Avtomobil almaq istəyənlərin nəzərinə: Aldadıla bilərsiniz - VİDEO

Vətəndaşın aldığı avtomobildə bir gün sonra ciddi problemlər aşkarlanıb.

Bizim.Media “Baku TV”yə istinadla xəbər verir ki, o nəqliyyat vasitəsini geri qaytarmağa cəhd etsə də, maşını satan adam onun bu istəyini rədd edib. Ümumiyyətlə, son zamanlar buna bənzər hallar çox yaşanır.

Bəs belə olan halda vətəndaş nə etməlidir?

Hüquqşünas Mircavid Miriyevin sözlərinə görə, avtomobil o halda geri qaytarıla bilər ki, alqı-satqı zamanı satıcı nəqliyyat vasitəsi barədə alıcıya yanlış məlumat versin, əhəmiyyətli nasazlıqları gizlətsin və ya avtomobilə qanunsuz müdaxilələr edilsin.

"Məsələn, yürüş göstəricisinin geri çəkilməsi, ağır qəzaya düşmüş avtomobilin bu fakt gizlədilməklə satılması və ya ciddi texniki qüsurların əvvəlcədən məlum olduğu halda alıcıya bildirilməməsi geri qaytarılma üçün hüquqi əsas yarada bilər. Lakin praktikada bu kimi hallarda tərəflər arasında münasibətlərin hüquqi müstəvidə həlli hər zaman asan olmur. 

Bunun əsas səbəblərindən biri də ətraflı yazılı müqavilənin olmamasıdır. 

Təəssüf ki, bəzi hallarda vətəndaşlar vergidən yayınmaq məqsədilə avtomobili etibarnamə əsasında ötürürlər. Bu zaman isə sonradan yaranan mübahisələrdə ödənilmiş məbləğin, razılaşdırılmış şərtlərin və ümumilikdə alqı-satqı faktının sübuta yetirilməsi xeyli çətinləşir", - deyə hüquqşünas bildirib.

Mütəxəssislər vurğulayırlar ki, bu cür problemlərlə qarşılaşmamaq üçün vətəndaş avtomobili almadan əvvəl mütləq şəkildə texniki baxışdan keçirməlidir. Yoxlanış prosesində isə təsadüfi şəxslərə deyil, bu sahədə ixtisaslaşmış peşəkarlara müraciət etmək tövsiyə olunur. Əks halda, sonradan yaranan peşmançılıq heç bir nəticə verməyə bilər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Hücumlara hazır olun, ehtiyat toplayın”

“Hücumlara hazır olun, ehtiyat toplayın”

Broyler yumurtası da BAHALAŞACAQ?

Broyler yumurtası da BAHALAŞACAQ?

Bakıda leysan XƏBƏRDARLIĞI - Axşamdan başlayır...

Bakıda leysan XƏBƏRDARLIĞI - Axşamdan başlayır...

Vətən Müharibəsi xronikası – 9 oktyabr – VİDEO

Vətən Müharibəsi xronikası – 9 oktyabr – VİDEO

Oktyabr ayı kimə pul və uğur gətirəcək? - Beş şanslı BÜRC

Oktyabr ayı kimə pul və uğur gətirəcək? - Beş şanslı BÜRC

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Ronaldonun komandasında CİDDİ İTKİ

Ronaldonun komandasında CİDDİ İTKİ

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

“Barselona” onun müqaviləsini YENİLƏDİ

“Barselona” onun müqaviləsini YENİLƏDİ

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Premyer Liqa klubları onu hədəfə aldı

Premyer Liqa klubları onu hədəfə aldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Bu gün problemləri bitəcək BÜRCLƏR

Bu gün problemləri bitəcək BÜRCLƏR

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

End of content

No more pages to load

RADİO