Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verildi – FOTO

Müdafiə Nazirliyi tərəfindən yeni hərbi obyektlər istifadəyə verilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, Müdafiə Nazirliyinin rəhbər heyəti Mühəndis Qoşunlarının Mühəndis-İstehkam Mərkəzinin, Psixoloji Təminat İdarəsi və Bakı Hərbi Psixoloji Sağlamlıq Mərkəzinin, eləcə də Hüquq İdarəsinin inzibati binalarının açılışında iştirak edib.


Həmçinin Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecində və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Təcili tibbi yardım bölməsində görülən işlərlə tanış olub.

Yeni istifadəyə verilən Mühəndis-İstehkam Mərkəzində kiçik mütəxəssislərin hazırlanması və ərazinin minalardan təmizlənməsi üçün müasir standartlara cavab verən simulyator sistemləri quraşdırılıb.
 

Mərkəzin ərazisində yaradılan şəraitlə tanış olan heyət yanğınsöndürmə deposuna, qarovul otağına, avtomobil parkına, mühəndis döyüş sursatları, hərbi-texniki əmlak, raket-artilleriya silahları, sursat və əşya anbarlarına, eləcə də Mühəndis Qoşunlarının poliqonunda döyüş hazırlığı prosesində istifadə olunan təlim yerlərinə baxış keçirib.


Əlavə olaraq, rəhbər heyətə mərkəzin maddi-texniki təminatının gücləndirilməsi məqsədilə yeni alınmış mühəndis silahlandırma vasitələri və müasir mexaniki minatəmizləmə avadanlıqları nümayiş etdirilib, onların taktiki-texniki xüsusiyyətləri və tətbiq imkanları barədə ətraflı məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyətinin psixoloji hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə aparılan ştat-struktur islahatları çərçivəsində yeni yaradılan Psixoloji Təminat İdarəsinin və Bakı Hərbi Psixoloji Sağlamlıq Mərkəzinin əsaslı təmir olunmuş inzibati binaları istifadəyə verilib.

Burada psixoloji xidmətin spesifik tələbləri əsas götürülərək şəxsi heyətin psixoloji dözümlülüyünün artırılması və posttravmatik vəziyyətin bərpası məqsədilə xüsusi terapiya otaqları, eləcə də hərbi psixoloqların hazırlığı və metodiki sənədləşmənin aparılması üçün iş otaqları yaradılıb.
 

Regionda ilkin təcrübəyə malik olan, hərbi və mülki psixoloqların birgə fəaliyyət göstərəcəyi mərkəz Azərbaycan Ordusunun hərbi qulluqçularının və onların ailə üzvlərinin psixoloji rifahının qorunması və inkişaf etdirilməsinə xidmət edəcək.


Yeni təsis edilmiş mərkəzdə fərdi və qrup psixoterapiyası, psixoloji diaqnostika, konsultasiya, stress və travma sonrası psixoloji reabilitasiya, həmçinin uşaq və yeniyetmələrin psixoloji inkişafının dəstəklənməsi məqsədilə zəruri xidmətlərin göstərilməsi də nəzərdə tutulub.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi Hüquq İdarəsinin yeni istifadəyə verilmiş inzibati binasının açılışında olub.

Burada rəhbər heyətə məlumat verilib ki, Hüquq İdarəsi müxtəlif hərbi hüquqi məsələləri tənzimləyən və müdafiə sahəsindəki qanunvericiliyə uyğun fəaliyyət göstərən bir qurumdur.

İdarə, Azərbaycan Ordusunun şəxsi heyətinə hüquqi məsləhətlərin verilməsi, hərbi cinayətlərə qarşı mübarizə, eləcə də beynəlxalq hüquq məsələlərini tənzimləyir.

