Bakının ən ucuz evləri bu ərazidədir – SƏBƏB

Daşınmaz əmlak bazarında qiymət dinamikasında nəzərəçarpan dəyişikliklər müşahidə olunur.

Xüsusilə həyət evləri seqmentində ucuzlaşma tendensiyası daha qabarıq şəkildə özünü göstərir.

Buna həm normadan artıq yağan yağışların yaratdığı su basma halları, həm də sənədləşmə ilə bağlı məhdudiyyətlər təsir edir. Nəticədə bazarda alıcı marağı azalır və qiymətlər enmə istiqamətində davam edir.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov “Demokrat.az”a bildirib ki, daşınmaz əmlak bazarında ən ucuz seqment əsasən müəyyən risk faktorları ilə seçilən ərazilərdir:

"Normadan artıq yağan yağışlardan sonra su basan ərazilərdə qiymətlər daha çox enib. Onsuz da həyət evlərinə tələbat 2023-cü ildə qəbul edilən qərardan sonra azalmışdı. Həmin qərara əsasən, çıxarışı və sənədi olmayan evlərin kommunal xətlərə qoşulmasına məhdudiyyət qoyuldu. Bu isə alıcı marağını zəiflətdi və qiymətlərin enməsinə səbəb oldu.

Həmin dövrdən etibarən həyət evlərinə maraq azalırdı, son yağışlar isə bu tendensiyanı daha da gücləndirdi. Subasma halları insanlarda əlavə risk və narahatlıq yaratdı. Nəticədə onsuz da az olan alıcı sayı daha da azaldı. Hazırda bazarda ən ucuz əmlak növü həyət evləridir. Xüsusilə çıxarışı olmayan evlərdə qiymət enişi daha qabarıq görünür".

Ekspert bildirib ki, kommunal xətlərə qoşulmuş olsa belə, sənədsiz evlərə maraq aşağıdır:

"Bu seqmentdə qiymətlər daha sürətlə enir. Ümumilikdə bazarda bu tendensiya davam edir. Ən çox qiymət enişi isə su basma riski olan ərazilərdə müşahidə olunur. Mərdəkan, Xırdalan, Masazır, Sabunçu və Zabrat istiqamətində yerləşən bəzi ərazilərdə bu hallar daha çox qeydə alınıb.

Həmin yerlərdə su basmaları qiymətlərə ciddi təsir göstərib. Onsuz da alıcısı az olan bu evlərdə qiymətlər daha da aşağı düşüb. Bəzi hallarda isə alıcı marağı demək olar ki, yox səviyyəsinə enib".

O deyib ki, ümumilikdə fərdi evləri iki kateqoriyaya bölmək olar:

"Çıxarışı olan və olmayan evlər. Ən böyük qiymət enişi məhz sənədsiz evlərdə və torpaq sahələrində müşahidə olunur. Bu tip əmlaklara maraq hazırda çox zəifdir. Qiymətlərin enməsi əsasən tələbin azalması ilə bağlıdır. Alıcı sayı azaldıqca satıcılar arasında rəqabət güclənir. Bu isə qiymətlərin daha da aşağı düşməsinə gətirib çıxarır. Satıcılar alıcı cəlb etmək üçün qiymətləri endirməyə məcbur olur.

Bundan əlavə, Binəqədi və ətraf bəzi ərazilərdə də su basma halları qeydə alınıb. Bu da həmin ərazilərdə qiymətlərin enməsinə və alıcı marağının azalmasına səbəb olub. Ümumilikdə, bazarda ən çox ucuzlaşan əmlaklar su basma riski olan və sənədsiz fərdi yaşayış evləridir", - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR

Yaponiyada yuxu yarışması keçirildi – Mükafat 14 min dollardır

Yaponiyada yuxu yarışması keçirildi – Mükafat 14 min dollardır

Ağsuda 40 yaşlı kişi qayınanasını döydü

Ağsuda 40 yaşlı kişi qayınanasını döydü

Britaniya Avropa İttifaqına geri qayıdır? - Baş nazirdən gözlənilməz AÇIQLAMA

Britaniya Avropa İttifaqına geri qayıdır? - Baş nazirdən gözlənilməz AÇIQLAMA

"Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində QƏRAR

"Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində QƏRAR

Arda Güler dünyanın ən dəyərli 19-cu futbolçusu oldu - SİYAHI

Arda Güler dünyanın ən dəyərli 19-cu futbolçusu oldu - SİYAHI

Yüksək vəzifəyə təyin olunan Oqtay Gözəlov kimdir? – DOSYE

Yüksək vəzifəyə təyin olunan Oqtay Gözəlov kimdir? – DOSYE

Bolqarıstan sahillərində iki Türkiyə gəmisinə dron hücumu: Biri batıb – VİDEO

Bolqarıstan sahillərində iki Türkiyə gəmisinə dron hücumu: Biri batıb – VİDEO

1923-cü ildə rus tacirlər Şərqi Anadoludan 10 min pişik almaq istəyib

1923-cü ildə rus tacirlər Şərqi Anadoludan 10 min pişik almaq istəyib

Kamçatkada helikopter sərt eniş etdi

Kamçatkada helikopter sərt eniş etdi

Nazir şöbə müdirini vəzifədən azad etdi

Nazir şöbə müdirini vəzifədən azad etdi

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTO

İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTO

Qubada əməliyyat: 2 nəfər HƏBS EDİLDİ

Qubada əməliyyat: 2 nəfər HƏBS EDİLDİ

Aylıq sosial müavinət alanlarla bağlı yeni XƏBƏR VAR

Aylıq sosial müavinət alanlarla bağlı yeni XƏBƏR VAR

Məktəb bufetində zərərli qida satılırsa... – Direktor məsuliyyətə CƏLB OLUNACAQ?

Məktəb bufetində zərərli qida satılırsa... – Direktor məsuliyyətə CƏLB OLUNACAQ?

Sevinc Osmanqızının mənəvi faciəsi...

Sevinc Osmanqızının mənəvi faciəsi...

ISW: Ukrayna ordusu Volçansk yaxınlığında Rusiya qoşunlarını geri oturtdu

ISW: Ukrayna ordusu Volçansk yaxınlığında Rusiya qoşunlarını geri oturtdu

İstanbulda 7 şagirdi yaralayan qız belə ələ keçirildi – FOTO-VİDEO

İstanbulda 7 şagirdi yaralayan qız belə ələ keçirildi – FOTO-VİDEO

Sumqayıtda kanalizasiya xəttinə görə qazılan yol niyə bərpa olunmur? – VİDEO

Sumqayıtda kanalizasiya xəttinə görə qazılan yol niyə bərpa olunmur? – VİDEO

Türkiyə Ukraynaya Korkut hava hücumundan müdafiə kompleksi verib?

Türkiyə Ukraynaya Korkut hava hücumundan müdafiə kompleksi verib?

Moskva vilayətinə dron hücumu: Ölən və yaralananlar var - VİDEO

Moskva vilayətinə dron hücumu: Ölən və yaralananlar var - VİDEO

ADNSU-nun müəllimlərinə Beynəlxalq Müəllimlər Günü münasibətilə yüksək məbləğdə mükafat verildi – FOTO

ADNSU-nun müəllimlərinə Beynəlxalq Müəllimlər Günü münasibətilə yüksək məbləğdə mükafat verildi – FOTO

Petek Dinçöz son görünüşü ilə diqqət çəkdi: Əvvəlki imicinə qayıdıb – FOTO/VİDEO

Petek Dinçöz son görünüşü ilə diqqət çəkdi: Əvvəlki imicinə qayıdıb – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO