Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi – Xalid Əhədov TƏBİB-in Müşahidə Şurasının sədri vəzifəsini icra edəcək.
Bundan əlavə, TƏBİB-in Müşahidə Şurasının üzvləri də təsdiqlənib:
- Azərbaycan Respublikası maliyyə nazirinin müavini;
- Azərbaycan Respublikası səhiyyə nazirinin müavini;
- Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini;
- Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.
Xatırladaq ki, daha əvvəl TƏBİB-in Müşahidə Şurasının sədri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri olan Zaur Əliyev idi. O, aprelin 7-də əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
Onu da qeyd edək ki, mart ayının 19-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib.
Bizim.Media