İşəgötürmədə YENİ ÜSUL - HR-ların səlahiyyəti məhdudlaşdırıla bilər

Müasir dövrdə işə qəbul adi prosesdən çox, cəmiyyət arasında geniş müzakirə edilən həssas mövzulardan birinə çevrilib. Qohumbazlıq, tanışlıq və şəxsi əlaqələrin işə qəbul qərarlarına təsiri danılmazdır. Bu isə gələcəyə böyük ümidləri olan gənclərin motivasiyasını azaldır, bacarıqlı insanların kənarda qalmasına səbəb olur. Bu azmış kimi digər vicdanla çalışan insan qaynaqları əməkdaşlarına da ümumi etimadı zəiflədir.

Buna görə də texnologiyanın ən son nailiyyətlərindən olan süni intellektin işə qəbul prosesinə nəzarətini alternativ kimi irəli sürürlər. Məqsəd qəbul prosesində subyektiv yanaşmanı minimuma endirmək, seçimləri daha ədalətli etməkdir.

Amma yenə də təzad yaranır: süni intellekt həqiqətən ədaləti təmin edə bilərmi, yoxsa biz sadəcə qərar verəni dəyişdiririk?

HR-ların (Human Resources) Süni İntellektlə əvəzlənməsi təklifi bir müddətdir gündəmdədir. Belə hesab edilir ki, müasir dövrdə ən yaxşı həll məhz Süni İntellektin köməyidir.  

Məsələylə əlaqədar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Bizim.Media-ya bildirib ki, subyektivliyin, şəxsi münasibətlərin təsirinin azalması baxımından üstünlüyü var, amma mənfi tərəfləri də az deyil. 

“Süni intellekt də mövcud məlumatlara əsaslanır. Əgər keçmiş məlumatlarda ayrı-seçkilik olubsa, sistem bunu təkrarlaya bilər. Yaxud kimsə gözəl CV tərtib edə bilər, ancaq bacarıqları o qədər də yüksək olmaz. Amma təcrübə və biliyi yaxşı olub CV-si zəif olanlar kənarda qala bilər. Ola bilsin ki, xarici ölkələrdə belə eksperimentlər olsun. Hər halda Azərbaycanda yaxın illərdə HR-ların texnologiya ilə əvəzlənməsi gözlənilmir”.

Mütəxəsisilər bildirirlər ki, HR yalnız CV seçmir, komanda uyğunluğu, motivasiya kimi faktorları da qiymətləndirir. Bunları tam avtomatlaşdırmaq çətindir. Ona görə də ən effektiv model hibrid modeldir, yəni Süni İntellekt seçir, HR qiymətləndirir.

Şəfiqə Şəfa, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Hücumlara hazır olun, ehtiyat toplayın”

“Hücumlara hazır olun, ehtiyat toplayın”

Broyler yumurtası da BAHALAŞACAQ?

Broyler yumurtası da BAHALAŞACAQ?

Bakıda leysan XƏBƏRDARLIĞI - Axşamdan başlayır...

Bakıda leysan XƏBƏRDARLIĞI - Axşamdan başlayır...

Vətən Müharibəsi xronikası – 9 oktyabr – VİDEO

Vətən Müharibəsi xronikası – 9 oktyabr – VİDEO

Oktyabr ayı kimə pul və uğur gətirəcək? - Beş şanslı BÜRC

Oktyabr ayı kimə pul və uğur gətirəcək? - Beş şanslı BÜRC

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Ronaldonun komandasında CİDDİ İTKİ

Ronaldonun komandasında CİDDİ İTKİ

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

“Barselona” onun müqaviləsini YENİLƏDİ

“Barselona” onun müqaviləsini YENİLƏDİ

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Premyer Liqa klubları onu hədəfə aldı

Premyer Liqa klubları onu hədəfə aldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Bu gün problemləri bitəcək BÜRCLƏR

Bu gün problemləri bitəcək BÜRCLƏR

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

End of content

No more pages to load

RADİO