Bakıda evləri sökülən kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO

Bakıda köhnə evlərin sökülməsi zamanı problemlər daha çox sahəsi kiçik olan evlərin sahibləri ilə bağlı yaranır.

Bizim.Media xəbər verir ki, mülk sahibləri kiçik evlərinin əvəzinə böyük mənzil tələb edir, tikinti şirkətləri isə bunun mümkün olmadığını bildirirlər.

Nəticədə, tərəflər arasında mübahisələr yaranır, bəzi hallarda məsələ məhkəməyə qədər gedib çıxır. Bu problem isə illərdir həllini gözləyir.
 

Sakinlərdən biri vəziyyəti belə izah edib: "Razılaşa bilmirik. İstədiyimizi vermirlər. Evimi də zədələyiblər. Yenə razılaşmırlar, bizi aldadırlar. Evimin arxa hissəsini söküblər, altı su içində qalıb. 11 ailə qalmışıq, amma məsələni həll etmirlər".


Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov Baku TV-yə bildirib ki, pilot layihələrin həyata keçirilməsi ilə bağlı Nazirlər Kabinetinin 86 saylı qərarında kompensasiya sahəsinə əlavə 15-20 faiz tətbiqi nəzərdə tutulur.

Lakin ölkədə kompensasiyaların verilməsi ilə bağlı alternativ qanun və ya normativ mexanizm olmadığı üçün vətəndaşlarla söküntü işlərini aparan tərəflər arasında tez-tez mübahisələr yaranır.
 

Ekspertin sözlərinə görə, əsas problemlərdən biri kiçik istifadə sahəsinə görə verilən kompensasiyalarla bağlıdır. Əgər tikinti şirkəti kompensasiyanı mənzil və ya əmlak formasında təqdim edirsə, bu zaman fərqli əmsalların tətbiqi vacibdir.


"Hazırda bu məsələni tənzimləyən konkret qanun yoxdur. Bu səbəbdən ən azı Nazirlər Kabinetinin müəyyən etdiyi 15-20 faiz əlavə kompensasiya əvəzinə diferensial yanaşma tətbiq olunması daha məqsədəuyğun olardı.

Məsələn, sahəsi 20 kvadratmetrə qədər olan evlər üçün kompensasiya ən azı 30 faiz artırıla bilər. 20-30 kvadratmetr arası sahələr üçün isə ən azı 25 faiz əlavə kompensasiya tətbiq edilməsi daha ədalətli olar", - deyə Elnur Azadov qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tənha qadınlar pensiyaya daha tez çıxsın - TƏKLİF

Tənha qadınlar pensiyaya daha tez çıxsın - TƏKLİF

Gündə bir sarımsaq udulsa, orqanizmdə nə baş verər?

Gündə bir sarımsaq udulsa, orqanizmdə nə baş verər?

Konqoda Ebola həyəcanı: Yoluxanların sayı 1000-i keçdi

Konqoda Ebola həyəcanı: Yoluxanların sayı 1000-i keçdi

Polşa Prezidenti sabah Türkiyəyə gedir - FOTO

Polşa Prezidenti sabah Türkiyəyə gedir - FOTO

İstədiyi qıza görə öldürülən 35 yaşlı şəxsin anasından AÇIQLAMA - VİDEO

İstədiyi qıza görə öldürülən 35 yaşlı şəxsin anasından AÇIQLAMA - VİDEO

Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq

Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... - Vatsap yazışmaları

Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... - Vatsap yazışmaları

Müəllimlərin işə qəbulunda magistrlərə üstünlük verilir? – Nazirdən CAVAB

Müəllimlərin işə qəbulunda magistrlərə üstünlük verilir? – Nazirdən CAVAB

Hacı Şahinin oğlu məzun oldu - FOTO

Hacı Şahinin oğlu məzun oldu - FOTO

Şakiranı öpüşə qərq etdi - FOTO

Şakiranı öpüşə qərq etdi - FOTO

Starmeri istefaya məcbur edən əsas amillər MƏLUM OLDU

Starmeri istefaya məcbur edən əsas amillər MƏLUM OLDU

Bu həftə BÜRCLƏRİ nə gözləyir

Bu həftə BÜRCLƏRİ nə gözləyir

Vens Hörmüz boğazının hansı yolla açıq qalacağından DANIŞDI

Vens Hörmüz boğazının hansı yolla açıq qalacağından DANIŞDI

Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir

Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir

“Qalatasaray” 125 milyonluq təklifi qəbul etmədi

“Qalatasaray” 125 milyonluq təklifi qəbul etmədi

“İran buna razı olacaq” – Tramp

“İran buna razı olacaq” – Tramp

Almaniyalı futbolçu üçün dünya çempionatı başa çatdı

Almaniyalı futbolçu üçün dünya çempionatı başa çatdı

Qəbələdə maraqlı görüş: Kəmaləddin Heydərov məşhur ərəblərlə - VİDEO

Qəbələdə maraqlı görüş: Kəmaləddin Heydərov məşhur ərəblərlə - VİDEO

Messi Klozeni geridə qoyub bombardir oldu

Messi Klozeni geridə qoyub bombardir oldu

Qara dənizdə Türkiyəyə məxsus gəmiyə PUA ilə HÜCUM EDİLDİ

Qara dənizdə Türkiyəyə məxsus gəmiyə PUA ilə HÜCUM EDİLDİ

Ürəyində problem olan şəxs hərbi xidmətə çağırılıb? - VİDEO

Ürəyində problem olan şəxs hərbi xidmətə çağırılıb? - VİDEO

Respublika Psixiatriya Xəstəxanasında ÖLÜM HADİSƏSİ

Respublika Psixiatriya Xəstəxanasında ÖLÜM HADİSƏSİ

“Təhsil sistemində həmişə kimsə narazı olacaq” - Nazir

“Təhsil sistemində həmişə kimsə narazı olacaq” - Nazir

Lənkəranda velosipedçini maşın vurdu

Lənkəranda velosipedçini maşın vurdu

End of content

No more pages to load

RADİO