"Belə sənədlər etibarlı deyil" — Ev almaq istəyənlərin nəzərinə

Daşınmaz əmlak bazarında sənədləşmə məsələsi alıcılar üçün ən həssas mövzulardan biri olaraq qalır. Xüsusilə çıxarışı olmayan evlərin satışı zamanı hüquqi risklər daha da artır.

Bir çox hallarda vətəndaşlar daha ucuz qiymətə görə etibarnamə və ya bələdiyyə sənədləri ilə kifayətlənirlər. Lakin bu cür yanaşma sonradan ciddi mübahisələrə və mülkiyyət problemlərinə səbəb ola bilər.

Bizim.Media xəbər verir ki məsələ ilə bağlı iqtisadçı Vüqar Oruc Demokrat.az-a bildirib ki, etibarnamə mülkiyyət hüququnu ötürmür, yəni etibarnamə ilə mülkiyyət bir şəxsdən digərinə keçmir:

"Bu, əsasən sənədsiz evlərlə bağlıdır. Həmin evlərin çıxarışı olmadığı üçün sahibi satışı etibarnamə yolu ilə həyata keçirməyə çalışır. Bu isə hüquqi baxımdan əsaslı sənəd hesab olunmur.

İkincisi, bələdiyyə sənədinin olması o deməkdir ki, bələdiyyə tərəfindən müəyyən icazə verilib, lakin konkret obyektin çıxarışı yoxdur. Belə hallarda ehtiyatlı yanaşmaq lazımdır.

Çünki bir çox hallarda bələdiyyə tərəfindən verilmiş sənədlər ya saxta olur, ya müddəti bitir, ya da müxtəlif səbəblərlə çıxarış alınmadığı üçün sadəcə bələdiyyə sənədi kimi qalır. Bu səbəbdən belə sənədlər etibarlı hesab olunmur".

Ekspert deyib ki, Dövlət Əmlak Xidməti və kadastr tərəfindən verilmiş çıxarışı olan evlər hüquqi baxımdan daha etibarlıdır.

"Bu cür daşınmaz əmlakı notarial qaydada alqı-satqı etmək mümkündür. Tövsiyə olunur ki, məhz bu sənədlərə əsaslanan evlərə üstünlük verilsin ki, sonradan problemlər yaranmasın. Yekun olaraq, çıxarışı olmayan hər hansı daşınmaz əmlakı almaq məsləhət deyil.

Adətən aztəminatlı və ya yeni qurulmuş ailələr daha ucuz olduğu üçün sənədsiz evlərə üz tuturlar. Bu başa düşüləndir, lakin nəticədə ciddi problemlərin yaranmasına səbəb ola bilər",- deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Di Mariyadan Messi üçün DUYĞUSAL VİDA

Di Mariyadan Messi üçün DUYĞUSAL VİDA

Məktəb direktoru VƏFAT ETDİ

Məktəb direktoru VƏFAT ETDİ

Vikipediyada süni intellekt TƏHLÜKƏSİ

Vikipediyada süni intellekt TƏHLÜKƏSİ

Təhsildə rəqəmsal transformasiya müzakirə edildi - FOTO

Təhsildə rəqəmsal transformasiya müzakirə edildi - FOTO

Yaşla əlaqələndirməyin: Pilləkən qalxarkən yaranan bu hal təhlükəlidir

Yaşla əlaqələndirməyin: Pilləkən qalxarkən yaranan bu hal təhlükəlidir

Trampdan Fransadakı etirazlara REAKSİYA: “İslam ölkəni ələ keçirməyə çalışır”

Trampdan Fransadakı etirazlara REAKSİYA: “İslam ölkəni ələ keçirməyə çalışır”

Əməkdar artist oğluna gəlinsiz toy etdi - VİDEO

Əməkdar artist oğluna gəlinsiz toy etdi - VİDEO

Millimizdən böyükhesablı QƏLƏBƏ

Millimizdən böyükhesablı QƏLƏBƏ

Soçi sahillərində GÜCLÜ YANĞIN başladı - VİDEO

Soçi sahillərində GÜCLÜ YANĞIN başladı - VİDEO

“Səhər hazırlanan yeməyin günorta da təhlükəsiz qalacağına zəmanət yoxdur” – MÜSAHİBƏ

“Səhər hazırlanan yeməyin günorta da təhlükəsiz qalacağına zəmanət yoxdur” – MÜSAHİBƏ

Müəllimlərin NƏZƏRİNƏ: Geyimlə bağlı yeni tələblər qüvvəyə mindi

Müəllimlərin NƏZƏRİNƏ: Geyimlə bağlı yeni tələblər qüvvəyə mindi

Xaçmaz icra nümayəndəliklərində YENİ TƏYİNATLAR

Xaçmaz icra nümayəndəliklərində YENİ TƏYİNATLAR

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU - FOTO

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU - FOTO

“Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli razılaşmalar hələ də aktuallığını qoruyur” - Kalugin

“Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli razılaşmalar hələ də aktuallığını qoruyur” - Kalugin

Qanunsuz oynadı, FİFA tədbir görmədi

Qanunsuz oynadı, FİFA tədbir görmədi

Sərnişin stüardessanı diz çökərək üzr istəməyə məcbur etdi – VİDEO

Sərnişin stüardessanı diz çökərək üzr istəməyə məcbur etdi – VİDEO

"Bizi adam ölən günü qurban kəsməkdə ittiham edirlər" - Qonşularını öldürən ər-arvadın İŞİ

"Bizi adam ölən günü qurban kəsməkdə ittiham edirlər" - Qonşularını öldürən ər-arvadın İŞİ

Bu ölkə Avroviziya-2027-dən İMTİNA ETDİ

Bu ölkə Avroviziya-2027-dən İMTİNA ETDİ

Dünya çempionatı: Cüdoçumuz bürünc medal qazandı - VİDEO

Dünya çempionatı: Cüdoçumuz bürünc medal qazandı - VİDEO

Rusiya XİN-dən İrəvana SƏRT İTTİHAM: “Məsuliyyəti Moskvanın üzərinə atırlar”

Rusiya XİN-dən İrəvana SƏRT İTTİHAM: “Məsuliyyəti Moskvanın üzərinə atırlar”

Trampdan seçkilərlə bağlı müəmmalı MESAJ: “Sürprizi gözləyin!”

Trampdan seçkilərlə bağlı müəmmalı MESAJ: “Sürprizi gözləyin!”

Dövlət Xidmətinin külli miqdarda rüşvətdə təqsirləndirilən sabiq vəzifəli şəxsinə HÖKM OXUNDU

Dövlət Xidmətinin külli miqdarda rüşvətdə təqsirləndirilən sabiq vəzifəli şəxsinə HÖKM OXUNDU

XİN başçısı Gürcüstanın yeni təyin olunmuş səfirini qəbul etdi - FOTO

XİN başçısı Gürcüstanın yeni təyin olunmuş səfirini qəbul etdi - FOTO

Fransada ARA QARIŞDI: 250 mindən çox insan yürüş keçirdi - VİDEO

Fransada ARA QARIŞDI: 250 mindən çox insan yürüş keçirdi - VİDEO

End of content

No more pages to load

RADİO