Xəzərin "şəffaf" sularında “çirklənmə” — Bp məsuliyəti üzərindən atır…

Dünya nəhəngi olan BP şirkəti özünü hər zaman məsuliyyətli, şəffaf və ekologiya dostu kimi təqdim etməyə çalışsa da, arxiv sənədləri və rəsmi rəqəmlər bəzən bu imicin arxasındakı fərqi üzə çıxarır. 2015-ci ilin martında Xəzər dənizində baş verən hadisə bunu deməyə əsas verir.
 

Həmin il martın 5-də "İstiqlal" qazma qurğusunda texnoloji reqlamentin pozulması nəticəsində "Ultradril" məhlulu 530 metr dərinlikdə dənizə sızmışdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi dərhal hərəkətə keçərək monitorinq aparmış və faktı təsdiqləmişdi. Nəticədə şirkətə qarşı 12300 manat məbləğində iddia qaldırılmışdı. Rəqəm bəlkə də BP kimi şirkət üçün simvolik görünə bilər, lakin burada söhbət məbləğdən deyil, yanaşmadan gedir.





Maraqlıdır ki, şirkət rəsmiləri çıxışlarında hər zaman dövlət qurumları ilə məhkəmə çəkişməsinin olmadığını, hər şeyin qaydasında getdiyini vurğulayırlar. Hətta "bizim vergi borcumuz ola bilməz" kimi qətiyyətli ifadələr də eşidirik. Lakin 2025-ci ilin rəsmi məlumatlarına baxdıqda, BP Exploration Limited şirkətinin 68 milyon manatdan çox vergi borcunun yaranması bunu təkzib edir.



Şirkətdəki daxili ab-hava da kənardan göründüyü kimi deyil. Kütləvi ixtisarların olmadığı deyilsə də, digər tərəfdən isə illərdir işini itirən yüzlərlə yerli mütəxəssis və məhkəmə qapılarında haqqını axtaran keçmiş əməkdaşlar var. Mühəndis Aslan Aslanovun başına gələnlər və 10 milyon dollarlıq təzminat davası bu narazılığın bariz nümunəsidir.

Belə ki, 2018-ci ilin aprel ayında dərc olunan xəbərlərə görə BP-nin keçmiş mühəndisi Aslan Aslanov şirkət daxilində yerli kadrların sıxışdırılmasına və əmək hüquqlarının pozulmasına etiraz etdiyi üçün qərəzli şəkildə işdən çıxarıldığını bildirib. O, rəhbərlik tərəfindən təzyiq və təhqirlərə məruz qaldığını, nəticədə səhhətinə ciddi ziyan dəydiyini iddia edib. Mühəndis pozulmuş hüquqlarının bərpası və vurulmuş mənəvi zərərə görə şirkətdən ümumilikdə 10 milyon dollardan çox təzminat tələbi ilə məhkəməyə müraciət edib.



BP Azərbaycanın "biz azərbaycanlıların şirkətiyik" tezisi işçilərin 95 faizinin yerli kadrlar olması ilə əsaslandırılsa da, rəhbər vəzifələrdəki əcnəbi üstünlüyü və yerli mühəndislərin sıxışdırılması iddiaları hələ də cavabsız qalır.

Şirkətin bu məsələlərdəki rəsmi mövqeyi kifayət qədər qətidir. Onlar özlərini Azərbaycan hökumətinin sifarişçisi və tabe qurumu kimi təqdim edirlər. Mətbuat xidmətindən verilən məlumata görə BP məsuliyyətli vergi ödəyicisidir və Ekologiya Nazirliyi ilə hər hansı ciddi məhkəmə çəkişməsi mövzu belə ola bilməz. Şirkət rəsmiləri dövlət qurumları ilə əlaqələrin yüksək səviyyədə qorunduğunu və bütün proseslərin reqlamentə uyğun idarə olunduğunu vurğulayırlar.

Şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı kütləvi ixtisar anlayışını qətiyyətlə rədd edir. Onların sözlərinə görə, işçi sayındakı hər hansı azalma "kütləvi ixtisar" deyil, biznesin təbii tələblərinə uyğun tənzimləmədir. Şirkət rəsmiləri bildirirlər ki, neft və qaz sənayesinin dəyişən dinamikası bəzi vəzifələrin aktuallığını itirməsinə, eyni zamanda yenilərinin yaranmasına səbəb olur.



Şirkətdən verilən açılqamada qeyd edilir ki, bəzi əməkdaşların öz istəyi ilə işdən çıxması və ya köçüb getməsi illik statistikada azalma kimi görünsə də, bu, planlı ixtisar dalğası deyil. Şirkət həmçinin yerli kadrların sıxışdırılması iddialarını da əsassız sayır. Onlar kollektivin mütləq əksəriyyətinin azərbaycanlılardan ibarət olduğunu və yerli mütəxəssislərin hüquqlarının daxili korporativ etikaya uyğun qorunduğunu iddia edirlər.

Qeyd edək ki, BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ötən gün Azərbaycana gəlib. Şirkətin regiondakı biznes fəaliyyəti və gələcək perspektivləri ilə tanışlıq məqsədi daşıyan səfər çərçivəsində görüşlər keçirilib. Qordon Birrel Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə bir araya gələrək BP-nin ölkədəki enerji layihələrinin gedişatını və qlobal biznes prioritetlərini müzakirə edib. (Mənbə: Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Hücumlara hazır olun, ehtiyat toplayın”

“Hücumlara hazır olun, ehtiyat toplayın”

Broyler yumurtası da BAHALAŞACAQ?

Broyler yumurtası da BAHALAŞACAQ?

Bakıda leysan XƏBƏRDARLIĞI - Axşamdan başlayır...

Bakıda leysan XƏBƏRDARLIĞI - Axşamdan başlayır...

Vətən Müharibəsi xronikası – 9 oktyabr – VİDEO

Vətən Müharibəsi xronikası – 9 oktyabr – VİDEO

Oktyabr ayı kimə pul və uğur gətirəcək? - Beş şanslı BÜRC

Oktyabr ayı kimə pul və uğur gətirəcək? - Beş şanslı BÜRC

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Ronaldonun komandasında CİDDİ İTKİ

Ronaldonun komandasında CİDDİ İTKİ

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

“Barselona” onun müqaviləsini YENİLƏDİ

“Barselona” onun müqaviləsini YENİLƏDİ

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Premyer Liqa klubları onu hədəfə aldı

Premyer Liqa klubları onu hədəfə aldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Bu gün problemləri bitəcək BÜRCLƏR

Bu gün problemləri bitəcək BÜRCLƏR

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

End of content

No more pages to load

RADİO