İnsanın bioloji yaşını ölçən yeni ÜSUL

Hazırda tədqiqatçılar müxtəlif biomarkerlərdən istifadə edərək telomer, metabolom və klinik qocalma saatlarını müəyyən ediblər. Onların arasında ən etibarlısı "DunedinPACE" modeli kimi tanınan epigenetik saatlar hesab olunur.

Bizim.Media xəbər verir ki, bu barədə "gazeta.ru"ya AIRI İnstitutunun "Tibbdə güclü süni intellekt" laboratoriyasının biomarker tədqiqat qrupunun rəhbəri, həmçinin Skoltech Molekulyar və Hüceyrə Biologiyası Mərkəzinin (Rusiya) kiçik elmi işçisi Dmitri Kryukov danışıb.

Bioloji saatlar kimi də tanınan qocalma saatları müxtəlif biomarkerlərə əsaslanaraq insanın bioloji yaşını müəyyən etməyə imkan verən alətlərdir.

İnsanın bioloji yaşı onun rəsmi sənədlərdə göstərilən (pasport) yaşından həm az, həm də çox ola bilər.

"Məsələn, hüceyrələrin hər bölünməsi zamanı qısalan xromosom uclarındakı qoruyucu telomerlərin uzunluğunu ölçən telomer saatları erkən qocalma nəzəriyyəsinə əsaslanır. Transkriptomik saatlar ayrı-ayrı genlərin aktivliyini araşdırır, proteomik və metabolomik modellər isə bədən qocaldıqca tərkibi dəyişən qandakı minlərlə zülal və metabolitin miqdarını qiymətləndirir. Klinik saatlar isə xüsusi praktik əhəmiyyətə malikdir. Bu metod ümumi qan, sidik və biokimyəvi analizlər kimi standart biomarkerlərə əsaslanır", - deyə Kryukov bildirib.
 

Ekspertin sözlərinə görə, epigenetik saatlar DNT-nin metilləşmə sxemlərindəki dəyişiklikləri qiymətləndirir. Bu proses zamanı metil qrupları DNT molekulunun müəyyən hissələrinə birləşir.


Bu halda genlərin ardıcıllığı dəyişməsə də, onların fəaliyyəti tənzimlənir.

"Bu tip saatlar hazırda əsasən bioloji yaşı deyil, insanın pasport yaşını yüksək dəqiqliklə müəyyən etmək üçün istifadə edilən ən populyar metodlardan biridir. İnsan yaşlandıqca metilləşmə modeli sabit və proqnozlaşdırıla bilən şəkildə dəyişir.

Tədqiqatçılar minlərlə nümunəni analiz etmək üçün maşın öyrənməsi texnologiyalarından istifadə edərək yaşla birbaşa əlaqəli əsas DNT seqmentlərini müəyyən ediblər. Qan və ya sidik nümunələrində həmin seqmentlərin vəziyyətini təhlil edən xüsusi alqoritm fərdin yaşını müəyyən edə bilir", - deyə mütəxəssis qeyd edib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cəbrayılda minaya düşən şəxsin SON VƏZİYYƏTİ

Cəbrayılda minaya düşən şəxsin SON VƏZİYYƏTİ

Rusiyada internet ÇÖKDÜ - “Yandex”, “YouTube” işləmir

Rusiyada internet ÇÖKDÜ - “Yandex”, “YouTube” işləmir

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı - FOTO

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı - FOTO

Hava kəskin dəyişir, leysan yağacaq - XƏBƏRDARLIQ

Hava kəskin dəyişir, leysan yağacaq - XƏBƏRDARLIQ

ABŞ İrandakı münaqişədə rekord sayda təyyarə və helikopter itirib

ABŞ İrandakı münaqişədə rekord sayda təyyarə və helikopter itirib

“Yaralı vəziyyətdə 5 saat döyüş mövqeyini tərk etmədim” – VİDEO

“Yaralı vəziyyətdə 5 saat döyüş mövqeyini tərk etmədim” – VİDEO

Rubio: "Türkiyə və Yunanıstan arasında müharibəyə imkan verməyəcəyik"

Rubio: "Türkiyə və Yunanıstan arasında müharibəyə imkan verməyəcəyik"

Pakistan Səudiyyə Ərəbistanında hərbi kontingentinin olduğunu təsdiqlədi

Pakistan Səudiyyə Ərəbistanında hərbi kontingentinin olduğunu təsdiqlədi

Maykl Ceksonun əfsanəvi "Thriller" klipindəki gödəkcəsi hərraca çıxarılır - 10 milyona!

Maykl Ceksonun əfsanəvi "Thriller" klipindəki gödəkcəsi hərraca çıxarılır - 10 milyona!

“Avropa Parlamenti ölkəmizlə qarşıdurma ritorikasından əl çəkməlidir” - BƏYANAT

“Avropa Parlamenti ölkəmizlə qarşıdurma ritorikasından əl çəkməlidir” - BƏYANAT

12 milyonunu general, qalanını onlar qaytarıb...

12 milyonunu general, qalanını onlar qaytarıb...

Paşinyandan Rusiyaya qarşı gözlənilməz HƏMLƏ – İrəvan-Moskva gərginliyi yenidən ALOVLANIR

Paşinyandan Rusiyaya qarşı gözlənilməz HƏMLƏ – İrəvan-Moskva gərginliyi yenidən ALOVLANIR

Bakıda maşın ana və uşağın üstündən keçdi - VİDEO

Bakıda maşın ana və uşağın üstündən keçdi - VİDEO

Rubiodan F-35 qırıcılarının Türkiyəyə verilməsi ilə bağlı AÇIQLAMA

Rubiodan F-35 qırıcılarının Türkiyəyə verilməsi ilə bağlı AÇIQLAMA

Aybəniz Haşımova qızı ilə Parisdə - FOTO

Aybəniz Haşımova qızı ilə Parisdə - FOTO

Bu il neçə kişi həyat yoldaşının soyadını götürüb?

Bu il neçə kişi həyat yoldaşının soyadını götürüb?

Ukrayna Rusiyanın neft emalı zavoduna HÜCUM ETDİ - VİDEO

Ukrayna Rusiyanın neft emalı zavoduna HÜCUM ETDİ - VİDEO

Bu il uşaqlara ən çox qoyulan adlar – SİYAHI

Bu il uşaqlara ən çox qoyulan adlar – SİYAHI

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı

Şəmkirdə bazarda YOXLAMA: Ciddi nöqsanlar aşkarlandı – FOTO

Şəmkirdə bazarda YOXLAMA: Ciddi nöqsanlar aşkarlandı – FOTO

Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı

“Çıxışım kontekstdən çıxarılıb” – “ChatGPT” ilə bağlı fikirləri müzakirələrə səbəb olan deputatdan AÇIQLAMA

“Çıxışım kontekstdən çıxarılıb” – “ChatGPT” ilə bağlı fikirləri müzakirələrə səbəb olan deputatdan AÇIQLAMA

Ukraynanın şəhərlərinə raket hücumları: Ölənlərin sayı 28-ə çatdı - FOTO/VİDEO

Ukraynanın şəhərlərinə raket hücumları: Ölənlərin sayı 28-ə çatdı - FOTO/VİDEO

SON DƏQİQƏ! Cəbrayılda mina partlayışı baş verdi - Xəsarət alan var

SON DƏQİQƏ! Cəbrayılda mina partlayışı baş verdi - Xəsarət alan var

End of content

No more pages to load

RADİO