Perinatal Mərkəzin sabiq direktoru: "TƏBİB-ə iki ay yalvardım"

Respublika Perinatal Mərkəzində yeddi körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
 

MÖVZU İLƏ BAĞLI: 

7 körpənin öldüyü Perinatal Mərkəz 350 manat CƏRİMƏLƏNDİ


Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə mərkəzin təqsirləndirilən sabiq direktoru Mehriban Abasquliyevanın ifadəsi dinlənilib.

M.Abasquliyeva deyib ki, əvvəlki direktorla təhvil-təslim aparılan zaman yanğın siqnalizasiya sistemi işlək olmayıb və o bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) məlumat verib.

O, mövcud problemlərlə mərkəzin necə fəaliyyət göstərməsi ilə bağlı suala cavab verərkən söyləyib ki, 14 il ərzində mərkəzin yanğın siqnalizasiya sistemi işləməsə də, mərkəz işini davam etdirib:

"Mənim mərkəzin fəaliyyətini dayandırmaq, xəstələri qəbul etməmək kimi səlahiyyətim yox idi. Bütün xəstəxanalar xəstələri Səhiyyə Nazirliyinin 2013-cü il 24 saylı əmrinə əsasən qəbul edir. Mərkəzdə kənddən gələn qadınlar da var idi. Yerli xəstəxanalar onları qəbul edir, lazım olduğu təqdirdə bizə göndərirdilər. Tibb müəssisəsinin kateqoriyasının artırılması ilə bağlı müraciət etməmişəm. O bizim səlahiyyətimizdə deyil, prosedurun necə olduğunu bilmirdim. Bizdə olan küvəzlərin sayı barədə məlumat TƏBİB-də var idi. Biz küvəz sifariş verə bilmirdik, TƏBİB-dən göndərilirdi. "WhatsApp" qrupu var idi, qrupun inzibatçısı TƏBİB-in mütəxəssisi idi, xəstələr göndəriləndə həmin qrupa yazılırdılar".

M.Abasquliyeva onu da bildirib ki, onun hər hansı bir tibbi avadanlıq almaq səlahiyyəti olmayıb:

"Mən 2022-ci ilin, eləcə də 2024-cü ilin büdcəsində iştirak etməmişəm. Əgər alınacaq avadanlıq kiçik büdcə ilə həll olunurdusa, mən ala bilirdim. Bu səbəblərdən mərkəzin mühasibi işləyə bilməyəcəyini bildirərək işdən ayrılmışdı. Mən TƏBİB-ə iki ay yalvardım ki, bizə mühasib göndərsinlər".

Onun sözlərinə görə, direktor təyin ediləndən sonra TƏBİB-in İdarə Heyətinin sədri mərkəzdə olub:

"Fevral ayında böyük yoxlama gəldi. Bizə TƏBİB-dən gələnlər problemlərlə bağlı aktlar yazmışdılar, mən həmin aktları görməmişəm. Yeni otaqların açılması ilə bağlı TƏBİB-ə məlumat verilmişdi. Özləri də gəlib həmin otaqları görmüşdülər. TƏBİB-in mütəxəssisi daim mərkəzə gəlirdi. Mərkəzdə elektrik yuvalarının işləməməsi ilə bağlı mənə məlumat verilməmişdi, məlumat verilsəydi, təmir etdirərdik".

Növbəti iclas aprelin 15-nə təyin olunub.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
 

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində yeddi yenidoğulmuş ölüb, dörd nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan dəyib.


Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, istintaqla Fövqəladə Hallar Nazirliyi tərəfindən mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
 

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.


Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində Respublika Perinatal Mərkəzi, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yollar bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yollar bağlanır

Məşhur “Nənələr” folklor klubunun üzvünün oğlu Ukraynada HƏYATINI İTİRDİ

Məşhur “Nənələr” folklor klubunun üzvünün oğlu Ukraynada HƏYATINI İTİRDİ

Bakıda mənzildən meyit tapıldı

Bakıda mənzildən meyit tapıldı

Skuterlər də icbari sığortaya cəlb olunacaq? – AÇIQLAMA

Skuterlər də icbari sığortaya cəlb olunacaq? – AÇIQLAMA

Elza Seyidcahanla Rəşid Mahmudov arasında QALMAQAL - Məhkəmə QƏRAR VERDİ

Elza Seyidcahanla Rəşid Mahmudov arasında QALMAQAL - Məhkəmə QƏRAR VERDİ

Narın ürək üçün bilinməyən FAYDALARI – Alimlər AÇIQLADI

Narın ürək üçün bilinməyən FAYDALARI – Alimlər AÇIQLADI

Kiyevdə tramvayların hərəkəti DAYANDIRILDI – SƏBƏB

Kiyevdə tramvayların hərəkəti DAYANDIRILDI – SƏBƏB

Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazandı

Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazandı

Gürcüstanda uranı 700 min dollara satmaq istəyən şəxs belə saxlanıldı – VİDEO

Gürcüstanda uranı 700 min dollara satmaq istəyən şəxs belə saxlanıldı – VİDEO

Sahibkar 500 min manatı vergidən yayındırıb - Cinayət işi açıldı

Sahibkar 500 min manatı vergidən yayındırıb - Cinayət işi açıldı

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Gələn il kimlərin maaşı arta bilər?

Gələn il kimlərin maaşı arta bilər?

Tacikistanın 8 vətəndaşı Azərbaycanda ali təhsil alacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanda ali təhsil alacaq

Mövlud Çavuşoğlu Bakıda Azərbaycan-Ermənistan sülh prosesindən DANIŞDI

Mövlud Çavuşoğlu Bakıda Azərbaycan-Ermənistan sülh prosesindən DANIŞDI

Hökməli-Qobu yolunda çox sayda dərin çala yaranıb – VİDEO

Hökməli-Qobu yolunda çox sayda dərin çala yaranıb – VİDEO

Ceyhun Bayramov Türkmənistana getdi - MDB-nin iclası keçiriləcək

Ceyhun Bayramov Türkmənistana getdi - MDB-nin iclası keçiriləcək

Altı il öncə bu gün – 7 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 7 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

FHN-dən havaların soyuması ilə bağlı əhaliyə MÜRACİƏT

FHN-dən havaların soyuması ilə bağlı əhaliyə MÜRACİƏT

Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi - Cərimələndi

Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi - Cərimələndi

Daha 5 boksçumuz Avropa çempionatının 1/4 finalında - FOTO

Daha 5 boksçumuz Avropa çempionatının 1/4 finalında - FOTO

"Ukraynada itkin düşənlərin problemi geniş miqyas alıb" – Yuşenkodan dünyaya MESAJ

"Ukraynada itkin düşənlərin problemi geniş miqyas alıb" – Yuşenkodan dünyaya MESAJ

Xəzər geri çəkildi, meyvə bağları yarandı - Video

Xəzər geri çəkildi, meyvə bağları yarandı - Video

Azərbaycan Kubokuna 2 oyunla start veriləcək

Azərbaycan Kubokuna 2 oyunla start veriləcək

End of content

No more pages to load

RADİO