Sumqayıt şəhərində futbol meydançasında gənc oğlan ölüb.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, aprelin 18-i saat 20 radələrində Bulvar küçəsində yerləşən meydançada Sumqayıt şəhər sakini 2003-cü il təvəllüdlü Müsü Etibar oğlu Alıyev futbol oynayarkən qəfil vəfat edib.
Onun infarktdan öldüyü bildirilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Bizim.Media