“O görüntülər süni intellektlə yaradılıb” - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşdiyi, Teymur bəy Aşurbəyovun mülkü olduğu və hazırda dağılmaq təhlükəsi ilə üzləşdiyi iddia edilən tikili barədə məlumat yayılıb.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, həmin məlumatlar həqiqəti əks etdirmir.

"Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən sözügedən ərazidə yerləşən tarixi abidələrin mühafizəsinə daimi nəzarət olunur. Paylaşımda istifadə edilən görüntülər süni intellekt vasitəsilə yaradılıb və ölkəmizdə belə bir tarixi abidə və ya tikili mövcud deyil. Sözügedən paylaşımın müəllifi Gülnarə Novruzova ilə əlaqə saxlanılıb, o da məlumatın mənbəyinin qeyri-müəyyən olduğunu, fotoların özü tərəfindən hazırlanmadığını etiraf edib.
 

Xəzər rayonu ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq olunan daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısında malikanələr olaraq Teymur Quliyevin bağı (2574 inventar nömrəli), İsa bəy Hacınskinin bağ evi (2575 inventar nömrəli), Şəmsi Əsədullayevin bağ evi (2576 inventar nömrəli), Əziz bəy Aşurbəyovun bağ evi (2577 inventar nömrəli) və H.Z.Tağıyevin bağ evi (2579 inventar nömrəli) yer alıb.


Qeyd olunan ərazidə yerləşən yeganə malikanə Kərbəlayi İsrafil Hacıyevin bağ evi (foto əlavə olunur) hələlik sözügedən siyahıya daxil edilməyib. Lakin həmin bağ evinin də dövlət mühafizəsinə götürülməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurası çərçivəsində baxılıb və  Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən müsbət rəy verilib.

Eyni zamanda, paylaşılan məlumatlarda qeyd olunan 2117 inventar nömrəsi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində - A.Zeynallı küçəsi 57 ünvanında yerləşən binaya aid olub.

Tarixi abidələrimizin qorunmasına həssaslıqla yanaşan, bu sahədə diqqətli mövqe nümayiş etdirən və ictimai nəzarətin güclənməsinə töhfə verən bütün vətəndaşlara təşəkkürümüzü bildirir, eyni zamanda, mədəni irslə bağlı hər hansı müdaxilə faktı, abidələrə dair narahatlıq doğuran hallarla qarşılaşdıqda qaynar xəttimizə (147-yə) məlumat vermələri xahiş olunur", - açıqlamada vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdamda mağazaya ildırım düşdü - YANĞIN OLDU - FOTO

Ağdamda mağazaya ildırım düşdü - YANĞIN OLDU - FOTO

Bu gün magistraturaya qəbul imtahanı var

Bu gün magistraturaya qəbul imtahanı var

Ərdoğan: “Türkiyənin hər yerində ürəklər sizinlə birgə döyünəcək”

Ərdoğan: “Türkiyənin hər yerində ürəklər sizinlə birgə döyünəcək”

DÇ-2026: Türkiyə Avstraliyaya qarşı - CANLI

DÇ-2026: Türkiyə Avstraliyaya qarşı - CANLI

Kaluqa və Tambov hava limanları fəaliyyətini dayandırdı

Kaluqa və Tambov hava limanları fəaliyyətini dayandırdı

Floridada helikopter qəzaya uğradı - 4 nəfər xəsarət aldı

Floridada helikopter qəzaya uğradı - 4 nəfər xəsarət aldı

Niyə qadınlar kasıb kişiləri sevmir?

Niyə qadınlar kasıb kişiləri sevmir?

Çimərlik mövsümü başlayır: Hansı hərəkətlər QADAĞANDIR? - VİDEO

Çimərlik mövsümü başlayır: Hansı hərəkətlər QADAĞANDIR? - VİDEO

Özlərini müdafiə etməkdə çətinə düşən BÜRCLƏR

Özlərini müdafiə etməkdə çətinə düşən BÜRCLƏR

"Çətin günüm olanda qızılımı satıram" — Pərvin

"Çətin günüm olanda qızılımı satıram" — Pərvin

İqlimi dəyişdirən gizli texnologiyalar...

İqlimi dəyişdirən gizli texnologiyalar...

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Hidayət Orucov VƏFAT ETDİ

Hidayət Orucov VƏFAT ETDİ

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

End of content

No more pages to load

RADİO