Sahibkarın pulunu mənimsəyən şəxslər azadlığa buraxıldı

Şirvan Apellyasiya Məhkəməsində mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Akif Kərimov, Samirə Əmirova və Mətləb Nəbiyevin (hər üçünün adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, zərərçəkmiş şəxsin apellyasiya şikayəti qismən təmin edilib, Akif Kərimov və Mətləb Nəbiyevin apellyasiya şikayətləri təmin olunmayıb. Hər iki şəxsə şərti cəza verilib və onlar Ədliyyə Nazirliyi Penitensiar Xidməti Umbakı Penitensiar müəssisəsindən həbsdən azad edilib. Şirvan Şəhər Məhkəməsinin qərarı ilə Mətləb Nəbiyevin mülkiyyətində olan “Chevrolet Cruise” markalı avtomobilin üzərinə qoyulmuş həbs götürülüb.


Mülki iddia qismən təmin edilib. Mülki cavabdeh Samirə Əmirovadan maddi ziyana görə 13 375,128 manat alınaraq mülki iddiaçıya ödənilməsi qərara alınıb. Lənkəran Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, cinayət işi üzrə faktiki hallara əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilib ki, Akif Kərimov “AVT Logistics” MMC ilə əmək münasibətlərində olaraq həmin şirkətin sürücü vəzifəsində çalışdığı müddətdə ona həvalə olunmuş maddi dəyərlərin qorunması və təhvil verilməsi üzrə öhdəlikləri pozub.

Məhkəmənin gəldiyi nəticəyə görə, o, 2018-ci il tarixli əmrlə vəzifəyə təyin edildiyi gündən 7 dekabr 2022-ci il tarixədək, onunla bağlanmış əmək və tam maddi məsuliyyət müqavilələrinə əsasən, etibar edilmiş əmlakın və pul vəsaitlərinin salamatlığını təmin etməli, daşınma və təhvil prosesində müəyyən edilmiş qaydalara əməl etməli, sərəncamında olan vəsaitləri vaxtında işəgötürənə təqdim etməli idi.
 

İş materiallarına əsasən, Şirvan şəhərində yerləşən “Elit” market adlı ticarət obyektinin sahibi zərərçəkmiş şəxs ilə MMC arasında 02 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, MMC tərəfindən “Elit” marketə ərzaq və qeyri-ərzaq məhsulları tədarük olunmalı idi. Həmin məhsulların şirkətin Salyan rayonunda yerləşən anbarından daşınaraq Şirvan şəhərindəki mağazaya çatdırılması “AVT Logistics” MMC tərəfindən həyata keçirilib.


Məhkəmə müəyyən edib ki, Akif digər təqsirləndirilən şəxslər – “Elit” marketin maddi məsul şəxsləri Mətləb Nəbiyev və Samirə Əmirova ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət törədib.

Belə ki, 2022-ci ilin yanvar ayından 17 sentyabr 2022-ci il tarixədək olan dövrdə MMC tərəfindən “Elit” market üçün tədarük olunmuş məhsulların bir hissəsi faktiki olaraq mağazaya çatdırılmayıb. Akif özünün idarə etdiyi “İSUZU” markalı nəqliyyat vasitəsi ilə məhsulları mağazaya aparsa da, qrup üzvləri ilə razılaşmaya uyğun olaraq həmin malların yalnız bir qismini təhvil verib.

Məhkəmə araşdırması zamanı müəyyən olunub ki, Samirə vəzifəli şəxs qismində rəsmi informasiya resursu hesab edilən kompüter-mühasibatlıq sisteminə məhsulların guya tam həcmdə qəbul olunması barədə bilə-bilə yalan məlumatlar daxil edib və həmin dövrü əhatə edən qaimə-fakturalara imza ataraq vəzifə saxtakarlığı törədib.
 

Eyni zamanda, təqsirləndirilən şəxslər faktiki olaraq təhvil verilməyən məhsulları Şirvan şəhərində fəaliyyət göstərən digər mağaza və şəxslərə sataraq əldə olunan gəliri əvvəlcədən razılaşdırılmış qaydada bölüşüblər. Razılaşmaya əsasən, gəlirin 40 faizi Akifə, 20 faizi Mətləbə və 40 faizi isə Samirəyə çatıb.


Beləliklə, ümumi dəyəri 63 437,82 manat təşkil edən məhsullar mənimsənilərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurulub.

İşə baxan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mətləb Nəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilərək, CM-in 62-ci maddəsini tətbiq etməklə ona 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 2 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Akif Kərimova Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinə əsasən 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib, Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməyib.
 

