir etdirmişdi.

Hazırda Anadoluda Harput şəhərində yerləşən Buğday məscidi və Cəmşid hamamı Sara xatunun adını daşıyır. Harpudun ən böyük məscidi olan Buğday məscidi şəhərin tam ortasında meydanda yerləşir. Kəlkitdə yerləşən zaviyə də Sara xatunun adını daşıyır. Zaviyənin üzərində “Sara Xatun valideyi Uzun Həsən” kitabəsi qorunub saxlanılır.

3) Sara xatunla Sultan arasında dialoqda serialdan çıxarılan söz də var.

Diplomatik danışıqlar zamanı Sara Xatun və Sultan arasında belə dialoq olub:

-Ay oğul, Trabzona bu qədər zəhmət niyə çəkirsən? Osmanlı ordusu hündür dağlardan, sıldırım yamaclardan, meşələrdən çətinliklə keçə bilir. Sən buranı gəlinimə bağışla və geri qayıt.

Ona cavab olaraq Sultan deyir:

-Ay ana, bu zəhmət din yolundadır. Çünki əlimizdə İslamın qılıncı var. Bu əziyyəti çəkməsək, bizə qazi demək yalan olar.

Sara xatun isə:

"Oğul, bu zəhmət sadəcə bir qala üçün deyil. Bu, İslam bayrağını ucaltmaq və gələcəkdə iki qardaş dövlətin bir-biri ilə savaşmasının qarşısını almaq üçündür.

4) Hədiyyələr

Sara xatun Sultan II Mehmedə Ağqoyunlu ölkəsinin ən nadir töhfələrini — cins ərəb atları, Təbriz ustalarının hazırladığı qiymətli silahlar, zərif ipək parçalar və xalçalar gətirmiş idi. Lakin serialda bu da göstərilmir.

5) Ağqoyun yoxsa Ağ-qoyon

Serialda Sara xatunun qarşılanması zamanı “Ağ qoyun kəsildimi”, “Ağ çadır quruldumu” və sairə fikirlər səslənir. Oğuz törəsinə görə ağ qoyun kəsilməsi qələbə qazanıldıqda, bəylik taxtına oturduqda, mühüm bir sülh əldə edildikdə və ya böyük bir qurultay toplananda baş verirdi. Ssenaridə Ağqoyunlu dövlətindən bəhs edilərkən, onların bayrağındakı və tayfa simvolundakı "Ağ qoyun" toteminə tez-tez eyham vurulur. "Ağ qoyun kəsildimi" və ya bənzər ifadələr, Osmanlı sarayında və ya hərbi şurada Ağqoyunlu təhlükəsinin neytrallaşdırılması, Uzun Həsənin hərbi gücünün qırılması mənasına gələn bir siyasi mesaj kimi işlədilir.

Birinci əslində bu cümlə Ağ-Qoyon olmalıdır.

Oğuzlar, uyğurlar və qara-çin (xitay, katai) türk boyları arasında “Qoyon” sözü – “böyük və hörmətli” mənasındadır. Bu dövləti türk mənbələrində Bayındırlu, farsca əsərlərdə isə Bayındıriyyə adlanır. Bayandur tayfasının damğasını dövlətlərinin rəsmi nişanı kimi qəbul etdilər. Belə ki, Bayandur damğası dövlətin sikkələrində, rəsmi sənədlərdə, silahlarda və bayraqlarda öz əksini tapıb.
 

Bayandur dövlətinə 39 türk boyu daxil idi ki, bura əfşarlar, qaramanlar və şairlərin adını çəkmək olar. XVII əsr tarixçisi Əbu-l-Qazi qeyd edir ki, Bayandır tayfası 24 qədim türkman tayfasından biri - Oğuz xanın birbaşa nəslindəndir.


Və Osmanlı sultanı məktubunda həqarət mənasında Həsən Padşaha "Hasan draz" kimi müraciət edir və bu da bir Türk rəhbərinə qarşı təhqir idi.

Lakin onun səyləri heç bir nəticə vermədi. II Mehmet üçün diplomatik danışıqların heç bir əhəmiyyəti yox idi və o yürüşə çıxıb Trabzonu ələ keçirmək niyyətində idi və qısa zamana bu şəhər onun nəzarəti altına keçdi” – Z.Əliyev qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çimərlik mövsümü başlayır: Hansı hərəkətlər QADAĞANDIR? - VİDEO

Çimərlik mövsümü başlayır: Hansı hərəkətlər QADAĞANDIR? - VİDEO

Özlərini müdafiə etməkdə çətinə düşən BÜRCLƏR

Özlərini müdafiə etməkdə çətinə düşən BÜRCLƏR

"Çətin günüm olanda qızılımı satıram" — Pərvin

"Çətin günüm olanda qızılımı satıram" — Pərvin

İqlimi dəyişdirən gizli texnologiyalar...

İqlimi dəyişdirən gizli texnologiyalar...

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Hidayət Orucov VƏFAT ETDİ

Hidayət Orucov VƏFAT ETDİ

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

“Chevrolet”in “avtoşluq” edən sürücüsü HƏBS EDİLDİ - VİDEO

“Chevrolet”in “avtoşluq” edən sürücüsü HƏBS EDİLDİ - VİDEO

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

“Balalar hürdü, ana da cumdu üstümə, 3 it başladılar məni parçalamağa” - VİDEO

“Balalar hürdü, ana da cumdu üstümə, 3 it başladılar məni parçalamağa” - VİDEO

Şəhid anası vəfat etdi – FOTO

Şəhid anası vəfat etdi – FOTO

Tramp İranla sülhün imzalanacağı TARİXİ açıqladı

Tramp İranla sülhün imzalanacağı TARİXİ açıqladı

End of content

No more pages to load

RADİO