Bakıda kibertəhlükəsizlik üzrə genişmiqyaslı beynəlxalq təlimlərə start verilib - FOTO

Bakıda 20–24 aprel tarixlərində Estoniyanın e-İdarəetmə Akademiyasının (eGA) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə dövlət qurumları, kritik infrastruktur subyektləri, aidiyyəti kibertəhlükəsizlik nümayəndələri, maliyyə və özəl təşkilatların iştirakı ilə ixtisaslaşmış təlimlərə start verilib.

Bizim.Media xəbər verir ki, təlimlər çərçivəsində maliyyə sisteminin sabitliyi üçün kibertəhlükəsizlik risklərinin idarə olunması, insidentlərə cavabvermə imkanlarının yetkinlik səviyyəsinin qiymətləndirilməsi, zərərli proqramlar üzrə məlumat mübadiləsi, eləcə də şəbəkə təhdidlərinin aşkarlanması kimi mühüm mövzular əhatə olunur.

Təlim proqramı kiberdavamlılığın həm strateji, həm də texniki aspektlərini birləşdirərək iştirakçıların bilik və praktiki bacarıqlarının artırılmasına xidmət edir.

Maliyyə sektoru üzrə kibertəhlükəsizlik risklərinin idarə olunmasına həsr olunan seminar zamanı kiber risklərin maliyyə sabitliyinə təsiri və Avropa İttifaqının bu sahədə tətbiq etdiyi qabaqcıl yanaşmalar təqdim ediləcək. Eyni zamanda iştirakçılar təşkilati struktur, insan resursları, texniki alətlər və proseslər üzrə insidentlərə cavab vermə imkanlarının yetkinlik səviyyəsini qiymətləndirmək imkanı əldə edəcəklər.
 

Texniki təlimlərdə isə CSIRT və CERT qurumları üçün nəzərdə tutulmuş praktiki alətlərin tətbiqi, təhdid kəşfiyyatı məlumatlarının mübadiləsi, zərərli fəaliyyətlərin aşkarlanması və əməliyyat səviyyəsində cavab vermə mexanizmlərinin təkmilləşdirilməsi mövzuları əhatə olunub.


Təlim proqramının açılışında çıxış edən AKTA-nın icraçı direktoru Rauf Cabarov bildirib ki, bu cür təşəbbüslər müxtəlif qurumlar arasında əməkdaşlığın gücləndirilməsinə, praktiki biliklərin artırılmasına və insidentlərə effektiv cavab vermə imkanlarının inkişafına mühüm töhfə verir. 

E-İdarəetmə Akademiyasının (eGA) layihə rəhbəri Elsa Neeme isə qeyd edib ki, güclü yerli tərəfdaşlarla əməkdaşlıq bu təşəbbüslərin real ehtiyaclara uyğun həyata keçirilməsini təmin edir və uzunmüddətli perspektivdə dayanıqlığın, əməkdaşlığın və institusional potensialın gücləndirilməsinə xidmət edir.

Qeyd edək ki, təlimlər Avropa İttifaqının “Şərq Tərəfdaşlığı ölkələrində Kiberdavamlılığın Təkmilləşdirilməsi 2.0” təşəbbüsü çərçivəsində maliyyələşdirilir və e-İdarəetmə Akademiyasının (eGA) yerli tərəfdaşlarla əməkdaşlığı ilə təşkil olunur.












