Mingəçevirdə 20 yaşlı gənc futbol oyunu zamanı ölüb.
Bizim.Media MTV-yə istinadla xəbər verir ki, 2006-cı il təvəllüdlü Muhamməd Abdullah oğlu Həsən Mingəçevir Dövlət Universitetinin tələbəsi olub.
İlkin məlumata görə, epilepsiya xəstəliyindən əziyyət çəkən gəncin dili qatlanıb və o həyatını itirib.
Gəncin fotosunu təqdim edirik:

Bizim.Media