Samirə Əmirovaya isə Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib. Ona 179.3.2-ci maddə ilə 5 il azadlıqdan məhrumetmə cəzası təyin olunub. Lakin 313-cü maddə üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin maddə ilə cəza təyin edilməyib.


CM-nin 79.1-ci maddəsi tətbiq edilərək cəzanın çəkilməsi himayəsində olan azyaşlı övladı 14 yaşına çatana – 20 noyabr 2037-ci ilədək təxirə salınıb və üzərinə valideynlik vəzifələrinin yerinə yetirilməsi öhdəliyi qoyulub. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna Rusiyanın neft daşıyan iki tankerinə zərbə endirdi

Ukrayna Rusiyanın neft daşıyan iki tankerinə zərbə endirdi

BƏƏ hava məkanı ilə bağlı məhdudiyyətləri ləğv etdi

BƏƏ hava məkanı ilə bağlı məhdudiyyətləri ləğv etdi

Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verib

Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verib

Robot şou zamanı idarəetmədən çıxdı - VİDEO

Robot şou zamanı idarəetmədən çıxdı - VİDEO

XİN əməkdaşları "Bakı Marafonu 2026"da iştirak ediblər

XİN əməkdaşları "Bakı Marafonu 2026"da iştirak ediblər

İsrail ordusu yeni qırıcılar alacaq - FOTO

İsrail ordusu yeni qırıcılar alacaq - FOTO

İlham Əliyev Polşa Prezidentini təbrik etdi

İlham Əliyev Polşa Prezidentini təbrik etdi

Tələbələrə ŞAD XƏBƏR – Bir il gözləməyə ehtiyac qalmayacaq...

Tələbələrə ŞAD XƏBƏR – Bir il gözləməyə ehtiyac qalmayacaq...

İtin “samokat səyahəti” kameraya düşdü – VİDEO

İtin “samokat səyahəti” kameraya düşdü – VİDEO

Reuters: Türkmənistanın daxili siyasətində yumşalma var

Reuters: Türkmənistanın daxili siyasətində yumşalma var

İran rəhbərləri milyardları gizlətmək üçün beynəlxalq sxemlərdən istifadə edir

İran rəhbərləri milyardları gizlətmək üçün beynəlxalq sxemlərdən istifadə edir

Vaşinqton komandanı Yaxın Şərqə göndərdi - Hərbi əməliyyatlar bərpa olunacaq?

Vaşinqton komandanı Yaxın Şərqə göndərdi - Hərbi əməliyyatlar bərpa olunacaq?

Faktiki hava: Bakıda küləyin sürəti güclənib

Faktiki hava: Bakıda küləyin sürəti güclənib

Bu ölkədə dövlət universitetləri rəqəmsal tələbə biletlərinə keçdi

Bu ölkədə dövlət universitetləri rəqəmsal tələbə biletlərinə keçdi

Uşaq qidasını siçan zəhəri ilə zəhərləyən şəxs TUTULDU

Uşaq qidasını siçan zəhəri ilə zəhərləyən şəxs TUTULDU

Abşeronda "ucuz torpaq" tələsi: Qanunsuz evlər artır - VİDEO

Abşeronda "ucuz torpaq" tələsi: Qanunsuz evlər artır - VİDEO

Dron zərbələrindən sonra Odessa yaxınlığında güclü yanğın oldu

Dron zərbələrindən sonra Odessa yaxınlığında güclü yanğın oldu

Arıqlamaq üçün ən yaxşı məşqlər açıqlandı

Arıqlamaq üçün ən yaxşı məşqlər açıqlandı

Bryansk vilayətində gecə ərzində 143 PUA vuruldu

Bryansk vilayətində gecə ərzində 143 PUA vuruldu

Müdafiə naziri 111 milyard avronun hara xərcləndiyini izah edə bilmədi

Müdafiə naziri 111 milyard avronun hara xərcləndiyini izah edə bilmədi

Politoloq Ukraynanı münaqişəni dayandırmağa məcbur edə biləcək amili açıqladı

Politoloq Ukraynanı münaqişəni dayandırmağa məcbur edə biləcək amili açıqladı

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək

Qızı ilə bağlı paylaşım etdi - TƏNQİD OLUNDU

Qızı ilə bağlı paylaşım etdi - TƏNQİD OLUNDU

Yaqub Kərimpur edam edildi - FOTO

Yaqub Kərimpur edam edildi - FOTO

End of content

No more pages to load

RADİO