Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilir – FOTO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilir.

Bizim.Media xəbər verir ki, tədbir Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə baş tutub.

Artıq ölkənin kibertəhlükəsizlik sahəsində ən nüfuzlu platformalarından birinə çevrilən Forum dövlət qurumlarını, Milli Məclisin deputatlarını, beynəlxalq təşkilatların nümayəndələrini, xarici ölkələrin kibertəhlükəsizlik institutlarını, özəl sektor təmsilçilərini, ali təhsil müəssisələrinin rəhbərlərini, ekspertləri və gənc mütəxəssisləri bir araya gətirib.


 

Forumun əsas məqsədi Azərbaycanda milli kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə vermək, dövlət-özəl sektor tərəfdaşlığını gücləndirmək, beynəlxalq təcrübə və innovativ yanaşmaların paylaşılmasını təşviq etməkdir.


Tədbir çərçivəsində kibertəhlükəsizlik ekosisteminin inkişafı, beynəlxalq əməkdaşlıq, rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının təhlükəsizlik mühitinə təsiri və yerli innovativ həllərin inkişaf perspektivləri müzakirə olunacaq. Forumun sərgi hissəsində isə tərəfdaş şirkətlər tərəfindən müasir kibertəhlükəsizlik həlləri nümayiş etdirilir.

Forum Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.


Forum çərçivəsində Corey Deng Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Məşvərət Şurasına üzv təyin olunması münasibətilə AKTA-nın Fəxri Üzvlük Sertifikatı ilə təltif ediləcək. Eyni zamanda AKTA ilə “Huawei Technologies” arasında əməkdaşlıq memorandumu imzalanacaq. Memorandum kibertəhlükəsizlik sahəsində bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, birgə təşəbbüslərin həyata keçirilməsi və insan kapitalının inkişafına dəstək məqsədi daşıyır.
 

Forum zamanı AKTA-nın yeni təşəbbüsü olan “CyberAward” layihəsinin təqdimatı keçirililəcəyi gözlənilir. Layihə ölkənin kibertəhlükəsizlik ekosisteminə mühüm töhfələr verən mütəxəssislərin və təşkilatların təşviq olunmasını hədəfləyir.


Forum çərçivəsində AKTA ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu da imzalanacaq. Bundan əlavə, AKTA, Ukrayna Elmi Kibertəhlükəsizlik Assosiasiyası, Moldova Texniki Universiteti və Gürcüstan Elmi Kibertəhlükəsizlik Assosiasiyası arasında regional əməkdaşlığı gücləndirməyə yönəlmiş çoxtərəfli memorandumun imzalanması gözlənilir. Sənəd kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsi, birgə layihələr və regional tərəfdaşlığın inkişafını nəzərdə tutur.

Forumda ilk dəfə ictimai sual-cavab sessiyası təşkil olunacaq.

Forumda iştirak üçün 1500-dən çox iştirakçı qeydiyyatdan keçib.

Forumun əsas tərəfdaşı Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzidir. Platin sponsorlar Azercell, Proxima Cyber Security, Caspel və B&B Security şirkətləridir. Qızıl sponsorlar sırasında AzInTelekom, i-Intelligent IT Distribution, Risk Company, ESET Cybersecurity və Trend AI yer alır.

Qeyd edək ki, Bizim.Media lV Milli Kibertəhlükəsizlik Forumunun media tərəfdaşıdır.






































Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Kadırov ona ordu generalı rütbəsi verilməsini ŞƏRH ETDİ

Kadırov ona ordu generalı rütbəsi verilməsini ŞƏRH ETDİ

“Fənərbağça” Azərbaycana təşəkkür etdi

“Fənərbağça” Azərbaycana təşəkkür etdi

Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

End of content

No more pages to load

RADİO