10 gündən sonra bu şəxslər işsiz qalacaq - AÇIQLAMA

Məhərrəm ayının başlaması ilə əlaqədar ölkədə toy, nişan və kütləvi əyləncə tədbirlərinin müvəqqəti dayandırılması xidmət sektorunda çalışan yüzlərlə sahibkarı və fərdi fəaliyyət göstərən şəxsi ciddi sınaq qarşısında qoyub. İllərdir formalaşan bu ənənəvi durğunluq dövrü şadlıq saraylarından tutmuş musiqiçilərə, gəlinlik salonlarından foto-video studiyalarına qədər geniş sahənin gəlirlərinin kəskin şəkildə azalmasına səbəb olur.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “demokrat.az”a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, Məhərrəmlik ayının xüsusilə yay mövsümünə təsadüf etməsi həm xidmət sektoruna, həm də ərzaq bazarına müəyyən mənfi təsirlər göstərir:

“Bu dövrdə iqtisadi baxımdan zəncirvari geriləmə prosesi müşahidə olunur. Çünki toyların və müxtəlif şənliklərin keçirilməməsi ərzaq məhsullarına, xüsusilə kənd təsərrüfatı məhsullarına olan tələbatın azalmasına səbəb olur.
 

Eyni zamanda qızıl bazarında passivlik yaranır, alıcı sayı azalır. Bununla yanaşı, bərbərxanalar, gözəllik salonları, gəlinlik və kirayə geyim mağazalarında da durğunluq müşahidə edilir. Restoran və şadlıq saraylarının fəaliyyətindəki geriləmə isə nəticə etibarilə şərabçılıq və digər əlaqəli sahələrə də təsir göstərir.


Bütün bunlar zəncirvari şəkildə ölkə iqtisadiyyatına təsir edir. Xüsusilə yay aylarında, turizm mövsümünün canlandığı dövrdə uzunmüddətli dini mərasimlərin keçirilməsi bir sıra xidmət sahələrində gəlirlərin azalmasına gətirib çıxarır”.

O qeyd edib ki, əhalinin daha aktiv və eyni zamanda daha az təminatlı hissəsinin böyük bir qismi məhz xidmət sektorunda çalışır:

“Şadlıq saraylarının fəaliyyətinin zəifləməsi qabyuyanların, ofisiantların, foto və video çəkilişi ilə məşğul olan şəxslərin, musiqiçilərin, müğənnilərin və digər xidmət sahəsi əməkdaşlarının gəlirlərinə birbaşa təsir göstərir. Paralel olaraq avto-kirayə sektorunda da geriləmə müşahidə olunur. Bu proses aqrar sektordan başlayaraq yüngül sənayeyə, qızıl bazarına və ümumilikdə xidmət sektoruna qədər geniş sahələri əhatə edir.
 

Xüsusilə yay mövsümündə təxminən 60 günə yaxın davam edən belə bir mərhələnin iqtisadi aktivliyə mənfi təsir göstərdiyi bildirilir. Məhərrəmlik əsrlərdir davam edən dini və milli ənənənin hissəsidir və cəmiyyətin böyük hissəsi tərəfindən həssas şəkildə qəbul olunur. Bu səbəbdən məsələyə yalnız iqtisadi deyil, sosial və dini aspektdən də yanaşmaq vacibdir.


Mövzu ətrafında ictimai müzakirələrin aparılması və müəyyən maarifləndirmə işlərinin görülməsi faydalı ola bilər. Xüsusilə dini mərasimlərin müddəti və iqtisadi təsirləri ilə bağlı din xadimlərinin, iqtisadçıların və ictimaiyyət nümayəndələrinin ortaq müzakirəsi cəmiyyət üçün daha balanslı yanaşmanın formalaşmasına kömək edə bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Nyu-York" 53 ildən sonra ilk dəfə NBA çempionu oldu - VİDEO

"Nyu-York" 53 ildən sonra ilk dəfə NBA çempionu oldu - VİDEO

Ağdamda mağazaya ildırım düşdü - YANĞIN OLDU - FOTO

Ağdamda mağazaya ildırım düşdü - YANĞIN OLDU - FOTO

Bu gün magistraturaya qəbul imtahanı var

Bu gün magistraturaya qəbul imtahanı var

Ərdoğan: “Türkiyənin hər yerində ürəklər sizinlə birgə döyünəcək”

Ərdoğan: “Türkiyənin hər yerində ürəklər sizinlə birgə döyünəcək”

DÇ-2026: Türkiyə Avstraliyaya qarşı - CANLI

DÇ-2026: Türkiyə Avstraliyaya qarşı - CANLI

Kaluqa və Tambov hava limanları fəaliyyətini dayandırdı

Kaluqa və Tambov hava limanları fəaliyyətini dayandırdı

Floridada helikopter qəzaya uğradı - 4 nəfər xəsarət aldı

Floridada helikopter qəzaya uğradı - 4 nəfər xəsarət aldı

Niyə qadınlar kasıb kişiləri sevmir?

Niyə qadınlar kasıb kişiləri sevmir?

Çimərlik mövsümü başlayır: Hansı hərəkətlər QADAĞANDIR? - VİDEO

Çimərlik mövsümü başlayır: Hansı hərəkətlər QADAĞANDIR? - VİDEO

Özlərini müdafiə etməkdə çətinə düşən BÜRCLƏR

Özlərini müdafiə etməkdə çətinə düşən BÜRCLƏR

"Çətin günüm olanda qızılımı satıram" — Pərvin

"Çətin günüm olanda qızılımı satıram" — Pərvin

İqlimi dəyişdirən gizli texnologiyalar...

İqlimi dəyişdirən gizli texnologiyalar...

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Hidayət Orucov VƏFAT ETDİ

Hidayət Orucov VƏFAT ETDİ

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

End of content

No more pages to load

RADİO