Qanun bu alətlərin təhlükəsini yox, adını ÜSTÜN tutur – Hansı silahlar reklam oluna bilməz?

Ov və idman məqsədli silahlar dünyanın sivil ölkələrində qanunla tənzimlənir. Bu silahların istehsalı, satışı və istifadəsi kimi, reklamı da hüquqi şəkildə müəyyən olunur. Amma odlu ov silahlarının reklamına qoyulan məhdudiyyətlər fonunda soyuq “ovçu silahı”nın açıq reklam olunması ədalətli görünmür. Nəticədə hər ikisi silahdır.

Bəs niyə idman silahları və bəzi ov silahları rahat şəkildə reklam edilir?

Mövzuyla əlaqədar hüquqşünas Cavid Yolçuyev Bizim.Media-ya açıqladı ki, burada əsas məsələ silahın təyinatı, texniki xüsusiyyətləri və qanunvericilikdə necə adlandırılmasıdır.

“Azərbaycan qanunvericiliyinə görə odlu silahların və soyuq silahların reklamı qadağandır. Ov bıçaqları məsələsi isə təyinatından asılıdır. Ov bıçağı iki kateqoriyaya bölünür: ov etmək üçün, yaxud təsərrüfat təyinatlı kəsici alət… Məsələn, heyvanın dərisinin soyulması, doğranması üçün nəzərdə tutulan ov bıçaqları təsərrüfat üçündür. Yəni quruluş etibarilə silah sayılmayan bıçaqlardır. Bu tip məhsullar adətən idman, təsərrüfat və ov ləvazimatı kimi satılır və reklamına müəyyən hallarda icazə verilir”.

Burada təzad yaranır ki, məişətdə istifadə olunan bıçaqlar da kəsici alətlər qrupuna daxildir, amma istənilən formalı reklam çarxlarında yer alır…

Hüquqşünas diqqətə çatdırdı ki, əsas meyar “kəsici alət olması” yox, hücum silahı kimi hüquqi statusudur. Bu statusu isə müvafiq ekspertiza müəyyən edir.
 

“Məişət bıçağı ilə də insana xəsarət yetirmək mümkündür. Amma hüquq sistemi əşyaları istifadə nəticəsinə görə yox, təyinatına və konstruktiv xüsusiyyətinə görə qiymətləndirir. Mətbəx bıçağı qanunvericilikdə təsərrüfat-məişət aləti sayılır. Onlar silah kateqoriyasına daxil edilmir, çünki əsas təyinatı məişət işləridir.


Soyuq silahları isə ikitərəfli itiləmə, müəyyən uzunluq və möhkəmlik göstəricilərinə görə təsnifatlandırırlar. Ona qalsa, təkcə mətbəx bıçağı deyil, istənilən əşya ilə, məsələn daş, çəkiclə də  hücum etmək olar. Amma bu alətlər silah kimi qadağan edilmir”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan Premyer Liqası: "Neftçi" bu gün "Sabah"ı qəbul edir

Azərbaycan Premyer Liqası: "Neftçi" bu gün "Sabah"ı qəbul edir

DİQQƏT! Bakıda daha 3 marşrutun hərəkət sxemləri dəyişdirildi

DİQQƏT! Bakıda daha 3 marşrutun hərəkət sxemləri dəyişdirildi

İlham Əliyev “Avaza” Kompleksində - FOTO

İlham Əliyev “Avaza” Kompleksində - FOTO

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

İnsanların gözü qarşısında edam ediləcək - 90 il sonra ilk dəfə

İnsanların gözü qarşısında edam ediləcək - 90 il sonra ilk dəfə

“Onkologiya elə bir sahədir ki, qonşu da, xalaqızı da məsləhət verir” – Azad Kərimli ilə MÜSAHİBƏ – EKSKLÜZİV

“Onkologiya elə bir sahədir ki, qonşu da, xalaqızı da məsləhət verir” – Azad Kərimli ilə MÜSAHİBƏ – EKSKLÜZİV

AİLƏLƏRƏ UŞAQ SAYINA GÖRƏ PUL VERİLƏCƏK? – Azərbaycanda yeni mexanizm tətbiq oluna bilər

AİLƏLƏRƏ UŞAQ SAYINA GÖRƏ PUL VERİLƏCƏK? – Azərbaycanda yeni mexanizm tətbiq oluna bilər

Hakimi götürüb yerə çırpdı - Güləş şousunda dəhşətli ölüm - Video

Hakimi götürüb yerə çırpdı - Güləş şousunda dəhşətli ölüm - Video

İlham Əliyevin təşəbbüsü ilə Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürüldü – FOTO

İlham Əliyevin təşəbbüsü ilə Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürüldü – FOTO

9 kiloqramlıq qızıl külçə tapdı - 750 min dollara satıldı

9 kiloqramlıq qızıl külçə tapdı - 750 min dollara satıldı

“Hücumlara hazır olun, ehtiyat toplayın”

“Hücumlara hazır olun, ehtiyat toplayın”

Broyler yumurtası da BAHALAŞACAQ?

Broyler yumurtası da BAHALAŞACAQ?

Bakıda leysan XƏBƏRDARLIĞI - Axşamdan başlayır...

Bakıda leysan XƏBƏRDARLIĞI - Axşamdan başlayır...

Vətən Müharibəsi xronikası – 9 oktyabr – VİDEO

Vətən Müharibəsi xronikası – 9 oktyabr – VİDEO

Oktyabr ayı kimə pul və uğur gətirəcək? - Beş şanslı BÜRC

Oktyabr ayı kimə pul və uğur gətirəcək? - Beş şanslı BÜRC

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal QAZANDI

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Sahibə Qafarova QHPŞ-nin iclasında - FOTO

Ronaldonun komandasında CİDDİ İTKİ

Ronaldonun komandasında CİDDİ İTKİ

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

“Barselona” onun müqaviləsini YENİLƏDİ

“Barselona” onun müqaviləsini YENİLƏDİ

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

End of content

No more pages to load

RADİO