Kağızdan elektrona - Azərbaycanda hansı tibbi və sosial xidmətlər rəqəmsallaşdırılıb? – ARAŞDIRMA

Texnologiyanın sürətli inkişafı ilə rəqəmsal tətbiqlərin genişlənməsi nəticəsində bir çox tibbi arayış və sənədin ənənəvi kağız şəklində deyil, elektron əldə edilməsinə başlanılıdı. Bu həm də səhiyyə sahəsində şəffaflığın, operativliyin artırılmasına xidmət edir.

Bu baxımdan Türkiyə modeli daha diqqətçəkəndir: reseptdən tutmuş xəstəlik tarixçəsi, tibbi bazalar, nikah üçün sağlamlıq sənədinə qədər rəqəmsallaşdırılıb. Hətta artıq kağız şəklində resept və ya bülleten yazmaq qadağan edilib.

Azərbaycanda hazırda vətəndaşların tibbi xidmətlərə çıxışını asanlaşdırmağa başlayıb. Tibbi sənədlərin tam rəqəmsal formata keçirilməsi həm vətəndaşların vaxt itkisini azaldır, həm də dövlət qurumları arasında məlumat mübadiləsini sürətləndirir.

Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycanda səhiyyə sahəsində aparılan rəqəmsallaşma siyasəti son illərdə yeni mərhələyə qədəm qoyub və bir sıra tibbi xidmətlərin elektronlaşdırılması istiqamətində mühüm nəticələr əldə olunub. Bu istiqamətdə həyata keçirilən əsas layihələrdən biri də “Elektron xəstəlik vərəqəsi”nin (“e-bülleten”) tətbiqidir.

Bir kliklə alınan tibbi sənədlər

Hazırda sistem vasitəsilə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı xəstəlik vərəqələri elektron formada rəsmiləşdirilir, həkim tərəfindən SİMA hüquqi imzası ilə təsdiqlənir və aidiyyəti dövlət qurumlarına rəqəmsal şəkildə ötürülür. Bu yanaşma sənəd dövriyyəsinin sürətləndirilməsinə və vətəndaşlara göstərilən xidmətlərin daha çevik təşkilinə imkan yaradır.
 

Bununla yanaşı, Azərbaycanda rəqəmsal səhiyyə infrastrukturu artıq yalnız “e-bülleten” sistemi ilə məhdudlaşmır, səhiyyə sahəsində həyata keçirilən layihələr çərçivəsində elektron resept, e-epikriz, laborator nəticələr, həkim qəbuluna e-qeydiyyat, tibbi tarixçə və digər xidmətlər Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) üzərindən mərhələli şəkildə inteqrasiya olunur.

 

Elektron resept sistemi artıq aktiv istifadədədir və vətəndaşların resept məlumatlarına “Reseptim” mobil tətbiqi və portal üzərindən çıxışı təmin edilir. Eyni zamanda laborator və radioloji nəticələrin rəqəmsal təqdimatı, tibbi məlumatların mərkəzləşdirilməsi, tibbi kadr və xidmət reyestrlərinin formalaşdırılması istiqamətində də mühüm texnoloji yeniliklər tətbiq olunur.

Mərkəzdən həmçinin bildirildi ki, Türkiyədə tətbiq olunan “e-nabız” modelində olduğu kimi, bütün tibbi və sosial sənədlərin tam vahid rəqəmsal ekosistem çərçivəsində birləşdirildiyini demək hələ tezdir. Hazırda bu istiqamətdə genişmiqyaslı inkişaf və inteqrasiya işləri davam etdirilir.

Rəqəmsal səhiyyənin növbəti mərhələsi

Artıq bəzi tibbi arayışlar və məlumatlar rəqəmsal formada vətəndaşlara təqdim olunur. Məsələn, nikah haqqında sağlamlıq arayışı MyGov platforması üzərindən əldə edilə bilir. Bununla belə, əlillik hesabatları və digər xüsusi tibbi arayışların tam elektron dövriyyəyə keçirilməsi istiqamətində aparılan işlər hələ ki inkişaf mərhələsindədir.

Bir sıra hallarda kağız daşıyıcılar, fiziki təsdiq və ya müxtəlif qurumlar arasında əlavə prosedurların tətbiqi davam edir.

Rəqəmsal səhiyyə sahəsində həyata keçirilən strateji layihələrdən biri olan “Tibbi Rəqəmsal Əkiz Sistemi”nin (TRƏS) yaradılması isə gələcəkdə vətəndaşın bütün tibbi məlumatlarının vahid rəqəmsal profil üzərində inteqrasiya olunmasına imkan yarada bilər.

Bu yanaşma tibbi məlumatların təhlükəsiz, mərkəzləşdirilmiş və fasiləsiz idarə olunmasını təmin etməklə yanaşı, vətəndaş–həkim–tibb müəssisəsi arasında əlaqələrin daha səmərəli təşkilinə xidmət edəcək.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Kadırov ona ordu generalı rütbəsi verilməsini ŞƏRH ETDİ

Kadırov ona ordu generalı rütbəsi verilməsini ŞƏRH ETDİ

“Fənərbağça” Azərbaycana təşəkkür etdi

“Fənərbağça” Azərbaycana təşəkkür etdi

Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

End of content

No more pages to load

RADİO