Qəzalara səbəb olan PİYADALAR - Avropada 1350 avro cəriməsi var, bəs Azərbaycanda?

Piyadaların yol hərəkəti qaydalarını pozması nəticəsində baş verən yol-nəqliyyat hadisələrinin sayı son günlərdə xeyli artıb.

Məlumat üçün qeyd edək ki, bu ilin 3 ayı ərzində paytaxt yollarında qeydə alınan 68 yol-nəqliyyat hadisəsinin 43-ü piyada vurulması ilə bağlı olub.

Nəticədə 21 piyada dünyasını dəyişib, 24-ü isə xəsarət alıb.

Bu vəziyyət cərimələrin artırılması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bildirilir ki, cərimələr Avropadakı kimi artırılsa və qəzaların məsuliyyəti buna səbəb olan piyadanın üzərinə qoyulsa, kifayət qədər müsbət nəticələr almaq olar.

Lakin digər bir qrup hesab edir ki, problemin kökü təkcə cərimələrdə deyil, həm də yol quruluşu ilə bağlıdır.

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Elçin Məmmədəliyev Bizim.Media-ya bildirdi ki, ilk baxışda cərimələri artırmaq məntiqli görünsə də, təkcə bununla  kifayətlənmək arzuolunan nəticəni verməyəcək:

“Bizim ən böyük problemimizdən biri də məhz piyada mədəniyyətinin olmamasıdır. Eyni mədəniyyət əskikliyi sürücülərdə rastlansa da, piyadaların özünü yola atması daha faciəvi sonluqla bitir. Amma diqqətlə müşahidə edəndə  bunun təkcə məsuliyyətsizlikdən irəli gəlmədiyini görmək olar. Piyada keçidləri çox yerdə insanların real hərəkət trayektoriyasına uyğun yerləşmir. Keçid uzaqdadırsa, vaxt itirmək istəməyən insanlar riskə gedəcək. Yaxud yeraltı və ya yerüstü keçidlər uzun, dik pilləkənli, eskalatorsuz olduğu, yaxşı işıqlandırılmadığı üçün “heç nə olmaz” düşüncəsiylə özünü avtobana aacaq”.  

Bəs Avropa ölkələrində vəziyyət necədir?

Məlumat üçün bildirək ki, piyada yanlışına görə cərimələr ölkədən ölkəyə və qəzanın miqyasına görə dəyişir.
 

Almaniyada sadə qayda pozuntusu (keçiddən kənar və ya qırmızı işıqda keçmək) - təxminən 5-10 avro, daha təhlükəli hallar 350 avroya qədərdir.  


Fransada sadə pozuntu təxminən 68 avro, təkrar pozuntu 135, qəza və ya təhlükə yaratma 1350 avrodur.

Böyük Britaniyada keçiddən kənar keçmək pozuntu sayılmır, amma təhlükə yaradarsa təxminən 60 avro yerindəcə cərimə ödəməlidir.

Türkiyədə son illər piyadalara qarşı nəzarət və cərimələr xeyli sərtləşdirilib. Əgər piyada qəzaya səbəb olarsa, maddi zərəri ödəmək onun öhdəliyidir.

Azərbaycanda isə keçiddən kənar keçmək, qırmızı işıqda yolu keçmək 20 manatdır. Əgər piyada öz hərəkəti ilə yol-nəqliyyat hadisəsinə səbəb olarsa cərimə 40 manata qədər arta bilər. Amma cərimənin tətbiqi zəifdir. Bizdə əsas diqqət çox hallarda piyadalara deyil, sürücülərə yönəlir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran XİN-dən İsveçrə görüşü barədə AÇIQLAMA

