Azərbaycanda hamı yüksək dəyəri olan sərvəti bilmədən zibilliyə atır –AÇIQLAMA

İstifadə müddəti bitmiş mobil telefonlar və elektron cihazlar əksər hallarda məişət tullantıları ilə birgə zibil qutularına atılır. Lakin bu texnologiyalar adi zibil kimi yox olmur. Tərkibindəki zəhərli maddələr ətraf mühiti çirkləndirir, qiymətli metallar isə itkiyə gedir.

Azərbaycanda elektron tullantıların idarə olunması hələ tam formalaşmayıb və bu sahədə ciddi məlumat qıtlığı mövcuddur. Ölkədə rəsmi fəaliyyət göstərən şirkətlərin hesabatlılığı aşağıdır, dövlət statistikasında isə elektron cihazların tərkib hissələri ayrıca qeyd olunmur.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a bildirib ki, bu kifayət qədər araşdırılmamış, məlumatları tam olmayan və metodları hələ tam formalaşmamış mürəkkəb sahədir:

"Azərbaycanda bu sahə ilə bağlı iki şirkətin fəaliyyət göstərdiyi bildirilir. Bu şirkətlər elektronika məhsulları, xüsusilə mobil telefonlar və digər elektron cihazlardan yaranan tullantıların toplanması və utilizasiyası ilə məşğul olurlar. Lakin onların hesabatlarında, veb saytlarında və digər mənbələrdə bu barədə geniş məlumat yoxdur.

Ümumilikdə bu prosesə Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət edir, çünki bu tullantılar təhlükəli tullantılar kateqoriyasına daxildir. Köhnə telefonlar və digər elektron cihazlarda kobalt, qızıl, mis, litium kimi qiymətli metallar mövcuddur. Bu metallar mürəkkəb texnoloji proseslərdən sonra yenidən istifadə üçün ayrılıb təkrar dövriyyəyə qaytarıla bilər. Buna görə də elektron tullantıların toplanması bir çox ölkədə xüsusi qaydalarla tənzimlənir".

Ekspert deyib ki, Avropa İttifaqı ölkələrində WEEE direktivi qəbul olunub və bu sistem elektron tullantıların idarə olunmasını tənzimləyir:

"ABŞ, Cənubi Amerika və Şimali Amerika ölkələrində də bu proses fərqli mexanizmlərlə həyata keçirilir. Həmin tullantılar toplanır, çeşidlənir və zərərli hissələr zərərsizləşdirilir. Daha sonra separasiya prosesi aparılır və materiallar qruplara ayrılır.

Ümumilikdə bu sahədə hidrometallurgiya və pirometallurgiya kimi texnologiyalardan istifadə olunur. Cihazlar sökülür, batareyalar və digər təhlükəli hissələr ayrıca ayrılır, çünki onların ayrıca utilizasiya qaydaları var. Eyni zamanda qiymətli metalların bərpası da həyata keçirilir.

Azərbaycanda isə bu proses hələ tam sistemli şəkildə formalaşmayıb. İl sonu ümumi hesabatlar verilsə də, elektron tullantılar, batareyalar və digər təhlükəli komponentlər ayrıca göstərilmir. Bu isə həm ekoloji nəzarət, həm də resursların düzgün idarə olunması baxımından müəyyən boşluqlar yaradır", - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Kadırov ona ordu generalı rütbəsi verilməsini ŞƏRH ETDİ

Kadırov ona ordu generalı rütbəsi verilməsini ŞƏRH ETDİ

“Fənərbağça” Azərbaycana təşəkkür etdi

“Fənərbağça” Azərbaycana təşəkkür etdi

Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

End of content

No more pages to load

RADİO