Azərbaycanlı gənc dünyanın 1 nömrəli universitetinə qəbul aldı

Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyinin məzunu Selcan Süleymanlı dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Massaçusets Texnologiyalar İnstitutuna (MIT) qəbul alıb.

Bizim.Media xəbər verir ki, o, “QS World University Rankings 2026” reytinqinə əsasən dünyada 1-ci yerdə qərarlaşan bu ali məktəbdə tələbə adını qazanıb.

Selcan Süleymanlı məktəb illərində bir sıra nüfuzlu olimpiadalarda yüksək nəticələr göstərib.
 
O, Respublika Fənn Olimpiadalarında 2022-ci ildə bürünc, 2023 və 2024-cü illərdə qızıl, 2025-ci ildə isə gümüş medal qazanıb. Azərbaycan Astronomiya və Astrofizika Olimpiadasında 2023-cü ildə bürünc, 2024-cü ildə isə qızıl medal (“birincilərin birincisi”) əldə edib.

Bundan əlavə, Selcan Süleymanlı 2025-ci ildə Asiya Fizika Olimpiadasında həvəsləndirici mükafata layiq görülüb, Beynəlxalq Fizika Olimpiadasında isə bürünc medal qazanaraq bu yarışda medal əldə edən ilk azərbaycanlı qız kimi tarixə düşüb.

O, beynəlxalq səviyyədə qazandığı nailiyyətlərlə Azərbaycanı uğurla təmsil edərək ölkə təhsilinin nüfuzunu bir daha yüksəldib.

Qeyd edək ki, Selcan Süleymanlı TDV Bakı Türk Liseyinin MIT-ə qəbul olunan üçüncü məzunudur. Daha əvvəl 2023-cü ildə Dəniz Səttarlı, 2024-cü ildə isə Sevinc Mahmudova həmin ali təhsil müəssisəsinə qəbul olunub. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Abşeronda yağışın yaratdığı fəsadlar belə aradan qaldırılır - FOTO

“Qərb demokratiyasının kökləri”ndə nə gizlənir? - Zaxarovadan AÇIQLAMA

“Verilən vaxt bitmək üzrədir" - Trampdan İrana SƏRT XƏBƏRDARLIQ

Azərbaycanda bu ödəniş kartları ilə aparılan əməliyyatların HƏCMİ

İran Hörmüz boğazından bu gəmilərin keçidinə icazə verdi

Polisdən əməliyyat - Çoxlu sayda narkotik və silahlar tapıldı

Mart ayında sərnişinlər ən çox bu metrostansiyadan istifadə ediblər

“Bu, onun ailəsi ilə son danışığı oldu” - FOTO - VİDEO

Oğlunun toyunda başına daş düşən kişi öldü

Müharibənin 36-cı günü: Hansı hədəflər vurulub?

41 yaşlı müğənni ilk dəfə ana oldu - FOTO

“Həmin binalar FHN yaranmazdan əvvəl tikilib”

ABŞ və İsrail ərəb ölkələrini Tehrana qarşı çevirir? - İrandan RƏSMİ CAVAB

ABŞ və İsrail ərəb ölkələrini Tehrana qarşı çevirir? - İrandan RƏSMİ CAVAB

Azərbaycanlı gənc dünyanın 1 nömrəli universitetinə qəbul aldı

Azərbaycanlı gənc dünyanın 1 nömrəli universitetinə qəbul aldı

Zelenski-Ərdoğan görüşü BAŞLADI - VİDEO

Zelenski-Ərdoğan görüşü BAŞLADI - VİDEO

İraq İranla sərhəddəki Şalamça keçid məntəqəsini bağladı

2 həftə ərzində Biləsuvarda 26 nəfəri it dişləyib

Azərbaycanda bir sıra kəndlərin su şəbəkəsi yenilənəcək

"İndi kişilərdən çox qadınlar XƏYANƏT edir" - Vəkil şok sirləri açdı - VİDEO

Azərbaycanda bankların depozit portfeli nə qədərdir?

Sumqayıtda qardaşını bıçaqlayan şəxslə bağlı İLGİNC İDDİA: "Ağlı başında deyildi" - VİDEO

Pentaqon İrana qarşı əməliyyatda ABŞ-ın itkilərini açıqladı

Salyanda 43 yaşlı qadın itkin düşdü - FOTO

Taksilərdə xidmət haqqı yenidən bahalaşa bilər

End of content

No more pages to load

RADİO