Jülyen Odul unudur ki, Fransada yaşayan müsəlmanların sayı 9 MİLYONA yaxındır - DEPUTAT

Avropada, xüsusilə də Fransada dini və milli azlıqlara münasibətdə müşahidə olunan bəzi tendensiyalar insan hüquqları və azadlıqları ilə bağlı ciddi suallar doğurur.

Bizim.Media xəbər verir ki, bu fikirləri “report.az”a Milli Məclisin deputatı Azər Kərimli deyib.

"Jülyen Odul tərəfindən səsləndirilən və İslama qarşı mənfi münasibəti "qanuni hüquq" kimi təqdim edən fikirlər bu xüsusda yalnız fərdi mövqe deyil, daha geniş ideoloji yanaşmanın ifadəsi kimi qiymətləndirməlidir", - o bildirib və əlavə edib ki, insan hüquqları prizmasından yanaşdıqda, dini etiqad azadlığı fundamental hüquqlardan biri kimi Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən qəbul edilmiş sənədlərdə, xüsusilə də Ümumdünya İnsan Hüquqları Bəyannaməsində açıq şəkildə təsbit olunub.

Bu hüquq yalnız dinə inanmaq və ya inanmamaq azadlığını deyil, eyni zamanda hər hansı dinin ayrı-seçkiliyə və nifrətə məruz qalmamaq hüququnu da əhatə edir:

"Odulun "istənilən dini sevməmək hüququ" ilə bağlı fikri formal olaraq ifadə azadlığı çərçivəsində görünsə də, dini əsasda nifrət mühitinin legitimləşdirilməsinə xidmət edir. Xüsusilə də İslam kimi yüzmilyonlarla insanın mənsub olduğu dinə qarşı sistemli mənfi münasibətin təşviqi artıq fərdi fikir deyil, sosial ayrı-seçkiliyin təşviqi kimi qiymətləndirilə bilər".
 

Deputatın fikrincə, vicdan və dini etiqad azadlığı demokratik cəmiyyətlərin əsas sütunlarından biridir və yalnız fərdin inanclarını seçmək hüququ ilə məhdudlaşmır, həm də bu inancların ictimai müstəvidə ifadəsinə hörmət göstərilməsini tələb edir. "Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda ifadə azadlığı ilə nifrət nitqi arasında aydın sərhədlər müəyyən olunub", - deputat qeyd edib:


"İfadə azadlığı demokratik cəmiyyətin əsas dəyərlərindən biri olsa da, bu azadlıq başqalarının hüquq və azadlıqlarına zərər vurduğu halda məhdudlaşdırıla bilər. Dini nifrətin təşviqi isə bir çox hallarda bu sərhədi aşır və hüquqi məsuliyyət doğurur".

O bildirib ki, diqqətçəkən məqamlardan biri də Marin Le Pen liderliyində fəaliyyət göstərən siyasi qüvvələrin ritorikasında müşahidə olunan ideoloji xəttdir. Bu xətt tez-tez milli identiklik və təhlükəsizlik arqumentləri ilə əsaslandırılsa da, praktikada dini və mədəni müxtəlifliyə qarşı dözümsüzlüyün artmasına gətirib çıxarır. Belə yanaşmalar isə yalnız konkret bir dini icmanı deyil, bütövlükdə cəmiyyətin sosial harmoniyasını və hüquqi balansını təhdid edir:

"Bütövlükdə isə, Jülyen Odulun səsləndirdiyi fikirlər təkcə bir siyasətçinin subyektiv mövqeyi kimi deyil, Avropada artmaqda olan selektiv yanaşmanın göstəricisi kimi qiymətləndirilməlidir.
 

Qeyd edim ki, insan hüquqları universallıq prinsipinə əsaslanır və bu hüquqların tətbiqində hər hansı dini və ya mədəni fərqlərə görə istisnaların yaradılması həm hüquqi, həm də etik baxımdan qəbuledilməzdir. İfadə azadlığı adı altında dini nifrətin legitimləşdirilməsi isə uzunmüddətli perspektivdə həm demokratik institutlara, həm cəmiyyətlərarası etimada, həm də mədəniyyətlərarası dialoq mühitinə ciddi zərbə vurur.