Hüquq İdarəsinin fəaliyyətinin əsas məqsədi, Müdafiə Nazirliyinin tabeliyində olan qoşun və qüvvələrin fəaliyyətini hüquqi baxımdan dəstəkləmək və mövcud qanunlara riayət olunmasını təmin edəcək.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsfahanda anbar bunker əleyhinə bombalarla vuruldu – FOTO - VİDEO

İsfahanda anbar bunker əleyhinə bombalarla vuruldu – FOTO - VİDEO

Ömrü uzadan 10 qida

Ömrü uzadan 10 qida

İsmayıllıdakı ağır qəzada xəsarət alanların SON DURUMU

İsmayıllıdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Türkiyədə ailə qətliamı: Həyat yoldaşını və onun 3 qohumunu güllələdi - VİDEO

Türkiyədə ailə qətliamı: Həyat yoldaşını və onun 3 qohumunu güllələdi - VİDEO

53 günahsız sakini son mənzilə aparan TUNEL – 33 il əvvəlki qətliam şahidlərin DİLİ İLƏ...

53 günahsız sakini son mənzilə aparan TUNEL – 33 il əvvəlki qətliam şahidlərin DİLİ İLƏ...

Müdafiə nazirinin yanındakı general kimdir? – DOSYE

Müdafiə nazirinin yanındakı general kimdir? – DOSYE

SON DƏQİQƏ! Qazaxıstanda iki güclü ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Qazaxıstanda iki güclü ZƏLZƏLƏ oldu

Arıqlamaq üçün qəhvəni bu vaxtlarda için

Arıqlamaq üçün qəhvəni bu vaxtlarda için

Sumqayıtın Nəsimi parkındakı ağaclar TƏHLÜKƏDƏ – VİDEO

Sumqayıtın Nəsimi parkındakı ağaclar TƏHLÜKƏDƏ – VİDEO

İsrail şəhərləri alovlar içində - VİDEO

İsrail şəhərləri alovlar içində - VİDEO

Burada spirtli içki almaq üçün mağazada bu hərəkətləri etməlisiniz

Burada spirtli içki almaq üçün mağazada bu hərəkətləri etməlisiniz

Xaçmazda əməliyyat – 2 nəfər həbs edildi – FOTO-VİDEO

Xaçmazda əməliyyat – 2 nəfər həbs edildi – FOTO-VİDEO

Anasını öldürən Anar bu yaxınlarda imtahandan kəsilibmiş... – FOTO

Anasını öldürən Anar bu yaxınlarda imtahandan kəsilibmiş... – FOTO

Günün qoroskopu: Qəfil səyahətə çıxa bilərsiniz

Günün qoroskopu: Qəfil səyahətə çıxa bilərsiniz

97 yaşlı əməkdaş vəfat etdi - 70 ildir BDU-da işləyirdi

97 yaşlı əməkdaş vəfat etdi - 70 ildir BDU-da işləyirdi

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

FHN su basmış ərazilərdən 766 nəfəri təxliyə edib – VİDEO

FHN su basmış ərazilərdən 766 nəfəri təxliyə edib – VİDEO

NATO dağılacaq, yeni ittifaq yaranacaq... – Pol Qobldan SENSASİON AÇIQLAMA

NATO dağılacaq, yeni ittifaq yaranacaq... – Pol Qobldan SENSASİON AÇIQLAMA

Leandro Andrade “Qarabağ”da QALACAQ?

Leandro Andrade “Qarabağ”da QALACAQ?

İtkin şəhidin 40 mərasimi keçirildi – FOTO

İtkin şəhidin 40 mərasimi keçirildi – FOTO

SON DƏQİQƏ: İsmayıllıda ağır qəza – Ölən və yaralananlar var

SON DƏQİQƏ: İsmayıllıda ağır qəza – Ölən və yaralananlar var

Evində Wi-Fi olanların NƏZƏRİNƏ

Evində Wi-Fi olanların NƏZƏRİNƏ

Azərbaycanda viski istehsalı kəskin AZALIB

Azərbaycanda viski istehsalı kəskin AZALIB

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Saat 11:00-dan etibarən…

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Saat 11:00-dan etibarən…

End of content

No more pages to load

RADİO