Bu İdarədə tualetə getmək qadağan olunub – Əməkdaşlar işdən çıxarılır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tualetə getmək qadağan edilən Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin daha bir qadın əməkdaşı işdən azad olunub.

Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a işdən çıxarılan Samirə Əziz qızı Nuriyeva məlumat verib.

O bildirib ki, idarə rəisindən etdiyi şikayətə görə, 25 il tutduğu vəzifəsindən azad olunub:

"Dünən saat 15:00-da yaradılmış yeni "WhatsApp" qrupunda əməkdaşlara Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquqşünası Elçin Piriyevin qəbuluna getmək barədə məlumat verilib.
 

Biz ora getdik, lakin saat 16:30-a qədər gözləsək də, heç kim bizi qəbul etmədi. Sonra Elçin Piriyev dedi ki, cümə axşamı işdə olmamağımızla bağlı izahat yazmalıyıq və həmin günün əməkhaqqısı tutulacaq. Qadınlardan yalnız biri izahat yazdı. Daha sonra kadrlar üzrə məsul şəxs Bəhruz Rüstəmovdan öz hesabıma məzuniyyət götürmək üçün ərizə blankı istədim ki, doldurub verim.


Bəhruz Rüstəmov mənə dedi ki, sənin əmək müqavilənə artıq xitam verilib. Hansı maddə ilə işdən çıxarıldığımı soruşanda bildirdi ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndi ilə. Əmrə və əmək kitabçasına baxanda isə gördüm ki, bu qərar həmkarlar ittifaqının protokoluna əsasən verilib".

O iddia edir ki, işdən çıxarılması üçün göstərilən səbəblər həqiqəti əks etdirmir:

"Mən fevralın 9-dan kanalların başında olmuşam. İndi isə guya əmək intizamını pozduğum, səs-küy saldığım barədə yalan məlumatlar yazırlar. Halbuki mən, sadəcə, öz haqqımı tələb etmişəm".

Qeyd edək ki, son günlər Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində qadın əməkdaşların kanallara nəzarətlə bağlı iş şəraiti və onların işdən çıxarılması ilə bağlı iddialar geniş müzakirə olunur. Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Ronaldonun komandasında CİDDİ İTKİ

Ronaldonun komandasında CİDDİ İTKİ

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

“Barselona” onun müqaviləsini YENİLƏDİ

“Barselona” onun müqaviləsini YENİLƏDİ

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Premyer Liqa klubları onu hədəfə aldı

Premyer Liqa klubları onu hədəfə aldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Bu gün problemləri bitəcək BÜRCLƏR

Bu gün problemləri bitəcək BÜRCLƏR

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

Putin: “Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırıq” - VİDEO

Putin: “Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırıq” - VİDEO

Azərbaycanda İctimai Birlik sədri HƏBS EDİLDİ

Azərbaycanda İctimai Birlik sədri HƏBS EDİLDİ

End of content

No more pages to load

RADİO