Azərbaycanda İLK: Pay torpaqları birləşdirilir

Azərbaycanda ilk dəfə olaraq 20 min hektar ərazidə torpaq konsolidasiyası həyata keçiriləcək.

Bizim.Media Modern.az-a istinadla xəbər verir ki, bunu kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası və 2026–2030-cu illər üzrə Dövlət Proqramından irəli gələn məsələlərə dair mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib.

Nazir müavini qeyd edib ki, Dövlət Proqramında torpaq sahələrinin parçalanmasının aradan qaldırılması və daha səmərəli istifadəsinin təmin olunması məqsədilə torpaq konsolidasiyası nəzərdə tutulub.

“Layihə çərçivəsində ayrı-ayrı və parçalanmış torpaq sahələrinin daha səmərəli idarə olunması üçün onların birləşdirilməsi və vahid təsərrüfat sahələrinin formalaşdırılması planlaşdırılır. Proqramın ilkin mərhələsində bu tədbirlər 20 min hektar ərazini əhatə edəcək”, - deyə nazir müavini əlavə edib.

O son 10 il ərzində Azərbaycanda kənd təsərrüfatı sahəsində davamlı artım dinamikasının müşahidə olunduğunu deyib.

“Son 10 ildə kənd təsərrüfatında real ifadədə ümumi artım 37,8% təşkil edib. Bu göstərici bitkiçilik sahəsində 48,2%, heyvandarlıq sahəsində isə 29,6% olub. Eyni zamanda, aqrar və qida məhsullarının ixracı da 62,8% artıb”.

Z.Əliyev həmçinin vurğulayıb ki, bu dövrdə kənd təsərrüfatının inkişafı üçün hüquqi və institusional çərçivənin təkmilləşdirilməsi, eləcə də infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb:

“Soyuducu anbarların tutumu artırılıb, taxıl elevatorları və logistika infrastrukturu inkişaf etdirilib, fermerlərin lizinq xidmətlərinə çıxışı genişləndirilib. Eyni zamanda, bu müddətdə fermerlərə 96 mindən çox kənd təsərrüfatı texnikası lizinq yolu ilə təqdim olunub”, - deyə nazir müavini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Kadırov ona ordu generalı rütbəsi verilməsini ŞƏRH ETDİ

Kadırov ona ordu generalı rütbəsi verilməsini ŞƏRH ETDİ

“Fənərbağça” Azərbaycana təşəkkür etdi

“Fənərbağça” Azərbaycana təşəkkür etdi

Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

End of content

No more pages to load

RADİO