Gəncədə yanğın hadisəsi baş verib.
Bizim.Media “apa.az” istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən avtomobillərin utilizasiyası zavodunda qeydə alınıb.
Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
FHN-dən bildirilib ki, ərazidə olan təkər tullantıları və yararsız avtomobillərin hissələri yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.




Bizim.Media