Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib - FOTO

Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası çərçivəsində “Yaşıl enerji layihələri” sessiyası keçirilib.

Bizim.Media xəbər verir ki, Leyla Əliyeva tədbirdə çıxış edərək Xəzər dənizinin probleminə toxunub, bunun ildən-ilə daha çox narahatlıq doğuran məsələ olduğunu bildirib.

“Deməliyəm ki, bu problem təkcə bizi və Xəzər dənizi ilə qonşu olan digər ölkələri narahat etmir. Xəzər dənizi əslində daha geniş qlobal ekosistemin güzgüsüdür.

Ona görə də əgər Xəzər dənizi problem yaşayırsa, bu o deməkdir ki, dünya ekosistemi də problem içindədir. Əlbəttə ki, bu, böyük narahatlıq doğurur. Ancaq mən yalnız müsbət düşüncənin tərəfdarıyam, ona görə də əminəm ki, biz bir yerdəyik, Xəzər dənizinin səviyyəsinin yenidən qalxması üçün əlimizdən gələni edə biləcəyik və onun Aral dənizi və Urmiya gölü kimi yox olmasına imkan verməyəcəyik”, - deyə o əlavə edib.

Leyla Əliyeva son 100 ildə Xəzərdə suitilərin 1 milyondan 200 minə qədər azaldığını qeyd edib.

O, həmçinin ölkəmizin bərpaolunan enerji layihələrinə fəal şəkildə investisiya yatırdığını və məqsədimizin regional yaşıl enerji mərkəzinə çevrilmək olduğunu bildirib.
 

Avropa Komissiyasının Energetika Baş idarəsinin direktoru Kristina Lobilyo Borrero bərpaolunan təmiz texnologiyaların tətbiqinin qazıntı yanacaqlardan asılılığı azaldaraq enerji təhlükəsizliyini artırdığını, vətəndaşları və sənayeni qiymət dəyişkənliyindən qoruduğunu bildirərək bu dəyişikliklərin həm də yeni sənaye imkanları və uzunmüddətli sabitliyin göstəricisi olduğunu qeyd edib.


Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Azərbaycanın bərpaolunan enerji potensialından söz açaraq bioenerji, geotermal resurslar və yaşıl hidrogenin inkişafı istiqamətində işlər görüldüyünü qeyd edib. Agentliyin direktoru, eyni zamanda, Qarabağın, Şərqi Zəngəzurun və Naxçıvanın yaşıl enerji zonasına çevrilməsi üçün beynəlxalq əməkdaşlıq çərçivəsində əsas fəaliyyət sənədləri hazırlandığını diqqətə çatdırıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Green”in baş direktoru Elmir Musayev şirkətin fəaliyyəti haqqında danışaraq əsas məqsədlərinin beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək neft-qaz obyektlərini dekarbonlaşdırmaq və Azərbaycanda ekspert biliklərini konsolidasiya etmək olduğunu bildirib.

“Masdar Azərbaycan” MMC-nin direktoru Murad Sadıqov, “ACWA Power” şirkətinin Biznesin inkişafı üzrə direktoru Polina Lyubomirova, bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə baş maliyyə meneceri Ayla Əzizova, “Xlinks” layihəsinin icraçı direktoru Ceyms Hamfrey, Beynəlxalq Maliyyə Korporasiyasının Qərbi Balkan və Cənubi Qafqaz ölkələri üzrə direktoru Vibke Şlomer və digərləri çıxış edərək bərpaolunan enerji sahəsindəki perspektivlərdən söz açıblar.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Ronaldonun komandasında CİDDİ İTKİ

Ronaldonun komandasında CİDDİ İTKİ

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

“Barselona” onun müqaviləsini YENİLƏDİ

“Barselona” onun müqaviləsini YENİLƏDİ

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Premyer Liqa klubları onu hədəfə aldı

Premyer Liqa klubları onu hədəfə aldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Bu gün problemləri bitəcək BÜRCLƏR

Bu gün problemləri bitəcək BÜRCLƏR

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

Putin: “Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırıq” - VİDEO

Putin: “Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırıq” - VİDEO

Azərbaycanda İctimai Birlik sədri HƏBS EDİLDİ

Azərbaycanda İctimai Birlik sədri HƏBS EDİLDİ

End of content

No more pages to load

RADİO