II qrupda 15 min nəfər kəsilə bilər - ən rəqabətli İXTİSASLAR

Hər il minlərlə abituriyent ali məktəblərə qəbul olmaq üçün ixtisas seçimi mərhələsində ciddi rəqabətlə üzləşir. Xüsusilə ikinci ixtisas qrupu üzrə həm müraciət sayının çoxluğu, həm də məhdud plan yerləri səbəbindən bu il də qəbul prosesində gərginliyin yüksək olacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, ikinci ixtisas qrupunda yer alan ixtisaslarla bağlı vəziyyətə baxdıqda görürük ki, bu il müraciət edən abituriyentlərin sayı kifayət qədər çoxdur:

“Ötən illə müqayisədə bu il Dövlət İmtahan Mərkəzinin qəbul imtahanı əsasında müsabiqəyə qatılan abituriyentlərin sayında artım müşahidə olunur. Təkcə əsas qəbul nəticələrinə görə 2566 nəfər daha çox iştirakçı qeydə alınıb. Bundan əlavə, birbaşa ikinci cəhddə iştirak etmək istəyənlər, eləcə də fənn olimpiadası qalibləri də nəzərə alındıqda müraciət sayının daha da artacağı gözlənilir.
 

Plan yerləri ilə müqayisə etdikdə isə iştirakçı sayının xeyli çox olduğu görünür. Məsələn, ötən il ikinci ixtisas qrupu üzrə ayrılmış plan yerlərinin sayı ümumilikdə 14 935 idi. Halbuki müsabiqədə 25 mindən çox abituriyent iştirak edirdi. Nəticədə təxminən 11-12 min nəfər müsabiqədən keçə bilməmişdi.


Bu il də ikinci ixtisas qrupu üzrə plan yerlərinin sayının təxminən 15 min və bir qədər artıq olması nəzərdə tutulur. Lakin müraciət edənlərin sayı 28 528 nəfərə yaxındır. Bu statistika göstərir ki, yenə də 13 mindən çox abituriyent müsabiqədən kənarda qala bilər. Əlavə olaraq düzgün ixtisas seçimi etməyənlər və müsabiqə şərtlərini ödəməyənlər də nəzərə alınarsa, ilk tur üzrə təxminən 15 mindən çox abituriyentin qəbul ola bilməmə ehtimalı var”.

Ekspert söyləyib ki, II ixtisas qrupunda abituriyentlərin ən çox üstünlük verdiyi sahələr maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi ixtisaslarıdır:

“Bundan sonra beynəlxalq ticarət və logistika, mühasibat, dövlət və bələdiyyə idarəetməsi, menecment və marketinq ixtisasları gəlir. Ən ciddi rəqabət də məhz bu ixtisaslar üzrə müşahidə olunur.

Nisbətən aşağı bal toplayan, xüsusilə 150 bal ətrafında nəticə göstərən abituriyentlər isə daha çox turizm işinin təşkili, turizm bələdçiliyi və marketinq ixtisaslarına üstünlük verirlər. Digər abituriyentlərin bir qismi isə əsas məqsəd kimi universitetə qəbul olunmağı seçir və statistika, hidrometeorologiya, sosiologiya, nəqliyyat servisi, informasiya menecmenti və kommunikasiya kimi ixtisasları seçirlər.

Universitet seçiminə gəldikdə isə son illərdə abituriyentlərin ən çox üstünlük verdiyi ali təhsil müəssisələri sırasında ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti yer alır.

Sonrakı sıralarda isə Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti və Xəzər Universiteti gəlir.

Ümumilikdə mövcud plan yerləri ilə müraciət sayı müqayisə edildikdə görünür ki, bu il də ikinci ixtisas qrupunda təxminən 15 min nəfərin müsabiqədən kənarda qalmaq ehtimalı var. Buna görə də müsabiqə şərtini ödəyən abituriyentlər belə ixtisas seçimi zamanı son dərəcə diqqətli olmalıdırlar. O cümlədən subbakalavrların da şansı ötən illərə nəzərən bu il II ixtisas qrupunda çox deyil”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

XİN: “Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

XİN: “Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

“Körpəlikdən başı yerə dəyməyən oğlum başından vurulmuşdu” - Şəhid anasından ÜRƏKDAĞLAYAN SÖZLƏR - FOTO

“Körpəlikdən başı yerə dəyməyən oğlum başından vurulmuşdu” - Şəhid anasından ÜRƏKDAĞLAYAN SÖZLƏR - FOTO

Bakıda marşrut avtobusu belə aşdı – ANBAAN VİDEO

Bakıda marşrut avtobusu belə aşdı – ANBAAN VİDEO

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydası DƏYİŞDİ – FƏRMAN

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydası DƏYİŞDİ – FƏRMAN

Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq? – VİDEO

Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq? – VİDEO

Ev almaq istəyənlərin nəzərinə: Yeni və köhnə tikililərdə son qiymətlər

Ev almaq istəyənlərin nəzərinə: Yeni və köhnə tikililərdə son qiymətlər

Qonşu ölkədə ölümcül VİRUS YAYILDI – Azərbaycana da keçə bilər? – RƏSMİ AÇIQLAMA

Qonşu ölkədə ölümcül VİRUS YAYILDI – Azərbaycana da keçə bilər? – RƏSMİ AÇIQLAMA

66 yaşlı Nərgiz Cəlilovanın görünüşü gündəm oldu - Video

66 yaşlı Nərgiz Cəlilovanın görünüşü gündəm oldu - Video

5 bürc noyabrda sərvətə qovuşacaq — SİYAHI

5 bürc noyabrda sərvətə qovuşacaq — SİYAHI

Siyəzəndə ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı – FOTO/VİDEO

Siyəzəndə ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı – FOTO/VİDEO

Pul köçürmələri ilə bağlı YENİLİK – Məbləğ kəskin ARTIRILDI

Pul köçürmələri ilə bağlı YENİLİK – Məbləğ kəskin ARTIRILDI

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU – Yaralılar var – VİDEO

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU – Yaralılar var – VİDEO

Elgiz bağ evini nümayiş etdirdi - (Video)

Elgiz bağ evini nümayiş etdirdi - (Video)

Liya Bayramovaya yeni vəzifə verildi

Liya Bayramovaya yeni vəzifə verildi

Bu şəxslər magistraturada dövlət hesabına TƏHSİL ALACAQLAR

Bu şəxslər magistraturada dövlət hesabına TƏHSİL ALACAQLAR

Bakı metrosunun qatar yolundakı su görün nə imiş

Bakı metrosunun qatar yolundakı su görün nə imiş

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Hacıqabulda əməliyyat – Saxlanılan var - FOTO

Hacıqabulda əməliyyat – Saxlanılan var - FOTO

Daşkəsəndə AİLƏ DRAMI – Qayınata kürəkənini qətlə yetirdi - VİDEO

Daşkəsəndə AİLƏ DRAMI – Qayınata kürəkənini qətlə yetirdi - VİDEO

Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı

Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Bakıda kişi arvadını dişlədi – 1 il 8 ay həbsdə yatacaq

Bakıda kişi arvadını dişlədi – 1 il 8 ay həbsdə yatacaq

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

End of content

No more pages to load

RADİO