Qusarda boru kəmərlərinin təhlükəsizliyi - Mövcud risklər müzakirə edildi - FOTO

Qusar Rayon İcra Hakimiyyətində İxrac Neft-Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə Komissiyanın növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclası giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov strateji əhəmiyyətli boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsinin dövlət əhəmiyyətli məsələ olduğunu bildirib.

İcra başçısı Azərbaycanın enerji təhlükəsizliyinin və ixrac potensialının qorunmasının bilavasitə bu kimi xətlərin fasiləsiz və təhlükəsiz istismarından asılı olduğunu vurğulayıb.

Komissiyanın sədri, Qusar Rayon İcra Hakimiyyəti başçısının I müavini Şahid Fərəməzov komissiya tərəfindən rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.
 

Qeyd edilib ki, komissiya rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə yaradılıb və fəaliyyətini əvvəlcədən təsdiq olunmuş plana uyğun həyata keçir. Komissiyanın tərkibinə aidiyyəti təşkilat rəhbərləri, boru kəmərlərinin keçdiyi ərazilərin kənd inzibati ərazi dairələri üzrə RİH nümayəndələri və bələdiyyə sədrləri daxildir.


Şahid Fərəməzov bildirib ki, aidiyyəti təşkilatlarla birgə Rayon İcra Hakimiyyəti tərəfindən neft və qaz kəmərlərinin keçdiyi ərazilərdə təhlükəsizlik tədbirləri həyata keçirilir, əhali arasında mütəmadi maarifləndirmə işi aparılır.

Bunun nəticəsidir ki, sakinlər bu sahədə kifayət qədər həssas və məlumatlıdır. Ötən müddət ərzində kəmərlərin keçdiyi ərazidə hər hansı xoşagəlməz hadisə baş verməyib.

Qeyd olunub ki, Qusar rayonu ərazisindən uzunluğu 26,5 km olan “Bakı-Novorossiysk” ixrac neft boru kəməri və “Qazıməmməd-Mozdok” magistral qaz kəməri keçir. Bu kəmərlər rayonun 7 inzibati ərazi dairəsinin 18 yaşayış məntəqəsinin ərazisini əhatə edir.

İxrac Neft-Qaz Boru Kəmərlərinin Təhlükəsizliyinə Nəzarət İdarəsinin rəisi, polkovnik Nail Dadaşov çıxışında Azərbaycanın enerji siyasətində mühüm rol oynayan “Əsrin müqaviləsi”nin əhəmiyyətinə toxunub.
 

O, kəmərlərdə baş verə biləcək fövqəladə halların qarşısının alınması, baş vermiş fəsadların aradan qaldırılması, aidiyyəti qurumların bu işə cəlb edilməsi və əhali arasında təbliğat işinin aparılmasının komissiyanın əsas vəzifələrindən olduğunu bildirib. Həmçinin qeyd edilib ki, hazırda regionda mövcud gərgin geosiyasi vəziyyət nəzərə alınmaqla, fiziki şəxslər tərəfindən pilotsuz uçuş aparatlarından (dronlardan) istifadə təhlükəsizlik baxımından ciddi risk yaradır. Bu səbəbdən vətəndaşlar müəyyən olunmuş qaydalara riayət etməlidirlər.


Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Xaçmaz Regional İdarəsinin rəisi, komissiyanın sədr müavini Xanmurad Xıdırov çıxışında Qusar rayonu ərazisindən keçən 26,5 km-lik boru kəmərinin mühafizəsi və nəzarət tədbirləri barədə ətraflı məlumat verib.

Xanmurad Xıdırov vurğulayıb ki, bu işdə yerli icra nümayəndələri və bələdiyyə sədrləri ilə sıx qarşılıqlı əlaqə qurulub.

Ərazidə yaşayan sakinlərlə keçirilən görüşlərdə onlara kəmərin mühafizə zonasında torpaq qazıntıları, tikinti və kənd təsərrüfatı işlərinə başlamazdan əvvəl aidiyyəti qurumları məlumatlandırmağın vacibliyi izah edilir. Nəticədə şübhəli hallar barədə məlumatlar vaxtında verilir ki, bu da potensial təhlükələrin qarşısının alınmasına imkan verir.

“SOCAR”-ın Qaz İxrac İdarəsi Siyəzən Magistral Qaz Kəmərləri Sahəsinin rəisi Mircəlal Kazımzadə bu sahədə tətbiq olunan yeni texnoloji sistemlər, boru xətlərinin əks olunduğu rəqəmsal xəritələr və monitorinq imkanları barədə məlumat verib.
 

ARDNŞ Neft Kəmərləri İdarəsinin İstehsalat Bölümünün rəisi Elvin Muradov komissiyanın yerlərdə apardığı maarifləndirmə və profilaktik tədbirlərin fövqəladə halların qarşısının alınmasında mühüm rol oynadığını qeyd edərək, qarşılıqlı məlumat mübadiləsini davam etdirilməsinin vacibliyini vurğulayıb.


İclası yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov strateji infrastrukturun mühafizəsinin təkcə aidiyyəti qurumların deyil, bütün cəmiyyətin məsuliyyəti olduğunu bildirib.

Sahir Məmmədxanov komissiyanın fəaliyyətini qənaətbəxş qiymətləndirərək komissiya üzvlərinə, aidiyyəti təşkilatların əməkdaşlarına əməkdaşlığa və məsuliyyətli yanaşmaya görə təşəkkür edib, qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icra olunacağına əminliyini ifadə edib. Əhali, xüsusilə ümumtəhsil müəssisələri və dövlət qurumlarının əməkdaşları arasında mütəmadi maarifləndirmə işinin aparılmasının zəruriliyini qeyd edib.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SSRİ üsuluna qayıdırlar:yollar belə olacaq

SSRİ üsuluna qayıdırlar:yollar belə olacaq

Əməkdar artistin toyda bəylə zarafatı gülüş doğurdu - VİDEO

Əməkdar artistin toyda bəylə zarafatı gülüş doğurdu - VİDEO

Bir ay əvvəl itkin düşən Rahim Osmanovun meyiti TAPILDI – FOTO

Bir ay əvvəl itkin düşən Rahim Osmanovun meyiti TAPILDI – FOTO

“Turan Tovuz”un legioneri Portuqaliya və Braziliya klublarının HƏDƏFİNDƏ

“Turan Tovuz”un legioneri Portuqaliya və Braziliya klublarının HƏDƏFİNDƏ

Türk Dünyasının liderləri Türküstanda əl-ələ - FOTO

Türk Dünyasının liderləri Türküstanda əl-ələ - FOTO

Yunan adalarındakı evlər sən demə bu səbəbdən mavi rəngdə imiş

Yunan adalarındakı evlər sən demə bu səbəbdən mavi rəngdə imiş

Xalq artistinin qızı müğənni ilə nişanlanır

Xalq artistinin qızı müğənni ilə nişanlanır

İlham Əliyev TDT Dövlət başçılarının Zirvə görüşündə - FOTO

İlham Əliyev TDT Dövlət başçılarının Zirvə görüşündə - FOTO

Onlar artıq doğma yurdlarındadırlar – FOTO

Onlar artıq doğma yurdlarındadırlar – FOTO

İcra başçısı müavinini işdən çıxardı- Foto

İcra başçısı müavinini işdən çıxardı- Foto

Türk Dünyasının liderləri “Həzrət Sultan” muzeyində - FOTO

Türk Dünyasının liderləri “Həzrət Sultan” muzeyində - FOTO

Qusarda boru kəmərlərinin təhlükəsizliyi - Mövcud risklər müzakirə edildi - FOTO

Qusarda boru kəmərlərinin təhlükəsizliyi - Mövcud risklər müzakirə edildi - FOTO

Türkiyədə azərbaycanlı xəstə baxıcısı 88 yaşlı qadını DÖYDÜ

Türkiyədə azərbaycanlı xəstə baxıcısı 88 yaşlı qadını DÖYDÜ

İlham Əliyev qardaş ölkə liderləri ilə BİR ARADA – FOTO

İlham Əliyev qardaş ölkə liderləri ilə BİR ARADA – FOTO

II və III qrupa hazırlaşanlara MÜRACİƏT – İmtahanlarla bağlı YENİ XƏBƏR

II və III qrupa hazırlaşanlara MÜRACİƏT – İmtahanlarla bağlı YENİ XƏBƏR

Mənzil sahibi olmaq istəyənlərin nəzərinə - Aylıq 420 AZN-dən başlayan qiymətlə mənzillər satışa çıxarıldı!

Mənzil sahibi olmaq istəyənlərin nəzərinə - Aylıq 420 AZN-dən başlayan qiymətlə mənzillər satışa çıxarıldı!

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi – FOTO

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi – FOTO

Sinif yoldaşını döyən şagirdlə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Sinif yoldaşını döyən şagirdlə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

“Şamaxı”da Ayxan Abbasovu kim əvəz edəcək? – Namizədlərin SİYAHISI

“Şamaxı”da Ayxan Abbasovu kim əvəz edəcək? – Namizədlərin SİYAHISI

İctimai çimərliklər mövsümə TAM HAZIRDIR – FOTO

İctimai çimərliklər mövsümə TAM HAZIRDIR – FOTO

Trampın Çin lideri ilə görüşdəki hərəkəti gündəm oldu – VİDEO

Trampın Çin lideri ilə görüşdəki hərəkəti gündəm oldu – VİDEO

Unutduğu şifrəni illər sonra xatırlayıb, sərvət qazandı

Unutduğu şifrəni illər sonra xatırlayıb, sərvət qazandı

Dostu Yermakın azadlığa çıxması üçün 30 milyon ÖDƏDİ

Dostu Yermakın azadlığa çıxması üçün 30 milyon ÖDƏDİ

Dostunu xəstəxanaya çatdırdı, özü də həyatını itirdi... – FOTO

Dostunu xəstəxanaya çatdırdı, özü də həyatını itirdi... – FOTO

End of content

No more pages to load

RADİO