Bacısının qayınatasını öldürmək istəyən gəncə HÖKM OXUNDU

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən 2008-ci il təvəllüdlü Kənan Abuzərlinin cinayət işinin bəzi detalları məlum olub.

Bizim.Media xəbər verir ki, hakim Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttiham aktına əsasən, 2025-ci il avqustun 18-də gecə saatlarında təqsirləndirilən şəxsin bacısı A.Abuzərli ailədaxili mübahisədən sonra Biləsuvar rayonunun Nərimankənd kəndindəki yaşadığı evi tərk edərək ata evinə gedib. Bacısının ağlaması, halsız vəziyyətdə olması və yanında olan azyaşlı övladının da narahat görünməsi Kənanda hiddət yaradıb. O, baş verənlərə görə bacısının qayınatası, 1966-cı il təvəllüdlü, zərərçəkmiş Azər Babayevi günahkar hesab edərək ondan qisas almaq qərarına gəlib.
 

Həmin gecədən sonra təqsirləndirilən şəxs əvvəlcədən hazırlıq görərək yaşadığı evdən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı götürüb və 2025-ci il avqustun 19-da təxminən saat 4 radələrində Nərimankənd kəndində yerləşən zərərçəkmiş şəxsin yaşadığı evə yollanıb. O, evin hasarından aşaraq həyətə daxil olub və diqqət çəkməmək üçün həyətin qaranlıq hissəsində gizlənərək münasib məqam gözləyib.


Təxminən 15-20 dəqiqə gözlədikdən sonra Azər Babayev həyətə çıxaraq sanitar qovşağa doğru hərəkət edib. Təqsirləndirilən şəxs həmin anda gizləndiyi yerdən çıxaraq onunla üz-üzə gəlib.

O, əvvəlcə zərərçəkmiş şəxslə danışmağa çalışaraq bacısının ailə həyatının pozulmasına səbəb olan məsələlərlə bağlı iradlarını bildirib. Lakin tərəflər arasında qısa mübahisə yaranıb.

Bundan sonra Kənan əlində olan bıçaqla Azər Babayevə ardıcıl zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxs döş qəfəsi və qarın nahiyələrindən çox sayda bıçaq xəsarəti alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, ona döş və qarın boşluğuna nüfuz edən, diafraqma və mədə nahiyəsinin zədələnməsi ilə müşayiət olunan iki ədəd kəsilmiş-deşilmiş yara yetirilib.

Bu xəsarətlər həyat üçün təhlükəli hesab olunaraq sağlamlığa ağır zərərvurma kateqoriyasına aid edilib.

Bundan başqa, zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrində daha dörd ədəd səthi kəsilmiş yara aşkarlanıb. Həmin xəsarətlər sağlamlığa zərər vurmadığından onların dərəcəsi müəyyən edilməyib.

Cinayətkar niyyətin başa çatdırılmasına isə Azər Babayevin göstərdiyi müqavimət və hadisə yerinə vaxtında gələn oğlunun müdaxiləsi mane olub. Belə ki, səs-küyü eşidən oğlu həyətə çıxaraq Kənanı zərərsizləşdirib, onun əlindəki bıçağı alaraq müqavimətini qırıb. Bundan sonra yaralı şəxs təcili olaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb və həkimlərin göstərdiyi tibbi yardım nəticəsində onun həyatı xilas edilib.
 

Məhkəmədə ifadə verən Kənan Abuzərli elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O deyib ki, bacısı ailə qurduqdan sonra həyat yoldaşının ailəsi ilə birlikdə Nərimankənd kəndində yaşayıb və zaman-zaman tərəflər arasında ailədaxili narazılıqlar yaranıb. Onun sözlərinə görə, hadisədən əvvəl bacısı ata evinə qayıdanda ağlayırmış və vəziyyəti yaxşı olmayıb. Bu hal onda ciddi narahatlıq yaradıb.


Təqsirləndirilən şəxs ifadəsində söyləyib ki, hadisə günü evdən bıçaq götürərək zərərçəkmiş Azər Babayevin yaşadığı ünvana gedib, hasardan aşaraq həyətə daxil olub və onu gözləməyə başlayıb. Daha sonra zərərçəkmiş şəxslə danışmaq istədiyini, ona bacısının ailəsinin niyə dağıldığını soruşduğunu deyib.

Qarşı tərəfin aqressiv cavab verməsi nəticəsində əsəbiləşərək bıçaqdan istifadə edib.

Kənan məhkəmədə zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmadığını, onu yalnız qorxutmaq istədiyini iddia edib. O bildirib ki, zərbələri vurduqdan sonra Azər Babayevin qan itirdiyini görüb və qorxub. Həmin vaxt hadisə yerinə gələn Azər Babayevin oğlu onu zərərsizləşdirərək əl-qolunu bağlayıb.

Məhkəmənin hökmü ilə Kənan 5 il 7 ay 15 gün müddətə azadlıqdan məhrum edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Kadırov ona ordu generalı rütbəsi verilməsini ŞƏRH ETDİ

Kadırov ona ordu generalı rütbəsi verilməsini ŞƏRH ETDİ

“Fənərbağça” Azərbaycana təşəkkür etdi

“Fənərbağça” Azərbaycana təşəkkür etdi

Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

End of content

No more pages to load

RADİO