Cari ilin ilk 3 ayı ərzində oğlan və qız uşaqlarına ən çox qoyulan adlar açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, oğlan uşaqlarına ən çox Uğur (408), Raul (288), Hüseyn (277), Əli (268), Miran (245), Yusif (225), Ömər (166), Murad (164), Fateh (149), Tunar (139) adları qoyulub.
Qız uşaqlarına isə Məryəm (291), Melisa (284), Aylin (263), Nilay (260), Zəhra (254), Alisa (240), İnci (235), Zeynəb (226), Ayla (211) və Fatimə (192) adları qoyulub.(teleqraf.az)
Bizim.Media