Azərbaycan dili üçün ayrıca universitet yaradıla bilər - Yeni TƏKLİF

Azərbaycan dilinin mövqeyinin daha da gücləndirilməsi məqsədilə ali təhsil sistemində dillə bağlı bəzi müsbət dəyişikliklərin edilməsi mühüm məqsədə çevrilib. Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində və sonrakı çıxışlarında milli kimliyin, dövlətçiliyin əsas sütunlarından hesab edərək  Azərbaycan dilinin saflığının qorunmasını vacib vəzifə kimi qiymətləndirib.

Bunun üçün də ali təhsil müəssisələrində Azərbaycan dili və ədəbiyyatının statusu daha da artırılmalıdır. Hazırda isə Bakı Dövlət Universiteti başda olmaqla ölkənin universitetlərində ayrıca Azərbaycan dili və ədəbiyyatı fakültəsi yoxdur.  Azərbaycan dili əsasən filologiya fakültələri tərkibində tədris olunur.

Mövzu ilə əlaqədar Bizim.Media-ya açıqlama verən akademik, dilçi alim Nizami Cəfərov Azərbaycan dilinin daha da gücləndirilməsi və ali təhsildə xüsusi statusunun artırılmasını məqsədəuyğun hesab edir:

“Hazırda Azərbaycan universitetlərində ayrıca Azərbaycan dili və ədəbiyyatı fakültələri olmasa da filologiya fakültələri çərçivəsində fəaliyyət göstərir. Filologiya fakültələrin əsas profilini də məhz  Azərbaycan dili və ədəbiyyatı təşkil edir. Digər istiqamətlər – rus dili və ədəbiyyatı, ingilis dili və ədəbiyyatı, alman dili və ədəbiyyatı və s. filologiyanın tərkib hissəsi kimi tədris olunur.

Amma göründüyü kimi, bu məsələ daha da aktuallaşmalıdır. Azərbaycan dili və ədəbiyyatı fakültəsinin açılması çox mühümdür, bunun həm ictimai-siyasi həm də elmi əhəmiyyəti var, Xüsusilə də Bakı Dövlət Universitetində belə bir fakültəni yaratmaq mümkündür. Qalan dillər isə ümumi filologiyada birləşə bilər”.

Akademik həmçinin vurğuladı ki, təkcə fakültə açılması ilə kifayətlənməməliyik.

Bu sahənin ayrıca universitet səviyyəsinə qaldırılması dilin tədqiqi və tədrisi baxımından yeni imkanlar aça bilər:

“Dilimizin inkişafı istiqamətində həyata keçirilən tədbirlər fonunda ayrıca Azərbaycan dili universitetinin yaradılması məsələsini düşünməliyik. Digər türk dövlətlərində belə bir təcrübə artıq mövcuddur: məsələn, Özbək dili və ədəbiyyatı universiteti var. Bizdə də yaradılmalıdır və bu universitetdə Azərbaycan dili filoloji istiqamətdə öyrənilməklə yanaşı, ideoloji-siyasi, sosial istiqamətdə də tədris aparılmalıdır”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Kadırov ona ordu generalı rütbəsi verilməsini ŞƏRH ETDİ

Kadırov ona ordu generalı rütbəsi verilməsini ŞƏRH ETDİ

“Fənərbağça” Azərbaycana təşəkkür etdi

“Fənərbağça” Azərbaycana təşəkkür etdi

Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

End of content

No more pages to load

RADİO