İran XİN-dən İsveçrə görüşü barədə AÇIQLAMA

Dostluqları sınaqdan keçir? – VİDEO

Dostluqları sınaqdan keçir? – VİDEO

İshaq Dar Əraqçi ilə regional məsələləri müzakirə etdi

İshaq Dar Əraqçi ilə regional məsələləri müzakirə etdi

Bakıda taksi sürücüsü “Changan”ın qapısını kobud açan SƏRNİŞİNİ DÖYDÜ

Bakıda taksi sürücüsü “Changan”ın qapısını kobud açan SƏRNİŞİNİ DÖYDÜ

Zelenski Lukaşenkoya bir həftə VAXT VERDİ

Zelenski Lukaşenkoya bir həftə VAXT VERDİ

Dübəndidə sahilə yığılan neft qalıqları təmizləndi - VİDEO

Dübəndidə sahilə yığılan neft qalıqları təmizləndi - VİDEO

Qeyri-etik hərəkətləri ilə məşhurlaşmış "həkim" barəsində yeni ŞİKAYƏT - VİDEO

Qeyri-etik hərəkətləri ilə məşhurlaşmış "həkim" barəsində yeni ŞİKAYƏT - VİDEO

Moskva Neft Emalı Zavodu fəaliyyətini dayandırdı

Moskva Neft Emalı Zavodu fəaliyyətini dayandırdı

"AİHM-in qərarı ədalətsiz və qərəzlidir" – Çingiz Əsgərovdan BƏYANAT

"AİHM-in qərarı ədalətsiz və qərəzlidir" – Çingiz Əsgərovdan BƏYANAT

Rüstəm Minnixanov: "Qardaş xalqlarımızın əməkdaşlıq ənənələri sarsılmaz qalacaq"

Rüstəm Minnixanov: "Qardaş xalqlarımızın əməkdaşlıq ənənələri sarsılmaz qalacaq"

1992-ci ildən bəri universitetlərə qəbul olan ən çox QIZLARDIR

1992-ci ildən bəri universitetlərə qəbul olan ən çox QIZLARDIR

Xəbib DÇ-2026-dakı əsas favoritini açıqladı

Xəbib DÇ-2026-dakı əsas favoritini açıqladı

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı HƏLAK OLDU

Şəmkirdə tövlədən meyit tapıldı

Şəmkirdə tövlədən meyit tapıldı

Həsən Əblucun xanımı vəfat etdi – FOTO

Həsən Əblucun xanımı vəfat etdi – FOTO

18 nömrəli marşrutda kondisionerlər nə vaxt tam İŞƏ DÜŞƏCƏK?

18 nömrəli marşrutda kondisionerlər nə vaxt tam İŞƏ DÜŞƏCƏK?

Ukrayna Moskvaya növbəti dəfə kütləvi HÜCUM ETDİ - VİDEO

Ukrayna Moskvaya növbəti dəfə kütləvi HÜCUM ETDİ - VİDEO

Ece İrtemin ölümündə "meymun" şübhəsi - Qolunda diş izləri tapıldı

Ece İrtemin ölümündə "meymun" şübhəsi - Qolunda diş izləri tapıldı

Azərbaycan-Ermənistan sərhədində ZƏLZƏLƏ OLDU

Azərbaycan-Ermənistan sərhədində ZƏLZƏLƏ OLDU

Abituriyentlərin ən çox sıfır bal yığdıqları FƏNLƏR

Abituriyentlərin ən çox sıfır bal yığdıqları FƏNLƏR

Çimərliyə gedənlərin NƏZƏRİNƏ

Çimərliyə gedənlərin NƏZƏRİNƏ

Anar Bayramov müavinini İŞDƏN ÇIXARTDI - FOTO

Anar Bayramov müavinini İŞDƏN ÇIXARTDI - FOTO

Seda Sayan Əlibaba Məmmədovun təsnifini oxudu – VİDEO

Seda Sayan Əlibaba Məmmədovun təsnifini oxudu – VİDEO

Türkiyə bu hadisədən danışır: vəzifəli şəxsin qaçırılma anı - VİDEO

Türkiyə bu hadisədən danışır: vəzifəli şəxsin qaçırılma anı - VİDEO

End of content

No more pages to load

RADİO