ADNSU tələbələri üçün böyük FÜRSƏT - Yüzlərlə vakansiya təqdim olundu– FOTO/VİDEO

Mayın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) XVII Məzun–Karyera Sərgisi keçirilib.

Bizim.Media xəbər verir ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan sərgidə 70-dən çox yerli və beynəlxalq şirkət iştirak edib.

SOCAR Polymer, BP Azerbaijan, “Azərenerji”, “Azərsun Holdinq”, Nobel Energy, Deloitte, Saipem, EY Azerbaijan, Turan Drilling və digər nüfuzlu şirkətlər tələbə və məzunlara vakansiya və təcrübə proqramlarını təqdim ediblər.

ADNSU-nun Məzunlarla iş və Karyera Mərkəzinin təşkilatçılığı və ADNSU TGT nəzdində fəaliyyət göstərən “CareerPlus” klubunun dəstəyi ilə keçirilən sərginin açılış mərasimində çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov iştirakçıları salamlayaraq XVII Məzun–Karyera Sərgisinin universitetlə sənaye müəssisələri arasında əməkdaşlığın inkişafı baxımından mühüm platforma olduğunu bildirib.


Rektor bu cür sərgilərin tələbə və məzunların əmək bazarının tələbləri ilə yaxından tanış olmasına, nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə, işəgötürənlərlə birbaşa əlaqə qurmasına və gələcək peşə fəaliyyətinə daha hazırlıqlı şəkildə başlamaları üçün fürstət kimi dəyərləndirib.

ADNSU-nun sənaye müəssisələri ilə əməkdaşlığının ildən-ilə genişləndirildiyini diqqətə çatdıran Rüfət Əzizov universitet məzunlarının işə düzəlmə göstəricisinin yüksək olduğunu bildirib.

O, bunu ADNSU-da hazırlanan ixtisaslı kadrların ölkənin neft-qaz, energetika, informasiya texnologiyaları və digər strateji sahələrində böyük tələbat görməsinin göstəricisi kimi qiymətləndirib.

Tədbir çərçivəsində iştirakçılar sərgi stendləri ilə tanış olub, şirkət nümayəndələri ilə görüşlər keçiriblər.
 

Tələbə və məzunlar şirkət nümayəndələri ilə birbaşa ünsiyyət quraraq karyera imkanları, işə qəbul prosesi və peşə inkişafı istiqamətində məlumat əldə ediblər.


Qeyd edək ki, sərginin əsas məqsədi tələbə və məzunların əmək bazarı ilə əlaqələrinin gücləndirilməsi, onların peşəkar inkişafına dəstək göstərilməsi və universitet–sənaye əməkdaşlığının genişləndirilməsi olub.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

XİN: “Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

XİN: “Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

“Körpəlikdən başı yerə dəyməyən oğlum başından vurulmuşdu” - Şəhid anasından ÜRƏKDAĞLAYAN SÖZLƏR - FOTO

“Körpəlikdən başı yerə dəyməyən oğlum başından vurulmuşdu” - Şəhid anasından ÜRƏKDAĞLAYAN SÖZLƏR - FOTO

Bakıda marşrut avtobusu belə aşdı – ANBAAN VİDEO

Bakıda marşrut avtobusu belə aşdı – ANBAAN VİDEO

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydası DƏYİŞDİ – FƏRMAN

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydası DƏYİŞDİ – FƏRMAN

Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq? – VİDEO

Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq? – VİDEO

Ev almaq istəyənlərin nəzərinə: Yeni və köhnə tikililərdə son qiymətlər

Ev almaq istəyənlərin nəzərinə: Yeni və köhnə tikililərdə son qiymətlər

Qonşu ölkədə ölümcül VİRUS YAYILDI – Azərbaycana da keçə bilər? – RƏSMİ AÇIQLAMA

Qonşu ölkədə ölümcül VİRUS YAYILDI – Azərbaycana da keçə bilər? – RƏSMİ AÇIQLAMA

66 yaşlı Nərgiz Cəlilovanın görünüşü gündəm oldu - Video

66 yaşlı Nərgiz Cəlilovanın görünüşü gündəm oldu - Video

5 bürc noyabrda sərvətə qovuşacaq — SİYAHI

5 bürc noyabrda sərvətə qovuşacaq — SİYAHI

Siyəzəndə ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı – FOTO/VİDEO

Siyəzəndə ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı – FOTO/VİDEO

Pul köçürmələri ilə bağlı YENİLİK – Məbləğ kəskin ARTIRILDI

Pul köçürmələri ilə bağlı YENİLİK – Məbləğ kəskin ARTIRILDI

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU – Yaralılar var – VİDEO

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU – Yaralılar var – VİDEO

Elgiz bağ evini nümayiş etdirdi - (Video)

Elgiz bağ evini nümayiş etdirdi - (Video)

Liya Bayramovaya yeni vəzifə verildi

Liya Bayramovaya yeni vəzifə verildi

Bu şəxslər magistraturada dövlət hesabına TƏHSİL ALACAQLAR

Bu şəxslər magistraturada dövlət hesabına TƏHSİL ALACAQLAR

Bakı metrosunun qatar yolundakı su görün nə imiş

Bakı metrosunun qatar yolundakı su görün nə imiş

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

Hacıqabulda əməliyyat – Saxlanılan var - FOTO

Hacıqabulda əməliyyat – Saxlanılan var - FOTO

Daşkəsəndə AİLƏ DRAMI – Qayınata kürəkənini qətlə yetirdi - VİDEO

Daşkəsəndə AİLƏ DRAMI – Qayınata kürəkənini qətlə yetirdi - VİDEO

Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı

Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Təkərlərdə “2 atmosfer” standartı doğru deyilmiş – Sürücülərin diqqət etməli olduğu MƏQAMLAR

Bakıda kişi arvadını dişlədi – 1 il 8 ay həbsdə yatacaq

Bakıda kişi arvadını dişlədi – 1 il 8 ay həbsdə yatacaq

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

Rusiyada taun xəstəliyi yayılır? - FOTO

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

BDU-da tələbələrdən pul yığılır? – Təhsil ocağından REAKSİYA

End of content

No more pages to load

RADİO