Jülyen Odul kimi siyasətçilər unudurlar ki, Fransada yaşayan və bu ölkənin vətəndaşı olan müsəlmanların sayı 9 milyona yaxındır, Avropa İttifaqı və ətraf ölkələrdə isə 40 milyon müsəlman yaşayır. Bu isə o anlama gəlir ki, mədəniyyətlərarası dialoq mühitinin, konfessiyalararası harmoniyanın qorunması ilk növbədə Avropanın özü üçün zəruridir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Di Mariyadan Messi üçün DUYĞUSAL VİDA

Di Mariyadan Messi üçün DUYĞUSAL VİDA

Məktəb direktoru VƏFAT ETDİ

Məktəb direktoru VƏFAT ETDİ

Vikipediyada süni intellekt TƏHLÜKƏSİ

Vikipediyada süni intellekt TƏHLÜKƏSİ

Təhsildə rəqəmsal transformasiya müzakirə edildi - FOTO

Təhsildə rəqəmsal transformasiya müzakirə edildi - FOTO

Yaşla əlaqələndirməyin: Pilləkən qalxarkən yaranan bu hal təhlükəlidir

Yaşla əlaqələndirməyin: Pilləkən qalxarkən yaranan bu hal təhlükəlidir

Trampdan Fransadakı etirazlara REAKSİYA: “İslam ölkəni ələ keçirməyə çalışır”

Trampdan Fransadakı etirazlara REAKSİYA: “İslam ölkəni ələ keçirməyə çalışır”

Əməkdar artist oğluna gəlinsiz toy etdi - VİDEO

Əməkdar artist oğluna gəlinsiz toy etdi - VİDEO

Millimizdən böyükhesablı QƏLƏBƏ

Millimizdən böyükhesablı QƏLƏBƏ

Soçi sahillərində GÜCLÜ YANĞIN başladı - VİDEO

Soçi sahillərində GÜCLÜ YANĞIN başladı - VİDEO

“Səhər hazırlanan yeməyin günorta da təhlükəsiz qalacağına zəmanət yoxdur” – MÜSAHİBƏ

“Səhər hazırlanan yeməyin günorta da təhlükəsiz qalacağına zəmanət yoxdur” – MÜSAHİBƏ

Müəllimlərin NƏZƏRİNƏ: Geyimlə bağlı yeni tələblər qüvvəyə mindi

Müəllimlərin NƏZƏRİNƏ: Geyimlə bağlı yeni tələblər qüvvəyə mindi

Xaçmaz icra nümayəndəliklərində YENİ TƏYİNATLAR

Xaçmaz icra nümayəndəliklərində YENİ TƏYİNATLAR

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU - FOTO

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU - FOTO

“Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli razılaşmalar hələ də aktuallığını qoruyur” - Kalugin

“Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli razılaşmalar hələ də aktuallığını qoruyur” - Kalugin

Qanunsuz oynadı, FİFA tədbir görmədi

Qanunsuz oynadı, FİFA tədbir görmədi

Sərnişin stüardessanı diz çökərək üzr istəməyə məcbur etdi – VİDEO

Sərnişin stüardessanı diz çökərək üzr istəməyə məcbur etdi – VİDEO

"Bizi adam ölən günü qurban kəsməkdə ittiham edirlər" - Qonşularını öldürən ər-arvadın İŞİ

"Bizi adam ölən günü qurban kəsməkdə ittiham edirlər" - Qonşularını öldürən ər-arvadın İŞİ

Bu ölkə Avroviziya-2027-dən İMTİNA ETDİ

Bu ölkə Avroviziya-2027-dən İMTİNA ETDİ

Dünya çempionatı: Cüdoçumuz bürünc medal qazandı - VİDEO

Dünya çempionatı: Cüdoçumuz bürünc medal qazandı - VİDEO

Rusiya XİN-dən İrəvana SƏRT İTTİHAM: “Məsuliyyəti Moskvanın üzərinə atırlar”

Rusiya XİN-dən İrəvana SƏRT İTTİHAM: “Məsuliyyəti Moskvanın üzərinə atırlar”

Trampdan seçkilərlə bağlı müəmmalı MESAJ: “Sürprizi gözləyin!”

Trampdan seçkilərlə bağlı müəmmalı MESAJ: “Sürprizi gözləyin!”

Dövlət Xidmətinin külli miqdarda rüşvətdə təqsirləndirilən sabiq vəzifəli şəxsinə HÖKM OXUNDU

Dövlət Xidmətinin külli miqdarda rüşvətdə təqsirləndirilən sabiq vəzifəli şəxsinə HÖKM OXUNDU

XİN başçısı Gürcüstanın yeni təyin olunmuş səfirini qəbul etdi - FOTO

XİN başçısı Gürcüstanın yeni təyin olunmuş səfirini qəbul etdi - FOTO

Fransada ARA QARIŞDI: 250 mindən çox insan yürüş keçirdi - VİDEO

Fransada ARA QARIŞDI: 250 mindən çox insan yürüş keçirdi - VİDEO

End of content

No more pages to load

RADİO