Xaçmazda əvvəllər məhkum olunmuş 46 yaşlı Emin Səlimov təqaüdçülərə kömək etmək adı altında yaxınlaşaraq onların kartlarını talayıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, faktlarla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
E.Səlimovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media