Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sabiq deputat Gültəkin Hacıbəylinin evində axtarış aparıb.
Bizim.Media xəbər verir ki, Ramiz Mehdiyev və digərləri barəsində DTX-də başlanılmış cinayət işi çərçivəsində əməliyyat tədbirləri həyata keçirilib.
İstintaq çərçivəsində G.Hacıbəylinin yaşadığı ünvanda axtarış aparılıb. Sabiq deputat istintaq orqanına şahid qismində ifadə verməyə dəvət olunub.
Qeyd edək ki, Gültəkin Hacıbəyli fevralın 12-də Türkiyədən Azərbaycana deportasiya olunub.
Bizim.Media