Sabah Bakının bir hissəsində qaz olmayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz” İB məlumat yayıb.
Bildirilir ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Suraxanı rayonunun Hövsan qəsəbəsinin bir hissəsinin (Hövsan bağları, Dənizkənarı və O.Şabanov küçələri) qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bizim.Media