Pullu iftar süfrələrinin təşkili GÜNAHDIR?

11 ayın sultanı Ramazan xeyirxahlıq və bağışlanmaq ayıdır. Lakin 11 ayda dünya malından gözü doymayanlar Ramazanda da “qaz vurub, qazan doldurmaq” istəyirlər.

Özü də özlərini xeyirxah sifətində göstərməklə...

Məsələn, əksər restoranlar Ramazan başlar-başlamaz restoranlar “iftar süfrələri”nin reklamına start veriblər. Reklam olunan menyunun qiymətləri isə sözün həqiqi mənasında “əl yandırır”.

Apardığımız müşahidələr zamanı aydın olur ki, əksər iaşə obyektləri günorta saatlarında 10-15 manata təklif etdikləri "business lunch"ı axşamlar “iftar süfrəsi" adı ilə 30-40, bəzən hətta 70 -80 manata təqdim edirlər. 

Bu məsələnin bir tərəfidir.

Digər diqqət çəkən məqamsa bəzi oruc tutanların bahalı restoranlara axın etməsidir. Bu da o deməkdir ki, həm “iftar süfrəsi” ilə pul qazananlar, həm də həmin süfrələrdə israfçılıq edənlər günah qazanırlar.

Çünki Ramazan ayı təkcə mədənin yox, həm də nəfsin orucluğudur. Bu ayda insanlar təkcə yediyinə yox, həm də qazancına qənaət etməlidir. Ən əsası 11 ayda qazandıqlarımızın bir qismini müqəddəs Ramazan ayında imkansızlar üçün xərcləməliyik. Bu mənada həm pullu “iftar süfrələri”nin təşkili, həm də bahalı süfrələrdə vaxt keçirmək islamın və Ramazan ayının fəlsəfəsinə yaddır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan dinşünas Tural İrfan bildirib ki, ehsan, iftar, fitrə, fidyə, sədəqə, nəzir təmənnasız verilir:

“Kimsə ehsan, yaxud iftar verərkən şərt qoysa ki, filan vaxt da sizi mənə ehsan, yaxud iftar verməlisiniz, onun həmin şəxsə bir savabı qalmaz. Bütün bu növ xeyirxahlıqlar təmənnasız olmalıdır. Orucluğun fəlsəfəsi odur ki, bir ay müddətində yediklərinə qənaət edəsən. Ayın sonunda da qənaət etdiyin vəsaiti imkansızlara verəsən.
 

Yoxsa, hər iftarda restorana gedib yediklərinə daha çox pul xərcləmək ancaq israfçılıqdır. İsrafçılıq isə İslama yaddır. Ona görə də adı iftar qoyulub satılan yeməkləri almaq da doğru deyil. Çünki iftar da, qurban əti kimi satıla bilməz. Əksinə, kasıb adamlara təmənnasız süfrə açmaq lazımdır. Çünki Ramazanın mahiyyəti səxavət göstərməkdir.


Bəzi restoran sahibləri zəngin menyular təşkil edib adını da iftar qoyub satırlar. Yəqin ki, satılan ehsan menyusu da var. Belə qondarma əməllər həm dinə həm də adətlərə zərər vurur. Əzəldən xalqımız heç vaxt pulla iftar, ehsan satmayıb. Bu işləri görənlər tamamilə Allahdan uzaq adamlardır ki, bu ayı fürsət bilib maddi qazanc naminə axirətlərini əldən verirlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Broyler yumurtası da BAHALAŞACAQ?

Broyler yumurtası da BAHALAŞACAQ?

Bakıda leysan XƏBƏRDARLIĞI - Axşamdan başlayır...

Bakıda leysan XƏBƏRDARLIĞI - Axşamdan başlayır...

Vətən Müharibəsi xronikası – 9 oktyabr – VİDEO

Vətən Müharibəsi xronikası – 9 oktyabr – VİDEO

Oktyabr ayı kimə pul və uğur gətirəcək? - Beş şanslı BÜRC

Oktyabr ayı kimə pul və uğur gətirəcək? - Beş şanslı BÜRC

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Ronaldonun komandasında CİDDİ İTKİ

Ronaldonun komandasında CİDDİ İTKİ

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

“Barselona” onun müqaviləsini YENİLƏDİ

“Barselona” onun müqaviləsini YENİLƏDİ

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Premyer Liqa klubları onu hədəfə aldı

Premyer Liqa klubları onu hədəfə aldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Bu gün problemləri bitəcək BÜRCLƏR

Bu gün problemləri bitəcək BÜRCLƏR

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

End of content

No more pages to load

RADİO