Yağışların müharibə ilə əlaqəsi varmı?

Son günlərdə regionda baş verən hərbi gərginlik fonunda cəmiyyətdə yeni və mübahisəli bir fikir dolaşmağa başlayıb. İddialara görə, Azərbaycanda müşahidə olunan normadan artıq yağıntılar İranda həyata keçirilən hərbi əməliyyatların nəticəsidir.

Eyni zamanda, bombardmanların, onun nəticəsində yaranan partlayışların, yanğınların atmosferə neqativ təsirləri ilə bağlı da fərziyyələr mövcuddur.

Bu yanaşmalar ictimai maraq doğursa da, suallar açıq qalır: doğrudanmı hərbi əməliyyatlar hava və iqlimə təsir edəcək qədər güclü amildir, yoxsa burada sadəcə təsadüfi uyğunluqdan söhbət gedir?

Bizim.Media mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Lokal deyil, genişmiqyaslı dəyişikliklər

Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov hesab edir ki, iqlimdə müşahidə olunan dəyişiklikləri yalnız hərbi əməliyyatlarla əlaqələndirmək elmi baxımdan düzgün yanaşma deyil. 

Onun sözlərinə görə, eyni dövrdə oxşar intensiv yağıntıların Dağıstan ərazisində qeydə alınması, həmçinin daha əvvəl Nyu-York kimi coğrafi baxımdan tam fərqli bölgələrdə analoji hadisələrin baş verməsi göstərir ki, bu proseslər lokal deyil, daha genişmiqyaslı atmosfer dəyişikliklərinin nəticəsidir. Alim vurğulayır ki, bu cür hadisələri izah etmək üçün əsas diqqət qlobal atmosfer sirkulyasiyasına yönəldilməlidir. 

Belə ki, şimal yarımkürəsində, xüsusilə Arktika üzərində formalaşan güclü soyuq hava kütlələri normal şəraitdə müəyyən sabitliklə dövr edir və öz strukturunu qoruyur. Bu proses elmi ədəbiyyatda “hava burulğanı” kimi tanınan dinamik sistemlərlə izah olunur. 

Lakin müxtəlif səbəblərdən, məsələn, bloklayıcı antisiklonların yaranması zamanı bu sistemin hərəkət sürəti zəifləyir və nəticədə soyuq hava kütlələri öz sabitliyini itirərək parçalanır. Bu zaman həmin kütlələr ümumi atmosfer dövranına daxil olaraq fərqli coğrafiyalarda qəfil və gözlənilməz hava dəyişikliklərinə, o cümlədən intensiv yağıntılara səbəb olur. Məhz martın sonu – aprelin əvvəllərində müşahidə olunan hadisələrin də böyük ehtimalla bu mexanizmlə əlaqəli olduğu qeyd edilir.

S.Səfərov əlavə edir ki, hərbi əməliyyatlar zamanı istifadə olunan müəyyən texnogen vasitələrin atmosferə lokal təsiri tam istisna olunmasa da, bu təsirin genişmiqyaslı və uzunmüddətli iqlim dəyişiklikləri yaratmaq gücündə olması barədə elmi əsaslandırılmış faktlar mövcud deyil.

Əksinə, son illərdə müşahidə olunan iqlim anomaliyaları daha çox qlobal xarakter daşıyır və müxtəlif təbii amillərin qarşılıqlı təsiri ilə formalaşır.

Süni yağıntı layihələri rütubət balansını pozur

Ekspertin diqqət çəkdiyi digər məqam isə bəzi ölkələrdə həyata keçirilən süni yağıntı layihələridir. Onun sözlərinə görə, xüsusilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə tətbiq olunan bu texnologiyalar çərçivəsində atmosferə müxtəlif kimyəvi reagentlər buraxılır. Bu isə lokal səviyyədə rütubət balansına təsir göstərərək müəyyən dəyişikliklər yarada bilər. Lakin bu təsirlərin qlobal miqyasda hava sistemlərini köklü şəkildə dəyişməsi hələ də müzakirə mövzusudur.

S.Səfərovun fikrincə, baş verən hadisələrin müharibə ilə əlaqələndirilməsi daha çox zaman uyğunluğundan irəli gələn fərziyyədir. Onun dediyinə görə, oxşar hadisələr tarix boyu dəfələrlə baş verib, lakin əvvəlki dövrlərdə informasiya mübadiləsinin məhdud olması səbəbindən bu cür hadisələr geniş ictimaiyyətə çatmayıb. Müasir dövrdə isə qlobal informasiya axınının sürətlənməsi istənilən təbii hadisənin dərhal diqqət mərkəzinə düşməsinə və müxtəlif şərhlərlə müşayiət olunmasına səbəb olur.

Gələcəkdə daha kəskin hava hadisələri istisna deyil

Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin professoru Əsgər Məmmədov da yayılan iddiaları əsassız sayır. Professorun sözlərinə görə, hazırda dünya iqlim sistemi qlobal istiləşmə dövrünü yaşayır və bu prosesin nəticələri tam şəkildə hələ elmi ictimaiyyət tərəfindən də müəyyənləşdirilməyib. Bununla belə, artıq aydındır ki, iqlim sistemində ciddi dəyişikliklər baş verir və gələcəkdə daha kəskin hava hadisələrinin müşahidə olunması istisna edilmir.

Ə.Məmmədov onu da əlavə edir ki, iqlimdə baş verən proseslər müəyyən qanunauyğunluqlara əsaslanır və bu sistem müəyyən dərəcədə proqnozlaşdırıla bilər. Lakin qısamüddətli atmosfer hadisələrini lokal və ya təsadüfi xarici faktorlarla bağlamaq düzgün deyil. Onun fikrincə, atmosferdə baş verən dəyişikliklərin kökləri daha dərin və qlobal proseslərlə bağlıdır.

