Qəbul imtahanının 2-ci cəhdində iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başlanıb.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, qeydiyyat 2026-cı il iyunun 1-dən iyunun 8-dək aparılacaq.

İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (ödəniləcək məbləğ barədə sistem tərəfindən avtomatik olaraq istifadəçiyə məlumat verilir) edirlər.
 

Aşağıdakı kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirin) imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:


Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri;

valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar. Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur.

İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər. Abituriyentlərə ikinci imtahana qeydiyyat zamanı birincidəkindən fərqli ixtisas qrupunu seçməyə icazə verilir.
 

3 may tarixində keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanından qeyri-məqbul alan abituriyentlərə də yay qəbul imtahanına qeydiyyatdan keçməyə icazə verilir. Lakin həmin abituriyentlər 21 iyunda keçiriləcək II Azərbaycan dili imtahanından qeyri-məqbul aldıqları təqdirdə müsabiqəyə buraxılmayacaqlar.


Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdi II və III ixtisas qrupları üzrə iyulun 5-də, I və IV qruplar üzrə isə iyulun 12-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyulun 12-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İranın neft naziri istefa verdi

İranın neft naziri istefa verdi

Ayağı yaralansa da, çıxışını dayandırmadı - VİDEO

Ayağı yaralansa da, çıxışını dayandırmadı - VİDEO

Serdal Adalı yenidən "Beşiktaş"ın prezidenti seçildi

Serdal Adalı yenidən "Beşiktaş"ın prezidenti seçildi

İllər əvvəl həbs edilən polkovnik vəfat etdi - FOTO

İllər əvvəl həbs edilən polkovnik vəfat etdi - FOTO

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Lamin Yamal unikal nəticəyə imza atdı

Lamin Yamal unikal nəticəyə imza atdı

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

End of content

No more pages to load

RADİO