Mülki təyinatlı avtonom pilotsuz uçuş aparatlarının (PUA-lar) dövriyyəsi xüsusi icazə tələb edən əşyalar siyahısına əlavə olunur.
Bizim.Media xəbər verir ki, bu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
Belə ki, mülki pilotsuz uçuş aparatları, o cümlədən mülki təyinatlı avtonom pilotsuz uçuş aparatları (uşaqların istifadəsi üçün nəzərdə tutulmuş oyuncaq pilotsuz uçuş aparatları istisna olmaqla) xüsusi icazə tələb edən əşyalar siyahısına əlavə olunacaq.
Günay Şahmar, Bizim.Media