Kürdəmirdə bədbəxt hadisə baş verib.
Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, rayonun Sığırlı kənd sakini, 43 yaşlı Ramal Məmmədov yaşadığı evin həyətində kəsici alətlə yanacaq balonunu kəsərkən partlayış olub.
Ağır yaralanan R. Məmmədov ölüb.
Fakt araşdırılır.
Bizim.Media