Valideynlər övladlarına bunları edə bilməyəcək - QADAĞALAR

Azərbaycanda “Uşaq hüquqları haqqında” yeni Qanun qəbul edilib.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə edilən Qanun Azərbaycanda uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların hüquq və azadlıqlarını, həmin hüquq və azadlıqların həyata keçirilməsi sahəsində dövlət təminatlarını və dövlət nəzarətinin əsaslarını müəyyən edəcək.

Azərbaycan Respublikasının uşaq hüquqları haqqında qanunvericiliyi Konstitusiyadan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan, Ailə Məcəlləsindən, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunlardan və digər normativ hüquqi aktlardan ibarət olacaq.
 

Bu Qanunda nəzərdə tutulmuş hüquqlar və azadlıqlar irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, əqidəsindən, sağlamlıq imkanlarından, valideynlərinin (onları əvəz edən şəxslərin), digər ailə üzvlərinin sosial vəziyyətindən, ictimai birliklərə mənsubiyyətindən və digər əlamətlərdən asılı olmayaraq hər bir uşağa aid ediləcək.


Azərbaycan Respublikasında olan əcnəbi və vətəndaşlığı olmayan uşaqlar digər qanunlarda və
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, bu Qanunda nəzərdə tutulmuş bütün hüquqlardan və azadlıqlardan istifadə edə biləcəklər.

Layihəyə əsasən, uşaqların təhqir edilməsi, şərəf və ləyaqətinin alçaldılması qadağan edilir.

Uşağın şərəf və ləyaqətinin müdafiəsi hüququnun yer aldığı maddəyə əsasən, hər bir uşağın şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.

Sənədə əsasən, uşaqların təhqir edilməsi, şərəf və ləyaqətinin alçaldılması qadağan ediləcək.

Ailədə, təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrində və penitensiar müəssisələrdə və uşağın ola biləcəyi digər yerlərdə, habelə internet informasiya ehtiyatlarında və informasiya-telekommunikasiya şəbəkələrində uşağa qarşı zorakılıq qadağan ediləcək.

Uşağın zorakılıqdan müdafiə olunmaq hüququ olacaq. Dövlət uşağa qarşı zorakılığın qarşısının alınması üçün hüquqi, inzibati, sosial və maarifləndirici tədbirlər görəcək.

Valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri uşaqda zorakılıq hərəkətlərinin əlamətlərini aşkar etdikdə konfidensiallığa əməl etməklə, bu barədə aidiyyəti hüquq mühafizə orqanlarına və ya ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya məlumat verməyə borclu olacaqlar, habelə uşaq qaynar xətt xidmətinə məlumat verə bilə biləcəklər.
 

Valideynlər (onları əvəz edən şəxslər), habelə dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri, tibb müəssisələri, hüquq mühafizə orqanları və digər səlahiyyətli orqanlar zorakılığa məruz qalmış uşağın fiziki sağlamlığının və psixoloji vəziyyətinin bərpa olunması üçün bütün lazımi tədbirləri görməyə borclu olacaqlar.



Dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları, habelə hüquqi və vəzifəli şəxslər təhsil, tibb, sosial müdafiə, hüquq mühafizə, idman, media, mədəniyyət və istirahət sahələrində uşaqlarla müntəzəm təmasda olan şəxslərlə uşaqların müdafiəsi və uşaq hüquqları barədə təbliğat-təşviqat işlərinin aparılması, həmin şəxslərin zorakılığa məruz qalmış uşaqların müəyyən edilməsi vasitələri barədə təlimatlandırılması üçün tədbirlər görəcəklər.
 

Təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrində və penitensiar müəssisələrdə uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınması və zorakılıq baş verdiyi təqdirdə səmərəli cavab tədbirlərinin tətbiqi üzrə mexanizmlər formalaşdırılacaq.


Təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələri və penitensiar müəssisələr uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınması üçün tədbirlər görməyə borclu olacaqlar.

Qüvvədə olan qanuna görə, uşaqların təhqir edilməsi, şəxsiyyətlərinin alçaldılması yolverilməzdir. Uşaqların şərəf və ləyaqətinə qəsd edilməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Ronaldonun komandasında CİDDİ İTKİ

Ronaldonun komandasında CİDDİ İTKİ

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

“Barselona” onun müqaviləsini YENİLƏDİ

“Barselona” onun müqaviləsini YENİLƏDİ

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Premyer Liqa klubları onu hədəfə aldı

Premyer Liqa klubları onu hədəfə aldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Bu gün problemləri bitəcək BÜRCLƏR

Bu gün problemləri bitəcək BÜRCLƏR

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

Putin: “Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırıq” - VİDEO

Putin: “Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırıq” - VİDEO

End of content

No more pages to load

RADİO