Xalq artisti, rejissor Əbdül Mahmudov xəstəxanadan evə buraxılıb. Hazırda onun vəziyyəti stabildir.
Bu barədə Xalq artistinin özü Bizim.Media-ya məlumat verib.
O, bildirib ki, ev şəraitində davamlı olaraq 4 xəstəlikdən müalicə alır:
“Günah özümdədir ki, vaxtında bəzi xəstəliklərin qarşısını almamışam. Əsas narahatlığım nəfəs borusundakı problemdir. İkinci xəstəliyim mədə yarasıdır. Təzəlikcən sağ əlimdə və sağ ayağımda yüngül titrətmələr əmələ gəlib. Dördüncüsü də prostadan əziyyət çəkirəm.
Ən pisi də odur ki, xəstəliklərin birinin müalicəsi o birinə zərər verir. Həkimlər sağ olsunlar. Əl-ələ verib çalışırıq. Görək nə olur...”
Xatırladaq ki, bir neçə həftə əvvəl Xalq artisti, rejissor Əbdül Mahmudov səhhətində problem yaranıb. O, xeyli müddət idi ki, xəstəxanada müalicə alırdı.
Surxay Atakişiyev, Bizim.Media