Şəfiqə Şəfa, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Övladları 1-ci sinfə gedən bir qrup valideyndən ŞİKAYƏT - VİDEO

Övladları 1-ci sinfə gedən bir qrup valideyndən ŞİKAYƏT - VİDEO

Zavodlarda robotlar insanları əvəz edir? – Sənaye robotlarında TARİXİ REKORD

Zavodlarda robotlar insanları əvəz edir? – Sənaye robotlarında TARİXİ REKORD

Makron məktəblilərin etirazları ilə bağlı TƏCİLİ İCLAS çağırdı

Makron məktəblilərin etirazları ilə bağlı TƏCİLİ İCLAS çağırdı

Cənubi Koreya Rusiyaya sanksiya tətbiq olunan tankerlərlə yanacaq göndərib - İDDİA

Cənubi Koreya Rusiyaya sanksiya tətbiq olunan tankerlərlə yanacaq göndərib - İDDİA

"Təlimatçı hazırlıq kursu"nun buraxılış mərasimi keçirildi - FOTO

"Təlimatçı hazırlıq kursu"nun buraxılış mərasimi keçirildi - FOTO

Di Mariyadan Messi üçün DUYĞUSAL VİDA

Di Mariyadan Messi üçün DUYĞUSAL VİDA

Məktəb direktoru VƏFAT ETDİ

Məktəb direktoru VƏFAT ETDİ

Vikipediyada süni intellekt TƏHLÜKƏSİ

Vikipediyada süni intellekt TƏHLÜKƏSİ

Təhsildə rəqəmsal transformasiya müzakirə edildi - FOTO

Təhsildə rəqəmsal transformasiya müzakirə edildi - FOTO

Yaşla əlaqələndirməyin: Pilləkən qalxarkən yaranan bu hal təhlükəlidir

Yaşla əlaqələndirməyin: Pilləkən qalxarkən yaranan bu hal təhlükəlidir

Trampdan Fransadakı etirazlara REAKSİYA: “İslam ölkəni ələ keçirməyə çalışır”

Trampdan Fransadakı etirazlara REAKSİYA: “İslam ölkəni ələ keçirməyə çalışır”

Əməkdar artist oğluna gəlinsiz toy etdi - VİDEO

Əməkdar artist oğluna gəlinsiz toy etdi - VİDEO

Millimizdən böyükhesablı QƏLƏBƏ

Millimizdən böyükhesablı QƏLƏBƏ

Soçi sahillərində GÜCLÜ YANĞIN başladı - VİDEO

Soçi sahillərində GÜCLÜ YANĞIN başladı - VİDEO

“Səhər hazırlanan yeməyin günorta da təhlükəsiz qalacağına zəmanət yoxdur” – MÜSAHİBƏ

“Səhər hazırlanan yeməyin günorta da təhlükəsiz qalacağına zəmanət yoxdur” – MÜSAHİBƏ

Müəllimlərin NƏZƏRİNƏ: Geyimlə bağlı yeni tələblər qüvvəyə mindi

Müəllimlərin NƏZƏRİNƏ: Geyimlə bağlı yeni tələblər qüvvəyə mindi

Xaçmaz icra nümayəndəliklərində YENİ TƏYİNATLAR

Xaçmaz icra nümayəndəliklərində YENİ TƏYİNATLAR

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU - FOTO

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU - FOTO

“Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli razılaşmalar hələ də aktuallığını qoruyur” - Kalugin

“Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli razılaşmalar hələ də aktuallığını qoruyur” - Kalugin

Qanunsuz oynadı, FİFA tədbir görmədi

Qanunsuz oynadı, FİFA tədbir görmədi

Sərnişin stüardessanı diz çökərək üzr istəməyə məcbur etdi – VİDEO

Sərnişin stüardessanı diz çökərək üzr istəməyə məcbur etdi – VİDEO

"Bizi adam ölən günü qurban kəsməkdə ittiham edirlər" - Qonşularını öldürən ər-arvadın İŞİ

"Bizi adam ölən günü qurban kəsməkdə ittiham edirlər" - Qonşularını öldürən ər-arvadın İŞİ

Bu ölkə Avroviziya-2027-dən İMTİNA ETDİ

Bu ölkə Avroviziya-2027-dən İMTİNA ETDİ

Dünya çempionatı: Cüdoçumuz bürünc medal qazandı - VİDEO

Dünya çempionatı: Cüdoçumuz bürünc medal qazandı - VİDEO

End of content

No more pages to load

RADİO