Yağıntıların intervalı dəyişib

Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov da irəli sürülən fərziyyələrlə razılaşmır. Onun qənaətincə, sözügedən hərbi əməliyyatlar miqyas etibarilə o qədər böyük deyil ki, regional və ya sinoptik səviyyədə hava sistemlərinə təsir göstərə bilsin. Mütəxəssis qeyd edir ki, Azərbaycanda müşahidə olunan intensiv yağıntılar daha çox təbii iqlim dəyişkənliyi və uzunmüddətli meteoroloji qanunauyğunluqlarla izah olunmalıdır:

“Hazırda müşahidə edilən yağışlar iqlim norması daxilində qiymətləndirilə bilər, lakin onların zaman və intensivlik baxımından paylanmasında ciddi dəyişikliklər müşahidə olunur. Yəni, uzun müddət ərzində düşməli olan yağıntıların qısa zaman intervalında, məsələn, bir neçə gün ərzində aylıq normanın bir neçə qatının düşməsi kimi hallar baş verir. Bu isə müasir iqlim dəyişmələrinin tipik göstəricilərindən biri kimi izah edilir”.

Ekspert əlavə edir ki, belə ekstremal hava hadisələri yeni deyil və əvvəllər də oxşar proseslər müşahidə olunub. O, xüsusilə 1952, 1969 və 1992-1993-cü illəri xatırladaraq bildirir ki, həmin dövrlərdə də güclü yağışlar nəticəsində Kür çayı hövzəsində ciddi daşqınlar və sellər qeydə alınmışdı.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

AFFA klub rəsmisini CƏZALANDIRDI

AFFA klub rəsmisini CƏZALANDIRDI

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Tehran Parisə NOTA VERDİ: Fransa səfiri XİN-ə çağırıldı

Tehran Parisə NOTA VERDİ: Fransa səfiri XİN-ə çağırıldı

Övladları 1-ci sinfə gedən bir qrup valideyndən ŞİKAYƏT - VİDEO

Övladları 1-ci sinfə gedən bir qrup valideyndən ŞİKAYƏT - VİDEO

Zavodlarda robotlar insanları əvəz edir? – Sənaye robotlarında TARİXİ REKORD

Zavodlarda robotlar insanları əvəz edir? – Sənaye robotlarında TARİXİ REKORD

Makron məktəblilərin etirazları ilə bağlı TƏCİLİ İCLAS çağırdı

Makron məktəblilərin etirazları ilə bağlı TƏCİLİ İCLAS çağırdı

Cənubi Koreya Rusiyaya sanksiya tətbiq olunan tankerlərlə yanacaq göndərib - İDDİA

Cənubi Koreya Rusiyaya sanksiya tətbiq olunan tankerlərlə yanacaq göndərib - İDDİA

"Təlimatçı hazırlıq kursu"nun buraxılış mərasimi keçirildi - FOTO

"Təlimatçı hazırlıq kursu"nun buraxılış mərasimi keçirildi - FOTO

Di Mariyadan Messi üçün DUYĞUSAL VİDA

Di Mariyadan Messi üçün DUYĞUSAL VİDA

Məktəb direktoru VƏFAT ETDİ

Məktəb direktoru VƏFAT ETDİ

Vikipediyada süni intellekt TƏHLÜKƏSİ

Vikipediyada süni intellekt TƏHLÜKƏSİ

Təhsildə rəqəmsal transformasiya müzakirə edildi - FOTO

Təhsildə rəqəmsal transformasiya müzakirə edildi - FOTO

Yaşla əlaqələndirməyin: Pilləkən qalxarkən yaranan bu hal təhlükəlidir

Yaşla əlaqələndirməyin: Pilləkən qalxarkən yaranan bu hal təhlükəlidir

Trampdan Fransadakı etirazlara REAKSİYA: “İslam ölkəni ələ keçirməyə çalışır”

Trampdan Fransadakı etirazlara REAKSİYA: “İslam ölkəni ələ keçirməyə çalışır”

Əməkdar artist oğluna gəlinsiz toy etdi - VİDEO

Əməkdar artist oğluna gəlinsiz toy etdi - VİDEO

Millimizdən böyükhesablı QƏLƏBƏ

Millimizdən böyükhesablı QƏLƏBƏ

Soçi sahillərində GÜCLÜ YANĞIN başladı - VİDEO

Soçi sahillərində GÜCLÜ YANĞIN başladı - VİDEO

“Səhər hazırlanan yeməyin günorta da təhlükəsiz qalacağına zəmanət yoxdur” – MÜSAHİBƏ

“Səhər hazırlanan yeməyin günorta da təhlükəsiz qalacağına zəmanət yoxdur” – MÜSAHİBƏ

Müəllimlərin NƏZƏRİNƏ: Geyimlə bağlı yeni tələblər qüvvəyə mindi

Müəllimlərin NƏZƏRİNƏ: Geyimlə bağlı yeni tələblər qüvvəyə mindi

Xaçmaz icra nümayəndəliklərində YENİ TƏYİNATLAR

Xaçmaz icra nümayəndəliklərində YENİ TƏYİNATLAR

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU - FOTO

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU - FOTO

"Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli razılaşmalar aktuallığını qoruyur” - Kaluqin

"Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli razılaşmalar aktuallığını qoruyur” - Kaluqin

End of content

No more pages to load

RADİO