Bu kartofları yeməyin - Xəstəxanalıq olarsınız

Yaz aylarına yaxın bir çox evdə saxlanılan kartoflarda cücərmə və qabığın yaşıllaşması müşahidə olunur. Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, belə kartofu sadəcə təmizləyib istifadə etmək sağlamlıq üçün təhlükəli ola bilər.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, qida təhlükəsizliyi üzrə ekspertlərin sözlərinə görə, kartofun xarab olması üçün mütləq çürüməsi vacib deyil. 

Əsas təhlükə tərkibindəki qlikoalkaloidlər, solanin və çakonin maddələridir. Bu təbii toksinlər bitkini zərərvericilərdən qorumaq üçün yaranır.

Sağlam və təzə kartofda bu maddələrin miqdarı çox az olur və insan üçün təhlükə yaratmır. Lakin işıq, istilik, zədələnmə və ya uzun müddət saxlanma nəticəsində toksinlərin səviyyəsi arta bilər. Xüsusilə cücərtilərdə, “göz” hissələrində və yaşıl ləkələrdə onların miqdarı daha yüksək olur.

Mütəxəssislər bildirirlər ki, qaynatma, qızartma və ya sobada bişirmə kimi adi istilik emalı üsulları bu zəhərli birləşmələri məhv etmir. Solanin yüksək temperaturda da qalır və orqanizmə daxil ola bilər.

Toksikoloji mərkəzlərdə solanin zəhərlənməsi halları vaxtaşırı qeydə alınır.

Belə hallarda insanlarda güclü qarın ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma və ishal müşahidə oluna bilər.

Ekspertlər bildirirlər ki,  kartof yumşalıb və büzüşübsə, yalnız qabığında deyil, qabıqaltı hissədə də intensiv yaşıl rəng varsa, cücərtilər 2,5 santimetrdən artıqdırsa, qətiyyən ondan istifadə olunmamalıdır:

Əgər yaşıllaşma minimaldırsa və kartof hələ də bərkdirsə, qalın qatla soymaq müəyyən hallarda riski azalda bilər. Lakin kartof aktiv şəkildə cücərməyə başlayıbsa, onun kimyəvi tərkibi artıq dəyişmiş sayılır və istifadə məsləhət görülmür.

Mütəxəssislər həmçinin vurğulayırlar ki, kartofu soyuducuda saxlamaq düzgün deyil. Aşağı temperatur nişastanın şəkərə çevrilməsinə səbəb olur, nəticədə bişirmə zamanı kartof qaralır.

Bundan əlavə, sonradan isti mühitə çıxarıldıqda daha sürətlə cücərməyə başlayır.

Kartofun saxlanması üçün ideal şərait qaranlıq, yaxşı havalandırılan və 7–10°C temperatur olan məkandır. Plastik torbalar əvəzinə tor şəbəkələr və ya kağız kisələrdən istifadə etmək tövsiyə olunur.

Həkimlər bildirirlər ki, yumşalmış, güclü yaşıl rəng almış və ya çox cücərmiş kartofu ev üsulları ilə təhlükəsiz hala gətirmək mümkün deyil. Belə kartofu istifadə etməyin yeganə məqsədəuyğun yolu onu yazda əkərək yeni məhsul əldə etməkdir. (Lent.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Ronaldonun komandasında CİDDİ İTKİ

Ronaldonun komandasında CİDDİ İTKİ

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

“Barselona” onun müqaviləsini YENİLƏDİ

“Barselona” onun müqaviləsini YENİLƏDİ

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Premyer Liqa klubları onu hədəfə aldı

Premyer Liqa klubları onu hədəfə aldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Bu gün problemləri bitəcək BÜRCLƏR

Bu gün problemləri bitəcək BÜRCLƏR

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

Putin: “Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırıq” - VİDEO

Putin: “Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırıq” - VİDEO

End of content

No more pages to load

RADİO